Təşkilatlanırıq, planlaşdırırıq, hərəmiz bir işi öhdəmizə götürürük.. Şəkillər, plakatlar, şüarlar hazırlanır… Səhərki gün üçün birbirimizə uğurlar arzulayıb sağollaşırıq… Növbəti gün görüşürük, sonra ayrılıb bir də həmin başlama anında bir yerə toplaşırıq… Şəkillər, plakatlar çıxardılır, şüarlar qışqırılmağa başlayır..
Bir neçə dəqiqə sonra polislər dubinkalarıyla axışır üstümüzə.. Vəhşiliklərini pik həddə çatdırıb bizə tətbiq edirlər. .. Qızlar saçlarından tutulur, oğlanlar əl-ayaqlarından… Döyülürük,söyülürük, süründürülürük, maşınlara dolduruluruq.. Aparırlar bölməyə..
Sorğu-suallar, təzyiqlər sonra hüquqi aktlar yerinə yetirilir… Sərbəst toplaşmaq hüququndan istifadə edildiyinə görə xəbərdarlıq, cərimə olunur və ya həbs cəzası verilir, ad qara siyahıya gedir..
Əlbəttə, biz bizə edilənlərə görə etdiklərimizdən peşman olmuruq, fəxr edirik.. Amma….
Hər aksiyadan sonra, artıq axşama yaxın günün hadisəsinin şəkilləri, videoları sosial şəbəkələrdə yerləşdirilir… Təndiq edənlər olur, təhqir edənlər olur… Aksiya iştirakçılarından “eşq olsun”sayağı şərhlər yazanlar olur… Yazını yazmağıma səbəb isə münasibət bildirənlərin digər bir hissəsi isə bağlıdır..
Bu hissəyə aid olanlar öz şərhlərində bizimlə qürur duyduqlarını, bizimlə bir olduqlarını, bizim hərəkətlərimizi, etdiklərimizi düzgün hesab etdiklərini bildirirlər.. Pafoslu təriflər də onlara aiddir… Təşəkkür edirsən, çoxsağol deyirsən.. Amma, onların şərhlərində adətən bu cümlələr də olur: “çox təəssüf iştirak edə bilmirəm”, “problemlər var deyə gələ bilmirəm”, “gəlsəm qardaşım məni döyər”, “bacım məni asar”, “yengə məni petux çıxardar”, “işdən qovarlar” və s….
Əziz həmin şərhləri yazanlar! Sizləri başa düşmürəm! Açıqlayım… Bizi dəstəkləyirsinizsə niyə orda deyildiniz? Orda olmamağınızı sığortalayan müxtəlif səbəbləriniz var idisə, deməli sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir bunlar.. Əgər sizin üçün əhəmiyyətli deyilsə bunlar, deməli problemləriniz yoxdur, sizə sərf edir ölkədəki vəziyyət, rüşvətdən zaddan alıb birtəhər dolanırsız… Bəs niyə bizə təriflər yağdırırsınız a qardaş? Bu bir yanaşmam..
Digər tərəfdənsə deyim ki, əgər bizə dəstək olmaq istəyirsinizsə, facebook-da şəkillərimizi “like” etmək, paylaşmaq lazım deyil.. Artıq elə bir dövrə gəlib çatmışıq ki, bizi dəstəkləyən bizim yanımızda olmamalıdır, BİZ olmalıdır! Lazım deyil qıraqdan durub əl çalmağınız, ortada olmağınız lazımdır!
Onlar üçün bu qədər əziyyətlərdən keçəsən, özünü təhlükəyə atasan, sonra da bir “like” edələr, bitti… Ə bəsdirin ƏƏ.. Adam olun, qoşulun! İzləməklə heçnə olmur.. Bizi dəstəkləyirsinizsə, deməli bizim istədiklərimizi siz də istəyirsiniz.. Bəs niyə istədiklərinizi almağa gəlmirsiniz, gözləyirsiniz ki, biz alıb verəcəyik sizə.. Olmaz böyle, kardeşim…
Qorxmayın, çox olsaq, hamımız bir olsaq bizə heçkim heçnə edəsi deyil.. Müxtəlif gənclər təşkilatları var, hərəkatlar var.. Qoşulun daa noolub sizə…
Nəsə, bax dedim aa.. Gələn dəfə siz də olursunuz orda!
Bu qədər. Hələlik bu qədər zad )
BIZ olmayanlar BIZden daha choxdur
http://zaurqurban.blogspot.com/2011/12/bu-yol-bizim-yolumuzdur.html