Aylıq arxivlər: İyun 2012

Musiqi ilə etiraz

Musiqi gözəldir. Musiqiyə qulaq asmaq lap gözəldir. Musiqi bəstələmək, yazmaq, oxumaq ondan da gözəldir.

Etiraz da gözəldir. Etirazın ən gözəl formalarından biri də musiqidir. Çünki, musiqiyə hər kəs qulaq asır, xüsusilə də gözəl olduqda.

Rok, rep isə etiraz musiqiləridirlər. Bu musiqi janrları etiraz məqsədi ilə formalaşmış musiqidirlər.

Azərbaycanda da son zamanlar reperlər, rokerlər aktivdirlər. Hətta, etiraz xarakterli, azad ruhlu roklar, replər də yazılır, oxunur. Amma, çox azdır. Bu qədər haqsızlıqlara, cındırlıqlara baxmayaraq bu tipli musiqilərin bu qədər az olması çox qəribə gəlir mənə.  Oxumağa davam et

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Uşaq başı

Yalan – onların mahiyyəti!

Qədimçilikdən danışırlar. 

İçərişəhərimizi zibil gününə salıblar. Tariximizi saxtalaşdırıblar.

Müasirlikdən danışırlar.

Bütün günü milli-mənəvi dəyərləri, menaliteti təbliğ edirlər. Köhnəlikdən çıxa bilmirlər. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Cek Bəy Londonun “Martin Bəy İden”i

Son oxuduğum kitablar arasında Cek Londonun “Martin İden”i mənə yaman təsir etdi. Çox bəyəndiyimdən tez oxuyub bitirməyə də heyfislənirdim, ona görə də, az-az oxuyurdum ki, bu ləzzəti uzun müddət yaşayım.

Bu kitabda şəxsi azadlıq, sevgi, həyata dirəniş, məqsədə doğru addımlama və s. vacib mövzulara müəllif çox incəliklə toxunub.

Kitabı oxuya-oxuya fikirləşirdim ki, mümkün deyildir ki, yazılanlar müəllifin uydurmalarıdır. Səhnələr çox incəliklə, dəqiqliklə təsvir olunub və istər-istəməz oxucuda belə bir təsəvvür yaranır ki, Cek London öz yaşadıqlarını ustalıqla təsvir edib. Sonradan öyrəndim ki, həqiqətən də belədir. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 11 Şərh

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: