Son oxuduğum kitablar arasında Cek Londonun “Martin İden”i mənə yaman təsir etdi. Çox bəyəndiyimdən tez oxuyub bitirməyə də heyfislənirdim, ona görə də, az-az oxuyurdum ki, bu ləzzəti uzun müddət yaşayım.
Bu kitabda şəxsi azadlıq, sevgi, həyata dirəniş, məqsədə doğru addımlama və s. vacib mövzulara müəllif çox incəliklə toxunub.
Kitabı oxuya-oxuya fikirləşirdim ki, mümkün deyildir ki, yazılanlar müəllifin uydurmalarıdır. Səhnələr çox incəliklə, dəqiqliklə təsvir olunub və istər-istəməz oxucuda belə bir təsəvvür yaranır ki, Cek London öz yaşadıqlarını ustalıqla təsvir edib. Sonradan öyrəndim ki, həqiqətən də belədir.
Mənə xüsusən təsir edən, yadımda qalan hissələrdən biri isə sevgililərin ilk öpüş səhnəsi oldu. Təsirli təsvir olunub.
Bu kitabda hər bir Azərbaycan gənci öz yaşadıqlarını tapa bilər. Çünki, kitabda ictimai qınaq, istədiyini edə bilməmək kimi məsələlər var. Lakin, Martin bunların öhdəsindən çətinliklə də olsa gəlir. Buna görə də, gənclərdən kimlər bu kitabı oxumayıblarsa, mütləq oxusunlar. Məsləhətdir.
Kitabda son səhnə isə elə səhnələrdəndir ki, insanda belə bir təəsürat yaranır ki, müəllif həmin olanı da yaşamışdır. Amma, bu mümkün olmadığı üçün, daha çox təsir edir. Oxuyun, özünüz başa düşəcəksiniz.
Kitabın bizim dilimizə yeni tərcüməsinə kitabxanalarda da rast gəlirəm son zamanlar.
Bu yazını oxuduqdan sonra kitabı oxusanız mənə 100% təşəkkür edəcəksiniz, bu şübhəsizdir 🙂
men bu kitabi coxdan oxumusdum bu yaxinlarda yene de tekrar oxudum C.London menim en cox sevdiyim yazicidir onun eserde yasananlari tesvir elemek qabiliyyeti mukemmeldir].
eser haqda yeqin melumatin var.oz prototipidir?eseri yazandan sonra o da intihar elemek isteyirmis(1908)amma bunu bir qeder gec edib 1916-da .meslehet gorurem ki onun basqa eserlerinde oxuyasiz(ecdadlarin harayi,meksikali…ve.s.) ONUN HEYATI OZU BIR ESERDI
çox sağol dəyərli məlumat üçün. çalışıb oxuyacam digər əsərlərini də.
sual isaresin sehv qoymusam nezere alarsan
Men gozumu acandan atam evdeki yuzlerce kitabin arasindan mehz bu kitabi oxumagimi mene hemishe tezyiqle meslehet edirdi. Bu 11 sinifi qurtardigim vaxta tesaduf etdi. indi 4 defe oxumusham bunu. Ve menim en guclu motivasiya menbeyim mehz bu kitabdir.
En sevdiyim hisse, hec zaman unutmadigim:
Bir balaca eseb sarsintisi ve meoldrama.. ele deyilmi ? ne olar ki ? bir zamanlar uzerinden 11 il kecmesine baxmayaraq sen Yaglisifetin ohdesinden gelmisen, elece de nashirlerin de ohdesinden geleceysen.. yolda dayanib durmaq fikrini bashindan cixart! ireli get! indi ki, vurushmali olmusan, mohkem dayan, axira kimi vurush!!!
Kenan, qaldi ki, senin xoshuna gelen ilk opush hissesine, heqiqeten o qeder mukemel ustaliqla yazilib ki, az qalsin insan ozunu o anda hiss edir. Men bu kitabi ilk defe oxuyandan sonra aylarca ozumun Ruf Morz’umu axtarmishdim))
P.S taninmish milyarder AST Telman bu kitabi 12 defe oxuyub.
Cox sevdiyim ve her kese mesleher gore bileceyim bir kitab 🙂
Bu kitabi defelerle baslamagma baxmayaraq hec bir defe sonlandira bilmemisem nedense…
məsləhətdir, sona qədər oxuyun) sonra yenə sonlandırmağa cəhd edəcəksiniz…))
Çoxdan oxumuşam bu kitabı.. Mənə də həddindən artıq çox təsir etmişdi.. Postunuz maraqlı alınıb 🙂
Indice bitirdim bu kitabi ve deye bileceyim tek sey : “Ne deyeceyimi bilmediyimdir ” ele qeribe hiss edirem ki, ozumu bunu sozlerle ifade etmek mumkun deyil.
Geri bildiriş: Cek London – Martin İden
Geri bildiriş: Cek London - Martin İden - Pulsuz kitab yüklə