Haladı əliyevlərə, boz kardinala, onların apardığı siyasətə. Ətağa! Həqiqətən əksər gəncləri qoyun etməyi bacarıblar.
Bir dostumun dostu ilə söhbətləşirdik bayaq. Bu insana 2 saatdır başa salıram ki, bəs, belə- belə də.
Deyir: düzdü, haqsızlıqlar çoxdu, amma mən tərəfdarıyam ilham qalsın.
Deyirəm: Xocalını anmaq istəyirdik, amma, bizi döyürdülər, imkan vermirdilər. Buna nə deyirsən?
Deyir: Xocalı abidəsinə gedərdiz də anmaq üçün.
Deyirəm: ora da getdik, amma, şəhərin mərkəzində də fləşmob etmək istəyirdik. Və bunu bizə heç bir qanun qadağan etmir konstitusiyamıza görə.
Deyir: ala nəyivizə lazım e.
Nə deyəsən axı buna?..
Deyirəm ki: ay insan, sənin bu kurtkavı oğurlasalar, əlindən alsalar nə edərsən?
Deyir: onu oğurlayan oğlanı elə vəziyyətə salaram ki, ayağa dura bilməz.
Deyirəm ki: bəs qışın bu günündə sənin evdə qazın gəlmir, suyun gəlmir, onda niyə heçnə etmirsən? Sən bu cür neft ölkəsində bundan daha yaxşı yaşamalısan. Sənin işin-gücün olmalıdır. Sənin həmyaşıdlarının evləri sökülür, insanlar küçəyə atılırlar. Sənə təhsil verilmir, rüşvət istənilir. Onda niyə laqeyd qalırsan?
Deyir: qaqaş, mən siyasətə qarışmıram e. Məni əsasən din maraqlandırır.
Çox çətindir bu insanların beynində inqilab etmək, çox! Amma, mümkünsüz deyil. Hər şey yaxşı olacaq, inanıram, istəyirəm, edirəm.