Kim istəməz ki…

İstəmirəm çərçivələr. İstəmirəm sıxılmaq. İstəmirəm din. İstəmirəm qadağalar. İstəmirəm cəzalar, danlamalar. İstəmirəm zəhrimara qalmış mentalitet.

İstəyirəm doyunca içə bilim. İstəyirəm istədiyim qədər çəkə bilim. İstəyirəm istədiyim kimi yaşaya bilim. İstəyirəm  istədiyim qədər oynaya bilim. İstədiyim qədər qışqırmaq, bağırmaq istəyirəm. İstədiyimi deyə bilmək istəyirəm. İstədiyim yerdə uzana bilmək istəyirəm.

Sevgilimlə istədiyim yerdə öpüşə bilmək istəyirəm. İstədiyim yerdə istədiyim qədər qucaqlaşmaq istəyirəm. Yanaqlarından, dodaqlarından istədiyim yerdə istədiyim qədər öpə bilmək istəyirəm. Sevgilimi istəyirəm…

İstədiyim yerdə istədiyim qədər özümü uşaq kimi apara bilmək istəyirəm. İstədiyim qədər dəlilik eləmək istəyirəm.

İstəmirəm bunlara görə məni qınasınlar. İstəmirəm bunlara görə məni döysünlər. İstəmirəm məni danlasınlar. İstəmirəm valideynlərim bunlara görə boyumu yerə soxsunlar. İstəmirəm qohumlardan məsləhətlər. İstəmirəm məhlə ponyatkalı qaqaşlar. İstəmirəm ana-bacı söhbəti eləyən bratlar. İstəmirəm qıztutan mamontlar.

İstəmirəm monarxiya. İstəmirəm diktatura.  İstəmirəm itsifət polislər. İstəmirəm yalanlar içində yaşamaq, hər gün, hər saat telekanalizasiyalardan yalanlara qulaq asmaq. İstəmirəm bu yalanlara uyan vətəndaşlar. İstəmirəm qumarbaz prezident. İstəmirəm dəlixanadan kağızı olan icra başçısı. İstəmirəm şəhərim pox gününə salınsın. İstəmirəm həmvətəndaşlarımın evləri sökülsün. İstəmirəm eurovision. İstəmirəm həmyaşıdlarım həbsxanalarda yatsınlar. İstəmirəm həbsxanalar sevgililəri ayırsınlar.

İstəyirəm düşüncəli, ağıllı gənclik. İstəyirəm hüquqlarını qoruyan vətəndaşlar. İstəyirəm  hər yerdə kitab, qəzet oxuyan insanlar. İstəyirəm övladlarına səhv etmək imkanını da yaradan valideynlər. İstəyirəm zövqlü musiqilər. İstəyirəm dəbli, əlvan geyimlər. İstəyirəm rüşvətə yox deyən tələbələr. İstəyirəm cavan, savadlı, vicdanlı müəllimlər. İstəyirəm hamı öz işi ilə məşğul ola bilsin. İstəyirəm azadlıq, demokratiya olsun.

İstəmirəm insanlar bir-birinin fikirlərinə hörmətsiz yanaşsınlar. İstəyirəm hamı bir-birini başa düşsün. İstəyirəm mövzular qız, maşın, gic-gic söhbətlər yox, kitablar, dərslər, incəsənət, kinolar və daha nələr olsun.

İstəyirəm hamı gülsün, hamı sevsin, hamı inansın, hamı istəsin, hamı istədiyini etsin, hamı ümid etsin, hamı azad olsun, hamı oxusun, hamı müasir olsun, hamı məsuliyyətli olsun, hamı etiraz etməyi bacarsın, hamı istədiklərini və istəmədiklərini deyə bilsin, hamı istəmədiklərini etməsin, istədiklərini etsin!

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,, | 5 Şərh

Yazı naviqasiyaları

Kim istəməz ki…” üçün 5 cavab

  1. Elnur

    maraqlı yazıdı.. əla istəklərdi.. )) amma yaddan cıxartma azadlıq sonsuz deyil.. sənin azadlıgın.. səndən qıraqdakıların hüququnun başladıgı yerdə bitir …

  2. Kenan

    paradoks bir yazıdır.istəyirəm filan şey filan olsun amma sora da istəyirəm ki, heç kim bir-birinin işinə qarışmasın.yerim ben seni

  3. Lezva 😀
    zor yazmisan

  4. Tu Ran Najafov.

    kankretttttttttt! Ugurlar Kenan.

  5. Shamxal

    Kim istemez ki??? Meselen, men… Menim ne istediyim meni YARADANIN ne istediyinden daha vacib deyil.. Menim ucun vacib olan menim ne istediyim yox meni 1 damla meniden yaradan SONSUZ QUDRET sahibinin ne istediyidi.. Seven ucun esas SEVILENdi… SEVILEN ne isteyirse AMENNA!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: