Yazı vətənşüvənlərə.. Gey olmağım gəldi lap.

Yəqin ki, geylərin 22-26 mayda Bakıda keçirmək istədikləri gey-paraddan çoxlarınızın xəbəri var. Və yəqin ki, geyləri qanlarına qəltan etmək istəyən çoxsaylı “igidlərimiz”dən də çoxlarınızın xəbəri var. Bu yazımı həmin “qəhrəmanlar”ımıza, namus-qeyrət keşikçilərinə, milli-mənəvi dəyərlərimizi qoruyanlara, mədəniyyətimizi hasara alanlara, islam əsgərlərinə, vətənşüvənlərə  ünvanlayıram. Buyursunlar oxusunlar:

Gey-paraddan xəbər tutan kimi şüvənliyə salıb facebookda “Gay parada yox deyək” adlı səhifə açdınız, lezva çıxartdız, nəbilim neynədiz. Ay təkərlər, bu geylər sizə nə edib?! Mədəniyyətin harasına dəyir bu geylər?! İslama nə edir bu geylər?! Ananıza-bacınıza sataşan da deyil yazıqlar. Mentalitetinizin harasına girirlər?!

Sadəcə parad keçirmək istəyirlər.

Elə çox mentalitet qoruyansınız, mədəniyyət, namus-qeyrət, islam dərdi çəkənsinizsə, bəs öz içimizdəkilər bunu edəndə niyə soxursunuz içinizə?! Həmvətənlərimizin evləri söküləndə, insan hüquqları tapdalananda, analar-bacılar etiraz etdikləri üçün meydanlarda sürünəndə, döyüləndə niyə soxursunuz içinizə?! Sizdən rüşvət istəniləndə, sizə təhsil verilməyəndə, qaz-işıq-su verilməyəndə niyə soxursunuz içinizə?! Dindarlar öz mərasimlərində dubinkalananda niyə soxursunuz içinizə?!

Bilirsiniz niyə içinizə soxursunuz? Mən bilirəm.. Götünüz çatmır!!! Sizin götünüz geyləri döyməyə çatır! Sizin götünüz monitor qabağında oturub eşşəyin başına qoyulmuş Sarkisyanın şəklinə ” vətən!” zad yazmağa çatır! Sizin götünüz qıza sataşan görəndə döyməyə, sonra həmin qıza girişməyə çatır!

Amma, geylər bilirsiniz nə edir? Geylər dünyanın ən müxtəlif yerlərində öz hüquqlarının tapdalanmaması üçün parad keçirir, öz hüquqları üçün mübarizə aparır. İndi deyin, sizsiz əsl kişi yoxsa onlar?!

Bəs sizin hansınızın götü çatır Bakıda keçirilən etiraz aksiyalarına qoşulmağa, haqqınızı tələb etməyə?!

O gün ANS-də içxəbərdə ləqəbi Toma olan bir gey öz hüquqlarının qorunmasını tələb edirdi. Hansınız edə bilərsiniz bunu?!

Sizin kimi olmaqdansa gey olmaq daha üstündür ətağa..

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,, | 44 Şərh

Yazı naviqasiyaları

Yazı vətənşüvənlərə.. Gey olmağım gəldi lap.” üçün 44 cavab

  1. Bu gün ki gündə GEY parada etiraz etmək yerinə ona icazə verənlərə etiraz etmək lazımdı..Əgər GEY lərə verdiyi azadlığı xalqına millətinə vermirsə bu liderə etiraz etmək lazımdı!!!Və əgər bir insan öz haqlarını tələb etməkdən çəkinirsə həmin adam dilin soxsun götünə haqqın tələb edən GEY lərə etiraz eləməsin :)Zor yazmısan axırıncı cümlə vapşe zordu..)))

  2. Allaha and olsunki bütün nə hissim varsa yazmısan! Bizdə ancaq “insan Haqlarından” dəm vurarlar işə gələndə “İnsan Haqları” nədi heç bilmirlər. Əla yazı yazmısan.

  3. Kənan, konkret nəyi var çoxmusan da bunlara…

  4. O Gey parada yox deyək səhifəsi, məzələnmək üçün açılıb. Yazdığı statuslardan bəllidir. Oğuz igidləri zad yazır 🙂

    • amma üzv olanlar nə bilsinlər mırtlaşmaq üçündü 😀 ümumilikdə götürəndə facebook əhli özünü dağıdırdı.

  5. Onda sende get qowul olara….bu paradda iwtirak eden sag salamat cixmayacag o paraddan……!

  6. Nicat

    Mene zovq verecek Gaylari doyen Qehremanlara baxmaq 🙂

  7. Rəşad

    Çox gözəl yazıdır, bizim “igid”lərimiz çoxdur, baş kəsən olublar. Elə bil gayləri döyməklə Vətən qəhramanı olurlar. Vətən sizinlə fəxr edir, bizim savadsız, dünya görüşü sıfır, heç bir işə yaramayan, heç kəsə bir qram xeyri dəyməmiş avara “qəhrəman”larımız!

  8. Orxan

    Sen de ele geyin yekesisen. Sen ne bilirsen kim soxur icine kim bayirda saxlayir. Ana baci qeyreti cekmirsen hec olmasa ushaqlarinin qeydine qal ki, gelecekde senin kimi petux , ya da lezbiyan olmasinlar. Onlar ucun bunlara etiraz etmek lazimdir. Islama ne edire geldikde ise Islama gore qadinla qadinin , kishi ile kishinin cinsi munasibeti haramdir. Bunlarin da hec biri sene catmadisa sualima cavab ver. Fransanin sonuncu sherefsizliyine etiraz edende, Islamla bagli etiraz aksiyasinda SEN HARADA IDIN. Seni gormedim. Cunki gorsen mutleq yadimda qalardin. Biz geylere haq vererek digerlerine etiraz etmemeliyik. Her birine ayri ayiriliqda etiraz etmeliyik. Biz deyende senin sevmediyin IGIDLERI nezerde tuturam. Senin kimi geyler ve onlarin teref muqabillerini yox.

  9. fecabook-da olarken dostumun paylasimi neticesinde bu yazini oxudum. amma heqiqeten xosum geldi. “igid”lerimize heqiqeten menim demek istediklerim idi. he bu arada burda oxuduqdan sonra deyilen sehifeye giridm gorum ne yazillar sizin blogunuzu ve ozunuzu tehqir edibler. amma men dusunurem ki, bu sizin dusuncelerinize,hereketlerneze ve yazilariviza tesir etmeyecek. cunki her heqiqeti deyene Azerbaycanda bu munasibet gosterilir. ugurlar size. 🙂

  10. Hikmət

    Axirinci Cumleni yaxsi yazmisan…”gey olmaq sizden yaxsidir” Demeli geyliyi ozune laiq gorursen..yazina gələndə isə yazilis tərzinden , istifade etdiyin sozlerden gorunur ki savadli yox savadsiz,icinden kecenleri yazan hetta dusunmeden yazan sade bir “oglan”san..her kes bir şeynən ozunu tanitmalidida…Yazmısanki “Bu yazımı həmin “qəhrəmanlar”ımıza, namus-qeyrət keşikçilərinə, milli-mənəvi dəyərlərimizi qoruyanlara, mədəniyyətimizi hasara alanlara, islam əsgərlərinə, vətənşüvənlərə ünvanlayıram. ” sən yəqin bu dediklırinin heç birini etmirsən..namus-qeyrət çəkənlərə ünvanlayırsansa deməli sən namus qeyrət qoruyan deyilsən.və yolda biri yanındakı qiza satassa onun uzunə gülərsən..Əsl avropalı kımi.Səndəndə ele ancaq o çıxar..ama bizim dinimiz İslamdı olkəmiz Azərbaycandi özumuzdə Türk..və bizdə belə seylər yoxdu..Mədəniyyətimizidə,namusumuzuda,qeyretimizidə qoruyuruq…Lazım olan yerdə sozumuzudə deyirik..Gey-lərə gələndə biz onlara “petux” deyirik və elələrini heç insan saymırıq,heyvan səviyyəsinə belə çatmayıb onlar,çünki heyvanlarda belə şeylər olmur.Axırıncı sənədə aiddi çunki sən ozun deyirsənki “gey olmaq sizdən yaxşıdı”..Sonrada yazmısanki onlar sizə neyniyirki?..Bundan artıq neynəyəcək ay “nə bilim nə”gəlib mənim olkəmdə menim medeniyyetime,dinimə zid,qarsi olan parad kecirdir.Bundan artıq nə istəyirsənki hələ bir gəlib sənidə oz cərgələrinə qossunlar….
    O ki qaldı deyirsən niyə analar-bacılar etiraz etdikləri üçün meydanlarda sürünəndə, döyuləndə susursunuz? Rusvət istəniləndə niye susursunuz.Qaz-isiq-su verilmeyende niye susursunuz?
    1-ci kisi olan kes oz ana bacisini o aksiyaya gondermezki ordada doyulsun ancaq senin kimiler gonderer.Birdeki biz bilirik ki her yeni dircelen dovletde problemler olur amma o problemlerin helli yolu mitinq deyil,oxuyub,oyrenib mueyyen yere gelib o eyrilikleri duzeltmekdi.Amma senin kimi yalniz bu gunu dusunenler,basqa isle mesgul olmayanlar,ele ancaq dovlete etiraz edirler “it hurer karvan kecer” meseli ancaq ele danismaqla mesgulsunuz…bir bax gor dunen ne qeder rusvet var idi ama gor dunene nisbeten bu gun ne qeder azalib….Bir fakt deyim get bir serhedde yerlesen,ermeniyle serhedde yerlesen axirinci kendlere bax sagolsunlarki hemin kendlerde 24 saat isiq var,24 saat qaz var,her evede su cekibler.Ama senin kimi Azerbaycani yalniz Bakidan ibaret oldugunu bilenler qiraqda olan inkisafdan xeberdar deyil….

    • man

      bir nöqteni düzeltmeye ehtiyac var, heyvanlarda da eynicinsler arasında cinsi elaqenin olduğu isbatlanmışdır.

    • Bu dini niyə atırsız ortaya bilmirəmdə mən. Bizim ölkə islam ölkəsi deyil. Əhalinin çox hissəsi islamı qəbul edib, onların da 50%-i heç bilmir din nədir. Nəzərə alsaq ki, hal-hazırda dinsizlərin sayı gündən günə artır din temasının heç yeri yoxdu. Qanunla tolerantıq. Qanunda qey-paradın keçirilməsinə qadağa qoyan səbəb yoxdur. Bircə bizim mentalitetdə namus-qeyrət anlayışı olduğu üçün çox adam bunu qəbul edə bilmir. Sözsüz ki, bunlar hamsı sovetin təsirindəndir, sovet belə şeyləri qadağan etdiyi üçün bizim psixologiyamızda var bu. Amma kim ki, müasir şəraitdə böyüyüb o bu parada normal baxır. Əslində burda ayıb heçnə yoxdur, onsuzda onlar azərbaycanda var. Sadəcə bu dəfə onlar cəmiyyətdə onlara da normal insan kimi baxmalarını tələb edirlər. Çünki onlar da insandılar və bu mavilik onların özlərindən asılı deyil, xəstəlik kimidir.

  11. Adam haklı beyler.

  12. Rasul

    gay parada yox-deyek sehifesinde gordum yazinizi.adminde yazmiwdiki bunu yazan deyesen “onlardandi”..dedim yoxe nese maraqli yazi olmalidi…lap ureyimden kecenleri yazmisan:))tewekkur

  13. Alə, öldüm ey, gülməkdən… Azərbaycanda virtual olaraq nə qədər qəhrəman var. Görəsən belələrinin götü çatarmı polis gələndə də burdakı sözləri deməyə. Polisin adını eşidəndə girməyə deşik axtarırsınız…

  14. Geri bildiriş: Milli mentalitetin gözətçiləri « Nicat Quluzadə

  15. Elnur(0519174069)

    blyaaaaaa yazanda obwi daniwma. hec olmasa yazib qurtarandan sora yazki hamiya aid deyil…2cisideki bir gun o geyler maviler senin uwaginin bawini aldadib oz yanina cekende nolacaq?belkede evin bir kuncunde oturub aglayassan…polisden qorxmaq sohbetine qalandaki o qeder ogullar girib ortaya qehbe polisler yigib olarida doyur aparir.. o sohbetlere gelmeyen virtual qehremanlar ise ona gore gelmirki onu orda polis tutub bolmeye salanda.yoxlayirlar onu.atasi dovlet iwinde iwleyyirse onunda iwden cixmaq tehlukesi var bax ona gore gelmirler. guya eldar & nigar? guya azerbaycanin adini qaldirib yuxari? getdielr 1 ci yer tutdular.olarin wotuna qafqazda azerbaycanin adi batacaq.hemdeki muselmaniq.dunyada en boyuk gunahlardan biride 3cu cinsin numayendesi olmaqdi.bu azerbaycanin adina lekedi. cavanlar ona gore qorxurlarki belke inustutda oxuyanlarda ola biler…olarida tutub bolmeye basanda inistitutdan cixarda bilerler..heyati korlana biler ona gore..bu metni yazan biraz agilnan fikirlew yazzz..hamiyada wamil eleme bunu

  16. Elchin Suleyman

    Azerbaycanin Ermenilerle serhed ona gore iwiq qaz varki ermeniler gorsun bizim nece inkiwaf elediyimizi.Bawqa yerler de ele olsun da.Senin paytaxtinda qaz,su iwiq problemi var nece umid ya da tesevvur ede bilersen ki,bolgelerde olmasin?!KI,bunlar xirdaliqlardi.Maddiyyat hec vaxt onemli olmuyub olmuyacaq da eger inkiwaf isteyirsense.Qazimiz var,suyumuz var eladi Azerbaycan cennetdi.Dunyada bizden yoxdu.Realliq Aztv ekrani deyil herwey rengareng,goyqurwagi olsun.Qeylere geldikde ise o yeddi rengli bayraqlari var ha bax onu AztV inkiwaf eletdirim daha rengareng eliyib.Aztvye baxan Azerbaycani Qeyistan sanar.Her wey renglidi.Biz televiziyaya da rengareng bawlamiwiq.Agqara bizim ucun ‘Zapadlo’ olardi axi.Sadece bir weyi deqiq bilirem haminin hamini teriflediyi cemiyyetden hec bir zibil olmaz.Dindarlarin ateistlere ya da ateistlerin kiminse eqidesine soyduyu lag elediyi olkeden de.Biz birbirimize hormet etmesek axi nece ‘dunyanin en mulayim'(Cox guman ki,insan olmuyan,cunki bu qeder sebirli,yumuwaq,hormetsaxlayan insan ola bilmez-melekler) polislerinden,dovlet adamlarindan hormet gozluyek?!O ki,qaldi qeyparada kecirilse onlara qarwi aksiya kecirmek isteyenler polisi goren kimi onlarin elindeki goyqurwagindan ikisini goturub duwecekler onlain arasina ta ki,polis gozden itene qeder…

  17. Nrgs Ali

    Ela!!!haqli!!!

  18. Təmiz söhbət….

  19. Seva Aliyeva

    Ilk once yazini yazan wexs sen yalniz oz etrafivi gore bilirsen,bu da yazida eksin tapib,yeri gelende sozun deyen cox ogullarimiz var,sen ve senin kimileri cox yaxwi taniyiriq,qacaq yollarnan Azerbaycannan gedib,xaricde yeke-yeke daniwanlari da,cixiw yolun qacmaqda gormekdense gedib bir geyi oldurub,sora da hebs olunardi,Ramil Seferov ki onda deyerdik nese etmisen,kenardan xoruz kimi banlamaq asandi,men azeri qiziyam,indi ekseriyyet oz huququn yaxwi bilir,senin kimiler ucun mitinq edecik ki,hakimiyyete gelib ikiuzluluk edesiniz?sen de menim kimi vetendawsan,men nece ki,ruwvet vermirem sen de verme,1 qoluboyu doymusen hec?ona gore hebse duwmusen?niye geylerden soz duwende sesin cixdi?genclere numune olacaq nese etmisen?indiki gencler ozleri duz bildikleri neyinse daliyca gedir,senin kimilerin “Tirkasina” getmir.Eger az da olsa kiwilik gostermek isteyirsense ozun kimi vetenwuvenlerden 10-15in yig get 2-3 gey oldur,sonra Igidlere nese de,ayib olsun!!

  20. belədi dəə vəziyyət. Əgər ki orda kimisə döyməyə gedəcək olanlar varıydısa (ki bu parad söhbəti aradan qalxdı) onlar öz haqqlarını tələb etməyənlər olacaqdılar.. belə olan halda onlar hüquqlarını bilmədiyindən normal sivil formada gedib onlara etiraz edə bilməyəcəkdilər. çünki polis onlara bir kəlmə “gedin rədd olun” deyəndə onlar yaşasın hökümətimiz, gəlin ağzımıza da işiyin deyib ordan gedəcəkdilər… onlar yaltaqdan başqa bir şey deyil

  21. Elnur

    Halaldi Seva Aliyeva!!!!

  22. Elchin Suleyman

    Bawa duwmediyim bir wey var ki,hami gic gic kiwiliyi homosexuallari doymekde gorur.Meger o qeder ozbawinaliqdi ki,kimin fikri kimin bogazindan kecmir onu doysun?!Siz axi kimsiz ki,kimise doyursuz?!Kim size bu ixtiyari verib?!Onda bir dene qey de alsin eline bicagi ki,menim tipik sexual orientaciya numayendelerinden xowum gelmir ve qabagina cixani dograsin…Chox gulmeli ve vehshi fikirlewen insanlar var hele de.Duwunen heyvanliqdan da cixiriq artiq.Numuneye bax ‘kiwisen oldur’ vehwilikdi.Deyesen qizlarimiz da ozlerine reib geleceklerinden qorxurlar.Melumdu axi ’18 yawindan yuxari evde qalmisansa qarimisan’!Huquqlarinizi bilirsiz?!Hansi huquqdan daniwirsiz?!Qeyleri oldurmek huququ hansi konstitusiyadadi?!Hec dunyaya gelmiw son ve en mukemmel Azerbaycan konstitusiyasinda bele o cur vehwilik yoxdu.Sadece bir wey bilirem bucur yawamagha bucur duwunen butun insanlar layiqdi.Atasinin ve ozunun altinda porwe olan elbette kimise oldurmekden qorxmaz axi onlar alidir.% nefer canguden de arxasinda kimdi e ona toxunan,ama bunlar kimi isteseler ‘geberderler’.Murdarciliqdan bawa birwey deyil…

  23. Seva Aliyeva

    Sen dinme,o biri dinmesin.Ne qeder bawinizi awagi salib susacaqsiniz?Evveller bir wey olan kimi etirazi mitinqlerde bildirirdiler,indi netde))Niyese ad cekmediyim halda kimlerse sozu ozune goturur,deyen gerek erser Azeri kiwileri arvad doymeye gelende niye ellerin iwe salirlar?Sen ve senin kimi bir necesi mudafie etse senin kimilerin ovladi gay ola biler.Sen bir insani adam kimi bawa sala bilmirsense cixiw yolu doymekdir.Niye xaricde zor tetbiq edilende huquqlar pozulmur.bizde pozulur?Bu kommentiome menfi fikrin bildirem ya geliri yaxwi oldugu ucun susur,ya da nefsi cekir onlari!!Sabir duz deyib siz hele yatin,dunya alem dagilsin,sene ne?

  24. ANS gay münasibətlərindən söz düşən kimi tras fahişələrinə üz tutur. Əvvəlcə gay, transsesksual, transvistit nədir bunu başa düşmək lazımdır…ən səviyyəsiz kanaldır, əslində camaatın səviyyəsizliyi ilə uyğundur

  25. Elchin Suleyman

    Hansi avropa olkesinin konstitusiasindan ve ya hec konstitusiyaya ehtiyac yoxdu sadece bir xeber gosterin ki,dovlet ve ya mehkeme onu desteklesin.Onunuz oz fikirlerinizi teqzib edirsiz.Niye siz bir kiwi arvadini doyende qalxirsiz ayaga gender bele geldi gender(Hec genderi bilen var ki guya?!) ele getdi.Ama bawqa bir insani doydurmek olar.A doyun,oldurun,qanini icin.Siz once insanlari ve onlarin huquqlarini tapdalamayin sonra gender meselelerine girersiz.Adi bir heyvena qarwi vehwilik gorende tukleriniz biz-biz olur,o qedermi deyersizdi insan heyati?!Heyvanlardandami deyersizdi,oldurun,vurun deyirsiz?!Belkede ele milletimiz mazoxist,sadist olduqlari ucundu ki,kiwi doymekden hezz alir,qadin doyulmekden.Besdi katalizatorluq elediz!Neise istediyiniz kimi duwunun.Onsuz da bir wey deyiwmeyecek ne sizinle,ne de bawqalari ile.Unutmayin her kes laiq oldugu heyati yawiyir…

  26. bu qeder problemdii bu gey meselesi

  27. salam adim royal.ozumde geyem.21yasimm var.zakatalada yasayiram.burda yazilanlarinn hamisini oxudumm geylere qarsii kimin fikri varsa oxudum ve haminin fikrine hormetle yanasiram.sadece burdan bezi men basa dusesi ve meni basa dusesi geylere demey isteyirem kii.bu parad olmayacaq yada duz deyill.duzduu bizi azerbaycanda coxx sixistirirlarr ozum rayonda yasayiram bunu goruurem.nece men dozub dayaniram ele sizde dozub dayanin.avropa birliyinde hamii xacperesdilerr,gey olmagimiza baxmayaraqq bizde bu olkenin vetendasiyiqq biz xaricde qebul olunan amma bizde qebul olmuyacaq bu parradi kecirmemeliyik.en azinan cixndir ermenilerr buna baxibb niye bizimm vetendaslarimizaa mizz qoysunlarr prikol edibb internete buraxsinlarr.duzduu ele ermenilerin ozleri gulmelii viddedi,amma yenede bu parad olmaz.he olardii o vaxti ki muharibe seraitindee olmayan olke olsaydiqq.necekii biz oolarinn en zeyif noqtelerini deyerlendiribb olari kaznit etmey isteyirik ele onlarda bu paradii boyutubb gulunc veziyetine salacaqlarr,inanin onda avropa birliyi o qani dagilmis ermenilere hecne demiycekk.cun kii qani dagilmislarr xacperesdiler..yenede gaylarra fikrimece azerbaycanda tezyiqde gosterseler durun atdirin azerbaycandan deyen yoxduu deyede bilmezlerr.en azinan bizi basa dusmelidilerr,bizde insaniqq bi isteyib bele olmamisiq kii.gunu bu gunn o qeder qiz olur kii mennen xosu gelibb evlenmek isteyen.hetda elesi olur kii bile bileki men neceyem yenede meni isteyirlerr amma men olara qeseng olarin xetrine deymiyecek kimi basa saliram kii yoxx menlik deyill.amma burda bezii kisilikden dem vuranlarr coxx memnuniyetle hemen qizlarla unsiyete kecibb bedbext edibb masxara edib hemen qizi gezesiydii.ozune add salacaq fikirlesibb hunerlenesiydii,inanin azerbaycanda indi geylerden coox lezbilerin sayi coxduu,olara niye tezyiq olmurr.cun kii hansisa kisi deyenlerr deyirler lezbide olsa qizdii bizede nese catar.indi olardi kii lezbilerin paradi gor nece bizim kisilerr olsun deyecekdii.ehh heyatdida aldadir insani.burda meni basa dusesi geylere sesleniremm bu parad olmazz.yazdiqlarim size mentiqsizde gele bilerr.amma inanin tamm semimi yaziramm vee ureyimdeyii temiz safliga goredee allahimin qarsinda cavab vermeyi gozleyirem.en azinan allah bzi bele yaradibb en azinan deye bilersizz gunahdii.qoyun bu gunah olsunn.ona gorede deyirem allah haminin ureyine baxib versinn.

  28. Hade

    reyler bezplatniy konsert =D bir gey qederde olmadiz etaga =)

  29. Kenan

    Gaylərə qarşı çox protiv commentlər var.adi bir misal çəkim:siz özüvüz kimi olmayan birinə deyirsiz ki niyə beləsən mənim kimi ol ? əlbəttə yox.bəs niyə indi deyirsiz ? nəm ala təkərizm.Kənan öpürəm zor yazmısan 😉

  30. Hər kimsə

    Qısaca olaraq, bir şey deyim, bizdə “gay” sözü işlədiləndə çoxları petux kimi başa düşür. Onları ayıra bilmədiklərinə görə vətənşüvənlik damarları tutur, onları əzişdirib döymək istəyirlər. Adlarını da müsəlman qoyublar. Onu da unudurlar ki, kimin nə etdiyi heç kimə girmir, müsəlmansansa da bunu anlamalısan ki, hamı Allaha cavab verəcək.
    Bir türk filmində izləmişdim, bir gay on bığıburma kişidən daha cəsarətli, daha insan çıxmışdı. Onlarla problemim yoxdur, hərə özünə görə insandır. Yazı üçün təşəkkür edirəm.

  31. kenan sen ne yazdigini hec ozun basa dusursen.birincisi hec bir gay demir kimese gel meni kimi ol ve fikrimce hec bir gayda kimese yalvarmirr ele geylerle olanlarda seni kimi dilde bele danisanlardi.oz eleyhivize danismayin.fikrimce normal insan geyleri basa duser hee elbetde dediyim insanlara ayiddi heyvanlara yox.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: