Siz heç əsl sevgi yaşamısınız? Heç həqiqətən sevmisiniz? Bütün varlığınızla bağlanmısınız heç? Heç elə anlar olub ki, özünüzü onsuz təsəvvür edə bilməyəsiniz? Elə olub ki, dünyada sizə maraqlı tək varlıq o olsun? Elə olub ki, onun simasına baxanda hər şeyi unudasınız? Heç elə olub ki, əlinizdən tutanda bədəninizə xoş bir istilik yayılsın? Elə olub ki, baxışlarınızla bir-birinizə “səni sevirəm” deyəsiniz?
Sevdiyiniz sizə ilk dəfə “səni sevirəm” deyəndə sevinc göz yaşlarınızı saxlaya bilməməyiniz olubmu heç?
Heç sevgilinizlə əl-ələ tutub dəli kimi qaçdığınız olub? Möhkəm qucaqlayıb “həmişə mənimlə ol” deməyiniz olub? Soyuq havada bir-birinizə sıxılaraq gəzməyiniz olub? Güclü yağışın altında bir-birinizə gülməyiniz olub? Gecələr səhərə qədər telefonla danışdığınız olub? Bütün şəhəri səhərdən axşama qədər gəzməyiniz olub?
Əlini yanağınızda gəzdirəndə gözlərinizin istər-istəməz bağlandığı olub?
Sevgilinizlə sənin üçün dünyada ən möhtəşəm gələcək sayılacaq xəyallar qurduğunuz olub? Parklarda oynayan uşaqlara saatlarla biryerdə baxmağınız olub? Oynayan uşaqların dalınca qaçan xoşbəxt cütlüklərə həsəd aparmaqlarınız olubmu? Heç gələcək uşaqlarınıza ən müxtəlif adlar fikirləşməkləriniz olub? Gələcək uşağınıza indidən oyuncaq almağınız olub?
Heç sevgilinizlə saysız-hesabsız küsüşüb barışmağınız olub? Dəli bir həyəcanla cavab sms-i gözləməyiniz olub? Telefonunu bağlayanda əsəbdən qışqırmağınız olub? Səhv hərəkətə görə it kimi peşman olmağınız olub? Barışandan sonra özünüzü sanki həyata yenidən gəlmişsiniz kimi hiss etməyiniz olub? Həmin küçələri, həmin yerləri yenidən biryerdə gəzmək üçün səbirsizlikdən partlamağınız olub?
Onu uzaq səfərə yola salanda gözlərinizin dolduğu olub? Dəli kimi darıxdığınız olub onun üçün? Qayıdanda əlinizdən tutanda sanki sizə dünyanı bağışlayıblarmış kimi hisslər yaşamısınız heç?
Bəs bütün bu olanlardan, yaşananlardan sonra sevgilinizlə ayrılmağınız olubmu heç?! Bütün bu olanlardan sonra ayrılıb həyatınızı poxa çevirməyiniz olubmu heç?! Hər dəfə içib onu düşünməyiniz olubmu heç?! Üzünü gözünüzün qabağına gətirib dərindən nəfəs almağınız olubmu heç?! Bu olana əsəbiləşib yumruğunuzu sıxdığınız, sonra sıxılmış yumruqla divarı yumruqlamağınız olubmu heç?!
Gecələr səhərə qədər onu fikirləşib yata bilməməyiniz olubmu heç?! Fikrinizi yayındırmaq üçün ən müxtəlif yollara əl atmağınız olubmu heç?! Alınmayanda dəli kimi ağlamaq istəməyiniz olubmu?!
Daha çox əzab çəkməmək üçün onunla gəzdiyin küçələrdən tez-tələsik keçdiyiniz olubmu?! Onun şəklini görəndə tez üzünüzü çevirməyiniz olubmu?! Onu görəndə tələsik yolunuzu dəyişmək istəyib, amma dəyişə bilməməyiniz, ayaqlarınızın sizin istəyinizi yerinə yetirməkdən vaz keçdiyi olubmu?! Onunla bağlı hərşeyi məhv etmək istəyiniz olubmu heç?!
Bəs olubmu ki, sonra sizi görəndə sizə arxa çevirsin? O sizə arxa çevirəndə gözlərinizi bağlayıb, başınızı aşağı salıb, dodağınızı dişləyib sakitcə çıxıb getdiyiniz olubmu? ..
P.S.: heç yazını yaza-yaza gözlərinizin dolduğu olubmu?…



olub =/