Etiraflarda növbə mənə çatdı.. Kənan Grandiose öz yazısında məndən etiraf istədi… Bir etiraf edəcəm mən..Buyurun..
12.12.2011.. Möhtəşəm bir gün- Ümummilli Xaladelnik Günü!
Bu günün şərəfinə Şirzadda yeyib içməyi planlaşdırmışdıq.. Etibarla zəngləşdim, təxirə salınmamışdı..
Axşam işdən çıxıb gəlirdim Şirzada.. Qulaqcıqda mahnıya qulaq asırdım.. Beynimdə maraqlı fikirlərlə aləmi bir-birinə qata-qata sakitcə addımlayırdım.. Görüş məntəqəsinə az qalmış maraqlı bir mənzərə ilə üz-üzə qaldım… 2-3 polis var idi, 1 içkili day-day.. Day-day oturmuşdu skameykada, durub harasa getmək istəyirdi. 100% kiminləsə dalaşmışdı, gedib ürəyində qalanları dibinə kimi deməyə çalışırdı.. Amma, polis imkan vermirdi, hər dəfə otuzdururdu onu yerinə.. Day-dayın kurtkası polisdə idi…
Etirafıma az qalıb.. Çox tərəddüd edirəm, yazım ya yazmayım.. Ehh.. Çox qınayacaqsınız məni…
Yazımın qəhramanlarının yanından keçəndə qulaqcığı çıxartdım və qulaqlarım mahnı əvəzinə aşağıdakı dialoqu dinləməli oldu:
“Dayday əmi:
-Buraxın məniii, gedəcəəəmmm…
Polis əmi:
-A kişi, bəsdir, otur yerinə!
Day-day əmi:
-Ala burax daa, nəyivə lazımdı?!”
Və polis bilirsiniz həm də nə etməyə çalışırdı bu söhbət zamanı?? Day-dayın kurtkasını əyninə geyindirmək istəyirdi! Bəli, Bəli! Kurtkanı! Day-dayın əyninə!
“-Geyin, a kişi, soyuq olar sənə..”
Bu cümləni eşidəndə isə lap şok oldum, yıxılmamaqdan ötrü özümü güc-bəlayla saxladım! Yəni, bizim polis də vətəndaşını fikirləşir? Ona soyuq olmamasını istəyir, ona yazığı gəlir? Bizim polis öz vətəndaşına insan gözüylə baxır?!
Çox acı olsa da nəyahətki etiraf edirəm (bilirəm, söyəcəksiniz məni, şiddətli şəkildə qınayacaqsınız..çox xahiş edirəm, bu etirafa görə məni facebook-da dostluğunuzdan çıxarmayın, blok etməyin, özünüzdən uzaqlaşdırmayın) :
VƏ MƏN HƏMİN AN POLİSİN DƏ BİZİM KİMİ İNSANİ XÜSUSİYYƏTLƏRƏ SAHİB OLDUĞUNU FİKİRLƏŞDİM, ONA BİZLƏRDƏN BİRİYMİŞ KİMİ BAXDIM…
Çox peşmanam belə bir şey fikirləşdiyimə görə.. İctimai sektor, həbs olunan, saxlanılan(elə özüm də), döyülən, söyülən qardaş və bacılar bağışlasın məni… :””( Məni bağışlamaq olarmı?…((
Növbəti etirafı Turxan Qarışqa etsin…
Ala polis kurtkanın içinə nəşə atıb geyindirməy istiyirmiş onu ay təkər 😀
payyyhh:DD
təkər
böö
Gözlerim yashardi(
duzdu polislerin ekseruyeti caggaldi, amma INSANda var onlarin icerisinde. Uzr istemek lazim deyil, Teki bu cur polislerimiz cox olsun Inşallah.
Kənan düz deyir… yəqin polis “Əmi”, daydayın cibinə paraşok atıb deyə belə canfəşanlıq göstərirmiş ki əyninə geyindirsin… Polis “əmi”lər kənardan baxanda insana oxşasa da, onların əksəriyyətində şizofreniya xəstəliyi var. Bu xəstəlik səbəbindən onlar ancaq yuxudaykən normal insan olurlar. qalan bütün vaxtlarda tazı olurlar
Geri bildiriş: Etiraf edən Bloggerlər… (Siyahı) « Etibarlı Mənbə…