İnanıram ki, inanacaqsan.

Hərdən gecələr yatağa uzananda, yata bilməyəndə və yaxud yatmağa çalışanda başlayıram fikirləşməyə, özü də nətər fikirləşməyə. Taaaa uşaqlığımdan indiyə qədər olanları fikirləşirəm. Yada salıram olub keçənləri.

Yadıma düşür nənəmin məni Neftçilərdə gəzdirməyi, yazıq arvad mənə bir tikə çörək yedizdirmək üçün gərək Neftçilərin o biri başındakı karusellərə aparardı məni. Mənə Cəbrayıldan, kəndimizdən danışardı. Həmişə də çalışırdım ki, yadımdan çıxmasın onun danışdıqları, axı gedib görəcəm yenə oraları.

Yadıma düşür məktəbə- 214-ə birinci dəfə şagird kimi getməyim. Anam məktəbimizdə müəllimə işləyirdi, məni 2-3 gün əvvəl özü ilə elə-belə aparmışdı məktəbə. Elə orda yıxıldım, pilləkən alnıma qəşəng çapıq çəkdi. İlk dərs gününə gələndə çapıqla gəlmişdim və yaman utanırdım çapığa görə nəsə. Və fikirləşirdim ki, dərslərimi hamıdan yaxşı oxuyub alim olacam.

Yadımdadı, 2003-cü ildə Qələbə meydanında elan olunanda ki, İsa bəy prezidentdir, necə sevinmişdim, əlimdəki bayrağı daha şiddətlə yelləməyə davam etmişdim. 2005-ci ildə narıncı rəng paltarlar geyinməyim də yadımda. O vaxtlar hələ də ağlım uşaq ağlı olmasına baxmayaraq o qədər ümidlərlə yaşamağım indinin özündə də mənə çox qəribə gəlir.

Yadıma gəlir universitetə qəbul imtahanı günüm. Nəqədər yalvardılarki anamgil ver testləri yoxlayaq görək nə yazmısan, vermədim. Gözlədim axşam cavablar çıxmağını. Əslində mənim üçün bir o qədər də fərqi yox idi nə qədər bal toplayacağım. Qəbul olduğum fakultəni öyrənəndə isə fikirləşirdim ki, çox gözəl olacaq mənim üçün.

Yadıma gəlir o qızı ilk gördüyüm gün. Gördüyüm an nəsə məndə belə bir hiss yarandı ki, bu qız həyatımın bir parçasına çevriləcək. Çevrildi də… Amma…

Və gecələr bu olanları, başqa xatirələri yada salıb fikirləşəndə istəyirəm durum əynimi geyinim çıxım çölə başlayım dəli kimi qışqıra-qışqıra qaçmağa. Həyata nifrət etmək istəyirəm. Tüpürmək istəyirəm hər şeyə.. Niyə?

Çünki, nənəmin kəndimiz haqqında danışdıqları artıq yavaş-yavaş yadımdan çıxır.

Çünki, məktəb vaxtından qalma “oxuyub alim olacam” arzuları havaya səpələndi.

Çünki, hələ də meydanlarda bayraq yelləməyə, şüarlar qışqırmağa davam edirəm.

Çünki, oxuduğum universitetə, ixtisasa nifrət edirəm, tezliklə bitməsini istəyirəm universitetin.

Çünki, həyatımın bir parçasına çevrilən qız artıq xatirələrimin bir parçası oldu.

Amma, mən durub əynimi geyinib çölə çıxıb dəli kimi qışqıra-qışqıra qaçmıram. Yerimdə uzanmağa davam edirəm. Və sadəcə inanıram ki, hər şey yaxşı olacaq. Bilmirəm necə olacaq, nə cür olacaq, amma hər şey yaxşı olacaq, mütləq! Siz də inanın dostlar, inam yaxşılıqlara doğru ilk pillədir. İnanırsan, sonra iştirak edirsən, sonra fəaliyyət göstərirsən və belə-belə görürsən ki, xoşbəxtliyə yaxınlaşmısan biraz. İnanandan sonra çox şeylər dəyişəcək. İnamsız nələrəsə sahib olmaq, nələrisə dəyişmək mümkün deyil. Və mən inanıram ki, çox şeyi dəyişə bilərəm, dəyişəcəm də!

Nəbilim ala.. bu qədər 🙂

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,, | 4 Şərh

Yazı naviqasiyaları

İnanıram ki, inanacaqsan.” üçün 4 cavab

  1. Kənan, bir daha ümidləndim. Cünki hər şey yaxşı olacaq.

  2. Rasul

    inanmag basharmagin yarisidi deyibler

  3. İlaha Resulzadeh Hajiyeva

    İnamında uğurlar!

  4. İnanırıq

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: