Problem var?!

20 il.. O boyda 20 il… 20 ildir alınır… Bunlarda.. 20 ildir  alınır bizi susdurmaq ..

Bacarırlar. Qırırlar hər dəfə bizi, sındırırlar…

Hər dəfə qorxuruq, çəkinirik, sakit-sakit, pıçıldaya-pıçıldaya danışırıq… Elə olur ki, heç danışmırıq. Facebookda inboxda da qorxuruq. Birdən eşidərlər, birdən görərlər… Telefonla danışanda da başqa sözlərlə ifadə edirik fikirlərimizi..

Hər dəfə susmaqla onlara bizi susdurmağa davam etməyə bəhanə veririk. Elə bilirlər qalib gəlirlər, elə bilirlər alınır bunlarda, elə bilirlər bacarırlar. Özləri ilə fəxr edirlər, özlərini üstün bir şey sanırlar, özlərini sevirlər.. Özlərini- iyrənc məxluqları… Əslində düz də edirlər… Axı alınır.

Polis görəndə sakit dururuq, bir-birimizi sakitləşdiririk. Qələbəlik yerlərdə başqa mövzuda danışmağa çalışırıq. Və onlar elə bilirlər ki, heçkim bu mövzuda danışmır, heç kim narazı deyil, hamı rahatdır, hamı manqurtlaşıb.. Amma, elə deyil axı…

Onlar eşitmək istədiklərin eşitdirirlər özlərinə, eşitmək istəmədiklərin isə biz eşitdirmirik onlara. Susuruq, qorxuruq…

Amma, nəvaxta qədər? 20 ildir susuruq. Özümüzü mədəni, ağıllı göstərməyə çalışırıq, guya onlar səviyyəsinə enmirik, onlar danışsa da, söysə də biz danışmarıq, biz söymərik zad..

Artıq vaxt gəldi, artıq susmamaq, onlara eşitdirmək vaxtı gəldi.. Küçədə gəzə-gəzə onları söymək vaxtı gəldi. Polisin yanında istədiyimizi rahat-rahat demək vaxtı gəldi. Hər yerdə danışa-danışa onları utandırmaq vaxtı gəldi.

Nəvaxta qədər içimizdə qalacaq?! Utanmayaq, söyək onları.. 20 ildir var-yoxumuzu, həyatımızı söyənləri.. Çəkinməyək, deyək sözümüzü.. 20 ildir sözlərini qulaqlarımıza soxanları… Qorxmayaq, edək istədiklərimizi.. 20 ildir istədiklərin və istəmədiklərimizi edənləri… Hamımız bir olsaq bizə heçnə edə bilməzlər.

17 martdan etibarən yeni bir hərəkat başladı.. Bu hərəkatı Camal Əli başladı… İstədiyini dedi, istədiyi cürə dedi.

İstədiyimizi demək istəyirik. Problem var?! İstədiyimiz tərzdə demək istəyirik. Problem var?! Söymək istəyirik. Problem var?! İstədiyimizi söymək istəyirik. Problem var?! Sizi söyürük! Problem var?!

( #ramizeşidirsənbizi?)

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Yazı naviqasiyaları

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: