Bu qaqaşlara bizim dərin ehtiram, rəğbət, hörmət və hətta deyərdim paxıllıq hisslərimiz də var:
- məhlənin şefi olan qaqaşlar..
- hamını döyən qaqaşlar..
- məhlədə çujoyu döyüb gedib o biri məhlədə qıza sataşan qaqaşlar..
- tarqovıda bir-birinə təpik atan qaqaşlar..
- qız görəndə nömrəsini ucadan deyən qaqaşlar..
- dar şalvar, dar kurtka, dar ayaqqabı geyinən qaqaşlar..təbii ki yalnız qara və tünd göy rəngdə…
- dini söhbətlər edib haqsızlığa göz yuman qaqaşlar..
- internetə girən qızı almayan qaqaşlar..
- “guya aksiyaya zada çıxmaqla nəyi dəyişəcəksiniz ee” deyən qaqaşlar..
- siyasətə qarışmayn qaqaşlar..
- axşamacan semiçka çırtlayıb iş axtarmayan qaqaşlar..
Həyatın mənasını qaqaşlar bunlarda görür:
- qız dalına düşməklər..
- dərsdən qaçmaqlar..
- 0.3 megapixselli kamerayla jarqon şəkillər çəkdirməklər..
- ponyatka söhbətləri eləməklər..
- kimisə neprav çıxarıb peysər damğası vurmaqlar..
- qızla yatmaqlar..
- vaz 2107 ilə ruçnoy dartmaqlar..
- girib yatıb çıxmaqlar..
- bədənli zad olmaqlar..
Bu qaqaşların gözündə petuxdurlar:
- kitab oxuyanlar..
- rocka qulaq asanlar..
- çevrəsində qızlar olanlar..
- qızlara söz atmayanlar..
- sevgilisi ilə əl-ələ gəzənlər..
- sırqa taxanlar..
- ateistlər, deistlər və s.lər..
- aksiyaya, mitinqə çıxanlar..
- Bayram Kürdəxanıya qulaq asmayanlar..
- dərsə girənlər..
- yenilikçi gənclər..
- öz həyatlarını təhlükəyə atıb hərəkata, təşkilata qoşulub aksiyaya, mitinqə çıxıb ölkənin, xalqın və ən əsası həmin qaqaşların gələciyini fikirləşənlər….
Bu siyahının ardı olacaq.. Oxuyub oxutduraq ki, belələri heçolmasa özlərinə qıraqdan baxmaqla utanıb düzəldilər bəlkə…
herwey oldugu kimi yazilib..
hamıya çatacaq qədər seçim qoyub müəllif. ürəkli olsunlar, rahat-rahat götürən qaqaşlar
Kohne temadi.
mən yazmamışam ki, “yeni mövzu yazacam” 😀
Sen o qaqaslarin girib burda senin yazdiqlarini oxuyacagini fikirlesirsense,demek ki,chox optimist qaqashsan)))
hə, çox optimistəm:) mən öz öhdəmə düşəni edirəm, oxuyub oxumamaqları mənlik deyil day..
internetə girən qızı almayan qaqaşlar….bele cixir ki, oglanlarin coxu subay qalacaq =D
burdaki , yazilarla tam meni teqdim etmisiz.ve belede zordu.