Problemli yol əhvalatı (fotolar)

İnsanlarımız mənasız şeylərə daha çox diqqət ayırırlar. İstər siyasi işlərdə olsun, istər şəxsi, istər məişət məsələlərində və s.

Bunun açdığı problemlərdən biri də yollarda qarşımıza çıxır. Tıxac yaranmasının səbəblərindən biri də sürücülərin heç kimi vecinə almadan maşını yolun ortasında saxlayıb hərəkət zamanı baş vermiş qəzaya baxmasıdır.

Yol ilə irəliləyirsən, bir də görürsən qarşıda böyük tıxac əmələ gəlib, pinqvin kimi hərəkət edir maşınlar. Bütün əsəblər korlanır, tələsənlər gecikir, maşın qızır:

Biraz irəliləyəndən sonra görürsən ki, əslində qabaqda heç bir təmir işləri getmir, yol boşdur, problem, maneə yoxdur. Səbəb bir qəzadır və qəza yolun digər hərəkət istiqamətində olmasına baxmayaraq yolun bu istiqamətində də tıxac yaranıb. Bunun yaranmasına isə hər bir sürücünün həmin hissədən keçərkən maşının hərəkət sürətini addımlamağa qədər azaldıb 4-5 saniyə qəzaya baxması şərait yaradır. Bu da arxadan çoxlu maşın gəldiyindən böyük tıxac yaranmasına gətirib çıxardır. Hələ ətrafa toplaşıb bu olanlara semiçka çırtlayaraq tamaşa edən  10larla ətraf ərazi sakinlərini demirəm:

Buranı keçirsən və görürsən ki, yol bom-boşdur. Sürücülər normal hərəkət etsəydilər, belə mənasız marağa görə avtomobilin sürətini azaltmasaydılır yarım saatlar tıxaclarda keçməzdi:

Əslində, nəqliyyat nazirliyi işçiləri, yol polisləri qəza törətmiş sürücülərdən pul qopartmağı yox, öz işlərini fikirləşsələr, öz peşələrini yerinə yetirsələr, qəza zamanı yolda hərəkəti tənzimləsələr bu cür problemlər yaranmaz.

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Yazı naviqasiyaları

Bir şərh yazın

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.