Blog açmazdan əvvəl beynimdə çox fikirlər olurdu, blog açmaq istirdim.. Amma ərinirdim, deyirdim “əşşi nə vaxtsa açaram, fikirlərimi yazaram da”.. Blogu açmışam artıq gördüyünüz kimi.. Hayırlı uğurlu olsun zad:) Təşəkkürlər Etibar Salmanlıya köməyinə görə.
İşdə oturmuşam bayaqdan,əlimdə işim var idi.. Blogu da brauzerdə açmışdım, qalıb bayaqdan. Ürəyim partlayır ki, tez əlimdəki işi qurtarım, bir yazı yazım bloga.. Heç bilmirdim ilk yazı kimi nə yazım. Yazıram və fikirləşirəm ki, əsas odur nəsə yazmağa başlayım, ardı onsuzda gələcək.. və gəlir də 🙂
Mən yazılar yazacam, kim istəyir oxusun, kim istəmir oxumasın.. Kimin xoşuna gələcəksə təşəkkür, kimin xoşuna gəlməyəcəksə yenə də təşəkkür, çünki heçolmasa oxuyub.. Blog mənimdi, nə istirəm edəcəm, necə istirəm elə də yazacam. Məsləhətlərinizə qapılarım açıqdır. Göstərşilərinizə, boş- boş mızıldanmaqlarınıza, özünüzü ağıllı kimi göstərməklərinizə qapı zad açan deyiləm..
Mən isə məsləhət vermək istərdim blogu olmayan kreativ, müasir düşüncəli, internetdə eşələnən və s. gənclərə. Düzdür, yekəbaşlıq edirəm elə ilk yazımdaca məsləhət verməklə, amma, nəsə:) Blog açmaq və ya açmamaq düşüncələri arasında tərəddüdə qalmısınızsa təcili şəkildə birincini seçin.. İtirəcəyiniz heçnə yoxdur. Alınmasa davam etmərsiniz. Mən özüm təxminən 1 il fikirləşdim və itirdiyim həmin 1 ilə təəssüflənirəm..
Bu yazını ön söz kimi yazdım.. Yaxınlarda giriş edəcəm.. Nəsə, işlərim var, sonra da saat 3də Fəvvarələr meydanında Əsgər ölümləri ilə bağlı aksiyada olmalıyıq, bizə uğurlar..
AY SENIN ELINE DESTE DESTE GULLER!
Kenan oxudum, xeyirli ugurlu olsun nece deyeller. Cox agilli fikirlerin var, men inaniramki istediklerini heyata kecire bileceksen.Bu yalniz 1ci addimlardi..ona gorede senin daha boyuk addimlarini gozleyirik sebirsizlikle ve tebiiki seni destekleyirik!! UGURLAR!
Ugurlar!
Tebrikler! Inwallah vetene xeyirli ugurlu olar blogun . Senden gozel yazilar, maraqli melumatlar gozleyirik. UGURLAR))))
“Blog mənimdi, nə istirəm edəcəm, necə istirəm elə də yazacam. Məsləhətlərinizə qapılarım açıqdır. Göstərşilərinizə, boş- boş mızıldanmaqlarınıza, özünüzü ağıllı kimi göstərməklərinizə qapı zad açan deyiləm..”
Əlaa! 🙂 Mən bloq açanda çoxları ilişmişdi mənə, amma ümid edirəm ki, səndə bu olmayacaq 🙂 Olsa belə, onlara qapı-zad açan deyilsən. Uğurlar arzu edirəm, belə səmimiliklə davam. 🙂
Yaxwi! Xeyirli olsun!
Tebrik edirem,ugurlu olsun!Inshalalh cox oxunan olar!