Astara-Bakı qatarı (fotolar, video)

2-3 gün boş vaxt tapan kimi dostlarla hər il gedirik müxtəlif bölgələrə səyahətə əylənməyə. Bu dəfə cənuba tərəf getdik. Lerikdə, Lənkəranda olduq. Səfərimiz əla oldu, doyunca kef etdik.

Hər şey normal gedirdi, geriyə qayıtmaq üçün qatara minənə qədər. Nəqliyyat vasitlərindən səyahət üçün ən çox bəyəndiyim qatardır. Bildiyiniz kimi, Azərbaycanda qatarların vəziyyəti bərbad gündədir. İstər metro qatarı olsun, istərsə də dəmiryol qatarı. Lakin, mən hələ içi üfunət iyi verən, divarlarında, döşəklərində, tavanında tarakanlar, böcəklər gəzişən qatara rast gəlməmişdim. Təbii ki, bu vəziyyətdə olan kupedə yatmağım mümkün deyildi. Deməli, səhərə qədər oyaq qalmalı idim.

Hələ istini, havasızlığı demirəm. Tər içində idik. Qonşu kupelərdə balaca uşaqların qaynar havadan ağlamağı kəsmirdi. Bütün kupe gərgin vəziyyətdə idi. Lakin, hamı səsini kəsib birtəhər yatmağa çalışırdı. Mən və bir neçə dostum isə qatar işçilərindən pəncərələri açmağı tələb edir, bu vəziyyətə görə lazımi orqanlara şikayət edəcəyimizi bildirirdik. Şikayətdən çəkinən qatar işçiləri isə bizə bilet qiymətindəki fərqi ödəməklə SV kupedə gecələməyi təklif etdilər. Başqa çıxış yolumuz olmadığından elə belə də etdik.

Nəqədər pulumuz olsa da, nəqədər kefimiz olsa da, nəqədər gözəl dostlar yanımız da olsa da, xeyri yoxdur, bu ölkədə hətta əyləncəmizin də içinə pox olur axırı. Yadıma Gürcüstandakı qatarlar düşdü və adicə qatar misalında fərqimizin necə böyük olduğunu bir daha anladım.

Dəyişiklik lazımdır. Bu ölkəyə dəyişiklik lazımdır.

Qatardakı biletsiz sakinlərin fotoları:

Bu slaydşou üçün JavaScript lazımdır.

Və onların videosu:

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Yazı naviqasiyaları

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: