Tam Siyasi

Deməli, var da belə tiplər. Zəif adamdırlar. Geriyə çəkilirlər. Amma, səbəb kimi öz zəifliklərini yox, müxtəlif boş bəhanələr gətirilər. İndi mənim söz açacağım bu bəhalərdən birini həm də heç qoşulmayanlar tez-tez dillərinə gətirirlər.

Budur bəhanə:

Rejimə məğlub olduğunu etiraf etmək istəməyənlər rejimin ən böyük düşmənləri – İsa Qəmbərlə Əli Kərimlini bəhanə gətirirlər ki, qabağımızı kəsiblər. Bu nə boş söhbətdir belə?! Niyə qabağınızı kəssinlər axı? Məgər siz onlara qarşı vuruşursunuz ki, hələ bir qabağınızı da kəssinlər. Qeyri səmimi olub hakimiyyət hərisliyi üçün bunu etsəydilər, çoxdan hakimiyyətlə anlaşıb bir vəzifə zad sahibi olardılar da.

Mən razı, lap qabağınızı kəsiblər. Onları keçə bilmirsinizsə, rejimi nətər devirərcəksiniz siz? Boş-boş bəhanələri fikirləşməyə sərf etdiyiniz vaxtı, beyini rejimə qarşı mübarizəyə sərf etsəniz daha yararlı olarsınız vallah.

Ok, bəyənmirsiniz AXCP-Müsavatı. Zəifdirlər, mübarizədə məğlub olurlar. Ya da ki, satqındırlar, zırt-pırt. Müxalifət təkcə AXCP-Müsavatdan ibarət deyil axı. Başqa partiyalar da var, qoşulun onlara. Partiyaları bəyənmirsinizsə təşkilatlar var, onlara qoşulun – N!DA Vətəndaş Hərəkatı, Azad Gənclik Təşkilatı, Müsbət Dəyişiklik Gənclər Hərəkatı. Təşkilatları da bəyənmirsinizsə özünüz partiya yaradın, təşkilat yaradın.

Nəbilim axı, bəhanə gətirmək çox asandır. Əsas odur prosesə qoşulasan. Müxalifəti pisləməklə, onu təndiq etməklə onun əyri-əskiklərin düzəltmək olar, razıyam. Axı, özün qoşulub o çatışmamazlıqları özün düzəltməyə çalışsan daha yaxşı olmazmı? Xüsusi bir qabiliyyət zad da tələb olunmur bunun üçün. 

Qoşulma, ok. Heçolmasa razılaşmadığın, etiraz etdiyin bu rejimə özün müxalif ol da. Rejimə qarşı olub müxalifətə müxalif olmaq da nəyin nəsi axı?!

Qabaqdan 2013 prezident seçkiləri gəlir. Görün neyniyirsiniz də. Həmişəki kimi qıraqda durub məğlubiyyətlə barışmaq, yoxsa qoşulub nələrisə dəyişməyə çalışmaq? Özünüz seçin, bəylər…

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 4 Şərh

Yazı naviqasiyaları

Tam Siyasi” üçün 4 cavab

  1. a deyerli bey , 2013 de de İlham seçilecek. İsa beyle Ali Karimli bey pensiyaya çıxsın , inşallah 2018 de devirerik. Amin.

  2. İki seçim var: ya həmişəki kimi nə işimə qalıb deyib susumaq əlbəttə bu heç nəyi dəyişmiyəcək, ya da dəyişəcək amma mənfiyə doğru…
    digər seçim isə haqqın yanında olub haqqsızla vuruşmaq düz qeyd etmisən bəy, bəyənmirlər elə hansısa partiyanı onda o zaman get təşkilata o da yox, o zaman heç qoşulmasınlar nə partiya, nə də təşkilata amma yenə də mübarizəçi olub haqqsızlığa qarşı vuruşmaq lazımdır!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: