Bir Qığılcım

İctimai aktiv gənclərimiz şikayətlənirlər ki, “niyə bu valideynlərimiz, əsasən də atamız azad ruhlu mübarizəmizdə bizim önümüzdə ən böyük maneədirlər?!”

Əslində çox normaldır, belə də olmalıdır.

Çünki, atalarımız bizdən öncəki nəsildirlər. Köhnə nəsil isə hər zaman yeni nəsilə paxıllıq hissi daşıyır.

Atalarımız mühafizəkardırlar. Yeni gəncləri, yeniliyi, yeni üsullarla mübarizəni  qəbul edə bilmirlər.

Onlar qorxaqdırlar. Bizə və özlərinə görə qorxurlar. Qorxurlar başımıza çoxlarının başına gələn pis hallardan gələr, qorxular işlərinə, təhsilimizə görə. Axı, maaşa baxan, güc-bəla ilə ailə dolandıran insanlardır.

Atalarımız – bizdən əvvəlki nəsil məğlubdur. Özü də, bu rejimə 0-3 hesabı ilə məğlubdur. 1993-də aldandılar, 2003-də 100 minlərlə insan bir şey başara bilmədi, 2005-də ölkəni narıncı rəngə boyasalar da, sonda qara rəng qələbə çaldı. Hələ mən ümumiyyətlə qatılmadıqları döyüşləri demirəm. Özləri məğlub olublar deyə, elə bilirlər biz də məğlub olacağıq.  Ona görə də, bizə baxıb mübarizəmizə istehza ilə gülürlər. Bu məğlubiyyət onları sındırıb, onların gələcəyə, azad gələcəyə olan inamını sındırıb. Onları paxıl, mühafizəkar, qorxaq edib. Vicdanlarını küncə sıxışdırıb. Və.. Və onların 90 dəqiqələri də bitib… 0-3… Rejim onlara qalib gəldi.

Bu qədər səbəblər ola-ola gənclərin onlardan anlayış gözləməsi qeyri-normaldır. Bəli, rejim onları da bizim üstümüzə qaldırıb. Bununla barışmalıyıq.

Amma, onları bu mübarizəyə qatmağa, bizim qarşımızdan çəkilib yanımıza, arxamıza keçməyə vadar etməyə bircə qığılcım lazımdır. Bu qığılcım onların qorxularını yox edəcək, məğlubiyyət acılarını unutduracaq, yeniliyə olan pis münasibətlərini məhv edəcək, paxıllıqlarını səmimiyyətə döndərəcək. Bu qığılcımı bizlər yavaş-yavaş ərsəyə gətirməkdə, alışdırmaqdayıq. Davam edək, dostlar. Vicdanımızla, məsuliyyətimizlə, azad ruhumuzla davam edək. Bir qığılcım nədir ki?…

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 3 Şərh

Yazı naviqasiyaları

Bir Qığılcım” üçün 3 cavab

  1. ”Hələ mən ümumiyyətlə qatılmadıqları döyüşləri demirəm”- əla!! acinacaqlidir.

  2. yaxşı yazmısınız,ancaq mənim fikrimcə rejimidən yaranan çətinlik həyat səviyyəsinin aşağı olması və valdeyinimiz bu səbəbdən bizi güclə yetişdirib.Onun üçün mübarizədən çəkindirmək istiyir ki zəhməti hədər getməsin.Ancaq təbii ki,bu da düz deyil.

  3. EMIN

    eeeeee gözəl yazırsınız təsirli yazırsınız amma ancaq lakin reallıqdan yazmırsınız …

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: