Aylıq arxivlər: Dekabr 2011

Belə-belə qaqaşlar..

Bu qaqaşlara bizim dərin ehtiram, rəğbət, hörmət və hətta deyərdim paxıllıq hisslərimiz də var:

  • məhlənin şefi olan qaqaşlar..
  • hamını döyən qaqaşlar..
  • məhlədə çujoyu döyüb gedib o biri məhlədə qıza sataşan qaqaşlar..
  • tarqovıda bir-birinə təpik atan qaqaşlar..
  • qız görəndə nömrəsini ucadan deyən qaqaşlar..
  • dar şalvar, dar kurtka, dar ayaqqabı geyinən qaqaşlar..təbii ki yalnız qara və tünd göy rəngdə…
  • dini söhbətlər edib haqsızlığa göz yuman qaqaşlar..
  • internetə girən qızı almayan qaqaşlar..
  • “guya aksiyaya zada çıxmaqla nəyi dəyişəcəksiniz ee” deyən qaqaşlar.. Oxumağa davam et
Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,, | 8 Şərh

Bu etirafıma görə məni bağışlayın..

 Etiraflarda növbə mənə çatdı.. Kənan Grandiose öz yazısında məndən etiraf istədi… Bir etiraf edəcəm mən..Buyurun..

12.12.2011.. Möhtəşəm bir gün- Ümummilli Xaladelnik Günü!

Bu günün şərəfinə Şirzadda yeyib içməyi planlaşdırmışdıq.. Etibarla zəngləşdim, təxirə salınmamışdı..

Axşam işdən çıxıb gəlirdim Şirzada.. Qulaqcıqda mahnıya qulaq asırdım.. Beynimdə maraqlı fikirlərlə aləmi bir-birinə qata-qata sakitcə addımlayırdım.. Görüş məntəqəsinə az qalmış maraqlı bir mənzərə ilə üz-üzə qaldım… 2-3 polis var idi, 1 içkili day-day.. Day-day oturmuşdu skameykada, durub harasa getmək istəyirdi. 100% kiminləsə dalaşmışdı, gedib ürəyində qalanları dibinə kimi deməyə çalışırdı.. Amma, polis imkan vermirdi, hər dəfə otuzdururdu onu yerinə.. Day-dayın kurtkası polisdə idi…

Etirafıma az qalıb.. Çox tərəddüd edirəm, yazım ya yazmayım.. Ehh.. Çox qınayacaqsınız məni… Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,, | 8 Şərh

Biz olun!

Təşkilatlanırıq, planlaşdırırıq, hərəmiz bir  işi öhdəmizə götürürük.. Şəkillər, plakatlar, şüarlar hazırlanır… Səhərki gün üçün birbirimizə uğurlar arzulayıb sağollaşırıq… Növbəti gün görüşürük, sonra ayrılıb bir də həmin başlama anında bir yerə toplaşırıq… Şəkillər, plakatlar çıxardılır, şüarlar qışqırılmağa başlayır..

photo by Mehman Hüseynov

Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | 1 Şərh

Birinci..

Blog açmazdan əvvəl beynimdə çox fikirlər olurdu, blog açmaq istirdim.. Amma ərinirdim, deyirdim “əşşi nə vaxtsa açaram, fikirlərimi yazaram da”.. Blogu açmışam artıq gördüyünüz kimi.. Hayırlı uğurlu olsun zad:) Təşəkkürlər Etibar Salmanlıya köməyinə görə.

İşdə oturmuşam bayaqdan, Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | 7 Şərh

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: