Sevgim..

Siz heç əsl sevgi yaşamısınız? Heç həqiqətən sevmisiniz? Bütün varlığınızla bağlanmısınız heç? Heç elə anlar olub ki, özünüzü onsuz təsəvvür edə bilməyəsiniz? Elə olub ki, dünyada sizə maraqlı tək varlıq o olsun? Elə olub ki, onun simasına baxanda hər şeyi unudasınız? Heç elə olub ki, əlinizdən tutanda bədəninizə xoş bir istilik yayılsın? Elə olub ki, baxışlarınızla bir-birinizə “səni sevirəm” deyəsiniz?

Sevdiyiniz sizə ilk dəfə “səni sevirəm” deyəndə sevinc göz yaşlarınızı saxlaya bilməməyiniz olubmu heç?

Heç sevgilinizlə əl-ələ tutub dəli kimi qaçdığınız olub? Möhkəm qucaqlayıb “həmişə mənimlə ol” deməyiniz olub? Soyuq havada bir-birinizə sıxılaraq gəzməyiniz olub? Güclü yağışın altında bir-birinizə gülməyiniz olub? Gecələr səhərə qədər telefonla danışdığınız olub? Bütün şəhəri səhərdən axşama qədər gəzməyiniz  olub?

Əlini yanağınızda gəzdirəndə gözlərinizin istər-istəməz bağlandığı olub? Continue reading