Mədəni-niyyət…

12 iyul Azərbaycanın deyərdim ki, ən dahi şəxsiyyətlərindən biri Mirzə Fətəli Axundovun dünyaya gəlişinin 200 illiyi idi. Bunu qeyd etmək üçün əsasən Seymur Baycanın təşkilatçılığı ilə dostlarla Tiflisə getmişdik. Qəbirüstünə getdik, gül qoyduq, orada söhbətlər etdik. Nəisə, sözüm onda deyil. Bu yazımda səfər zamanı diqqətimi çəkən başqa bir məqama toxunacam.

Deməli, adətən Gürcüstana qatarla yollandığımdan “Sınıq Körpü” gömrük məntəqəsində olmuram. Bu dəfə isə avtobusla getməli olduq.

Gömrükdə bilirsiniz ki, passportların yoxlanması prosesi olur. Bu proses həm çıxdığımız, həm də daxil olduğumuz ölkənin gömrük məntəqəsində baş verir. İnsanlar bir-bir, iki-iki yoxlamadan keçirlər, yəni növbə yaranmalıdır.

Azərbaycan tərəfdə gömrükdə növbə yaransın deyə 2-3 gömrük işçisi, 2-3 əsgər tər axıdırdılar. Amma, xeyri yox idi. Aləm dəymişdi bir-birinə. Basabas, itələşmə, bir-birini söyənlər, özlərini qabağa soxan xalalar. Tər iyi, çığırtı səsləri insanın səfərə olan bütün həvəsini öldürürdü. 5 dəqiqəyə keçə biləcəyimiz təqdirdə növbə yaranmaması zamanı 45 dəqiqəyə qədər uzatdı. Azərbaycanı söyə-söyə addımlarımızı yeyinlədərək  Gürcüstan tərəfə keçməyə tələsdik.

Gəlib bura çatanda ağzım açıq qaldı. Bayaq bir-birini söyən day-daylar indi bir-birinin arxasıyca növbəyə düzülmüşdülər. Özü də növbəyə nəzarət üçün nə bir əsgər var idi, nə də bir gömrük işçisi. Rahatca, sakitcə insanlarımız yoxlanışdan keçərək avtobuslara tərəf gedirdilər. Özü də 5-10 dəqiqəyə.

Bu gördüklərimdən belə bir nəticəyə gəldim:

İnsanlar biləndə ki, qayda-qanun var, ona əməl edəcəklər. Qayda-qanunu ölkə miqyasında çeynəyənlər insanı zor gücünə heç bir qanuna əməl etdirə bilməzlər. Və həmçinin şən maarifçilik etmək, növbə mədəniyyəti aşılamaq kimi aksiyalar həyata keçirmək də mənasızdır. Bütün gücü vermək lazımdır qayda-qanun əməl edəcək, mədəniyyətə hörmət edəcək sistemi yaratmağa. Xalq plastilin kimidir. Hansı formaya salınsa elə də olacaq. Bu dövlətin, hakimiyyətin bu xalqı necə iyrənc bir formaya saldığı da göz qabağındadır.

Gürcüstan tərəf gömrükdə baş verənlər Saakaşvili hakimiyyətinin insana verdiyi dəyər idi, Azərbaycan tərəfdə olanlar isə Əliyev hakimiyyətin insana, xalqa verdiyi dəyər.

Bu, mənim gəldiyim nəticə idi. Sizin hansı nəticələr çıxardığınız mənə çox maraqlıdır, şərhdə bildirin.

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 1 Şərh

Yazı naviqasiyaları

Mədəni-niyyət…” üçün bir cavab

  1. düppedüz…burda bir birini minen xalalar, dayilar, cox uzaq yox, Moskvada quzu kimi növbeye düzülürler, adam balasi kimi qanuna emel edirler..özü de, kimise vehsilikden, yaxud qanuna tabesizlikden cekindirende ‘ayibdir, ay filankes, deyecekler meseden gelibler’ deyirler ..bu paradoksu da yazida geldiyin neticeye aid etmek olar..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: