Spirtli mübarizə

İşlərimiz çox olur. Ora-bura qaçırıq, onla-bunla görüşürük və bu kimi çoxlu-çoxlu işlər. Və indiki şəraitdə bunlara görə heç bir maliyə dəstəyimiz də olmur. Könüllülərik. Mübarizədəyik və bunu anlayırıq.

Çox yoruluruq. Amma, bu yorğunluq şirin yorğunluq olur. Bu yorğunluq bizi bezdirmir. Çünki, sonda əziyyətimizin nəticəsini görürük.

Bu işlərdə ən çox sevilən məşğuliyyətlərdən biri də hərdən mübarizə dostları ilə oturub yeyib içməkdir. Yeyib içmək gözəldir 🙂

Amma, çoxları buna pis baxır. Həyatlarında bircə dəfə də olsun piyan olmayanlar piyan olanları qınayır. Biraz da haqlıdırlar.. Ancaq…

Ancaq, o ləzzətin öz yeri var axı. Qoy heçolmasa bircə dəfə içki kiçicik ziyan vursun sənə, qoy içəndən sonra ürəyin bulansın, səhərisi başın ağrısın. Amma, içkili vəziyyətdə olanda bir neçə müddət yaşadığın anın yüzdə birinə belə bərabər ola bilməz həmin zərərlər.

İçkili vəziyyətdə olanda uçursan. Bütün problemlərdən uzaqlaşırsan. Ayağın yerdən üzülür. Gülürsən. Hamını sevməyə başlayırsan. Azərbaycan insanı isə belə davranışlara yaddır. Həsrətdir insanımız sevgiyə, problemlərdən uzaqlaşmağa.

Masa yoldaşlarından və günün necə keçdiyindən də çox şey asılıdır. Gərək gözəl yoldaşların və gözəl keçən günün olsun.

Bizlərdə adətən belədir. Dostlar möhtəşəm insanlardır. Çünki, mübarizədə ortaya çıxıblar. Mübarizə dostları isə ən gözəl dostlar olur. Günümüz də qəşəng keçir çox vaxt. Çünki, birgə işləyib axşam internetdə gözəl nəticələrinə də birgə baxırıq 🙂

Əgər heçvaxt piyan olmamısızsa, heçolma bircə dəfə cəhd edin. Dediyim kimi, gözəl dostlar və gözəl keçən gün şərtdir. Bunlar isə mübarizədə ortalığa çıxır.

Nəsə, sözüm orasındadır ki, çox içməyin, ziyandır 🙂

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Yazı naviqasiyaları

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: