Günlük Arxivlər: Fevral 6, 2012

İnanıram ki, inanacaqsan.

Hərdən gecələr yatağa uzananda, yata bilməyəndə və yaxud yatmağa çalışanda başlayıram fikirləşməyə, özü də nətər fikirləşməyə. Taaaa uşaqlığımdan indiyə qədər olanları fikirləşirəm. Yada salıram olub keçənləri.

Yadıma düşür nənəmin məni Neftçilərdə gəzdirməyi, yazıq arvad mənə bir tikə çörək yedizdirmək üçün gərək Neftçilərin o biri başındakı karusellərə aparardı məni. Mənə Cəbrayıldan, kəndimizdən danışardı. Həmişə də çalışırdım ki, yadımdan çıxmasın onun danışdıqları, axı gedib görəcəm yenə oraları.

Yadıma düşür məktəbə- 214-ə birinci dəfə şagird kimi getməyim. Anam məktəbimizdə müəllimə işləyirdi, məni 2-3 gün əvvəl özü ilə elə-belə aparmışdı məktəbə. Elə orda yıxıldım, pilləkən alnıma qəşəng çapıq çəkdi. İlk dərs gününə gələndə çapıqla gəlmişdim və yaman utanırdım çapığa görə nəsə. Və fikirləşirdim ki, dərslərimi hamıdan yaxşı oxuyub alim olacam. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,, | 4 Şərh

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.