Çünki, gəncik – 17 mart!

Biz vətəndaşıq. Biz Azərbaycan respublikasının vətəndaşıyıq. Biz xalqıq. Bu respublikada hakimiyyətin mənbəyi xalqdır.

Biz gəncik. Biz xalqın əsas hissəsini təşkil edirik. Deməli, biz hakimiyyətin mənbəyinin əsas hissəsiyik.

Bu respublikada ən çox təqiblərə məruz qalınan, ən çox sıxılan, ən pis vəziyyətlərə salınan da bizik, gənclər. Niyə? Çünki, daha gözəl yaşamaq istəyirik, xalqı daha gözəl şəraitdə yaşatmaq istəyirik.

Gənclər istənilən dövrdə, tarixdə, istənilən dövlətdə hər zaman bir etirazçı qüvvə olmuşlar. Gənclər hər zaman istənilən haqqsızlığa, ədalətsizliyə qarşı reaksiya verən ilk, təkanverici  qüvvə kimi tanınmışlar. Ədaləti, demokratiyanı da gənclər bərpa edən əsas qüvvə olmuşlar hər zaman. Və biz gəncik.

Biz hamımız bilirik ki, Azərbaycanda ədalətsizlik baş alıb gedir. Demokratiya, insan haqqları vəhşicəsinə tapdalanır. Bu hakimiyyətin mənbəyi olan xalq öz prezidentini seçə bilmir, öz deputatını, bələdiyyəsini seçə bilmir. Saxtakarlıqlar baş alıb gedir. Bu hakimiyyətin mənbəyi olaq xalqın torpaqları 20 ildir işğal altındadır və hakimiyyət torpaqları azad etmək sahəsində 1-cə qram da uğura nail ola bilməyib, irəliləyiş yoxdur.

Etiraz etməyəkmi? Nəvaxta qədər?

Bu hakimiyyətin mənbəyi olan xalqın qanunsuz olaraq evləri sökülür, Eurovisiona görə. Bu hakimiyyətin mənbəyi olan xalqın vəziyyəti acınacaqlıdır. Qışın ən soyuq vaxtlarında evlərdə su, qaz, işıq ya gəlmir ya da elə gəlir ki, gəlməsə ondan yaxşıdır. Bu hakimiyyətin mənbəyi olan xalq hər gün acınacaqlı hallarla üzləşir- metroda, avtobusda ən iyrənc vəziyyətlərə düşür, bu vəziyyətə düşməyə məcbur edilir.

Neft, milyonlar ölkəsi olan Azərbaycanın vətəndaşı elə miqdarda maaş alır ki, bu maaşı verməsələr yaxşıdır. Dəfələrlə gözəl şəraitdə yaşamaq imkanının olmasına baxmayaraq, bu kölə vəziyyətində yaşadılır.

Və buna dözür… Axı niyə?! Niyə dözək axı? Niyə özümüzə daha gözəl gələcək hazırlamayaq?!

Bu hakimiyyətin mənbəyi olan xalqın tələbəsinə təhsil verilmir, rüşvət alınır. Təhsil verilmir deyə səviyyəsi qalxmır. Dünyagörüşü aşağı olur, dünya ədəbiyyatı oxumur. Dil biliyi zəif olur. Zövqü iyrənc olur. Və nəticədə iş tapa bilmir.

Yuxarıda yazdıqlarım eybəcər həqiqətlərin hələ çox kiçik bir hissəsidır. Bu həqiqətləri hamımız bilirik axı. Bəs niyə susuruq, nədən ötrü susuruq? Bu əzablar bizə həzzmi verir? Haramıza yaraşır susmaq?!

Amma, artıq vaxtdır, hərəkətə keçməliyik, bizlər- gənclər. Susmaq xəyanətdir.

Biz- gənclər susmayacayıq. Biz səsimizi yüksəldəcəyik. Biz bu olanlara etirazımızı bildirəcəyik. Biz olub-bitənlərin bu cür yox, başqa cür olmalı olmasını deyəcəyik. Heç kimdən qorxmuruq. Çünki, biz həqiqəti deyirik.

Biz 17 mart saat 15:00-da toplaşacayıq. Özümüz üçün, gələcəyimiz üçün, uşaqlarımız üçün. Demirik ki, inqilab etmək üçün, sadəcə tapdalanan hüquqlarımızı, bizim olanları geri qaytarmaq üçün. Bu olanlara etirazımızı bildirmək üçün. Çünki, biz gəncik, biz daha müasirfikirli, daha öncəgörənik.

Mən orda olacam. Mitinqin möhtəşəmliyindən yaranacaq sevinc göz yaşlarımı heç birinizdən gizlətməyəcəm. Bu şərəfli tarixi biz yazacayıq. İnanıram, sən də inan. Biz düzəldəcəyik. 17 Martda meydanda qucaqlaşanadək…

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,, | 2 Şərh

Yazı naviqasiyaları

Çünki, gəncik – 17 mart!” üçün 2 cavab

  1. nct23

    ya bu gun ya sabah bu zalq oyanacaq,geci tezi var ama olacaq buna eminem size turkiyede olan bir azerbaycanlı qardashıgınız olaraq tam destek chıxıram ve yazdıqlarınızı mende paylashıram HER KES ÖZ BORCUNU YERİNE YETİRSİN.UĞURLAR…

  2. YA QARABAĞ!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: