Halva həvəskarlarına

Son 1-2 ildə ölkədə hərəkat başlayıb. Dinamiklik var.

Mövcud vəziyyətlə barışmayıb dəyişiklik etmək istəyən insanlarımızın sayı artıb və artmaqda davam edir.

Ancaq, bu dəyişikliklərin asan əldə olunacağını sananlar var. Ümumiyyətlə asan yolla əldə olunan nəticənin keyfiyyəti ya az olur, ya da heç olmur.

İnsanlarımız elə bilirlər ki, əllərini-qollarını sallayıb gedib dəyişiklik edəcəklər. Olmur axı belə. Çətinliklər olur və olmalıdır da. Əgər hansısa məqsədə doğru gedilən yolda maneələr, çətinliklər yoxdursa, deməli, o heç məqsəd deyil və ona doğru addımlamağın mənası yoxdur.

Adamlar mübarizə aparırlar və mübarizənin ən qızğın yerində, ən lazımlı, həlledici məqamında çəkilirlər arxaya ki, bəs qorxuruq. Axı, bu mübarizədir. Girişmisənsə axıra qədər giriş. Digərlərini yarı yolda qoymaqla mübarizə aparmaq nə vaxtdan mübarizəyə girmək olub, anlamıram?!

Tələbələrə təhsil müəssisələrindən təzyiqlər olur. Müəllimlər sıxışdırır, qiymətləri kəsilir, imtahandan kəsirlər, rəhbərlik tərəfindən qovulmaqla hədələnirlər. Ailə vasitəsilə də təsir göstərməyə çalışırlar.

Nisbətən yaşlı nəslə işdən qovmaqla hədələr olur. Anlayıram, onlar da arvad-uşaq dərdi çəkirlər, ac qoymaq olmaz.

Bəli, belə misallar çoxdur. Və hesab edirəm ki, çox da normaldır. Siz bunlardan nə gözləyirdiniz axı?! İyrəncliklərini hər şəkildə biruzə verirlər. Əlimizə gül çiçək verəsi deyillər ki. İmtahanlardan keçməmizə mane olmayası deyillər ki. Maaşlarımızı artırası deyillər ki. Düşmənimizdirlər və açıq şəkildə düşmənçiliklərin də edirlər.

Amma, bu universitetdən qovulmaqdan qorxan tələbəmi mübarizə aparacaq bu düşmənlərə qarşı?! Yoxsa evə gec gəlməkdən qorxan övlad?! Bəlkə işdən çıxmasından çəkinən işçi?! Yox, əzizlərim, bu mübarizədə yanımızda bu cür insanlar yer alacaqsa, uduzmuşuq. Belə olmur bu işlər.

Tarixə nəzər salaq. İndiyə qədər hansı ölkədə köklü dəyişiklik qurbansız əldə olunub? İnsanlar silahlı mübarizə aparıblar, güllə qabağına çıxıblar, illərlə həbsdə yatıblar, döyülüblər, sürgünlərə göndəriliblər, yaxınlarına təzyiqlər olub və s. Biz nə edirik?! Evdə bir-iki söz deyəcəklər deyə etiraz mitinqinə getmirik. Hər yolla bəhanəlar axtarıb tapırıq. Bunların beyinlərinin bəhanə axtarışına sərf olunan enerjisi ilə bu qədər vaxta üç dənə Crystal Hall tikmək olardı.

Düzdür, ehtiyatlı olmaq lazımdır, ağılla hərəkət etmək lazımdır. Amma, qorxunu atmadan mübarizə aparmaq olmaz. Qorxu varsa nə ehtiyat olacaq, nə də ağıl. Qurban verməyi də bacarmaq lazımdır. Qurbansız da əldə etmək mümkün deyil o gözəl günləri.

Ölkə dəyişmək halva deyil sənin üçün, dostum.

Dəyişiklik etmək istəyirsən, öncə özünü dəyiş, ciddi yanaş bu işlərə.

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 3 Şərh

Yazı naviqasiyaları

Halva həvəskarlarına” üçün 3 cavab

  1. Deyəsən, bir dəfə universitetin qabağında oturub bu söhbətləri etmişdik 🙂

  2. tey

    RESPECT.amma inanmiram bele insanlarda nese deyiwsin.esas problem bele insanlarin halvasini elinden nece almaq oldugunu bilmekdir.bes bunu nece etmek mumkundu?bes tunisde ve qalan olkelerde olan bizde nece formalawdirmaq,propaganda etmek olar?bu sualin cavabini hami gozluyur.:D
    yenede respect.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: