Mənə “gİrəliçi” deyirlər :(

Salam. Bəli, mən irəliçiyəm. Hakimiyyətyönümlü İrəli İctimai Birliyinə üzv olmuşam. Sağolsun prezidentimiz.

İrəliyə bəzi dostların sözlərinə görə üzv olmuşam, dedilər pul var burda. Həqiqətən də üzv olandan sonra gördüm ki, cənnətməkandır burası.

Burada bütün qapılar üzümüzə açıqdır. Universitetdə imtahandan istədiyimiz kimi keçirik, bütün tədbirlərdə iştirak edib yeyib içib kef edirik, xarici ölkələrə təlim adı ilə gedib şellənirik.

Arada da qalstukumuzu taxıb guya təsadüfən şəhərdə kamera ilə rastlaşmışıq kimi Aztv-ə zada çıxıb başlayırıq yaltaqlanmağa

İrəli mənə çox şey öyrətdi – yaltaqlanmağı, içindəki səsi boğub yalan danışmağı, sırtıq-sırtıq dirəşib prezidentin tərəfini tutmağı, camaatı vecinə almamağı. İrəliyə borcluyam, mənə çox şey verdi – pul, xaricə səfərlər, əyləncələr, rahatlıqlar.

İrəlinin mənə verdiklərinin müqabilində onların istədiklərini etmək üzü sırtılmış bizlər üçün nədirki? Heçnə. Sağolsunlar.

Xaricə gedəndə də imkan taparaq başlayırıq Azərbaycan həqiqətlərindən danışmağa. Qarabağdan, oğraş ermənilərdən, mətbəximizdən, musiqimizdən danışırıq.

Qalan şeylər vecimizə də deyil. Hərdən Facebook-da qarşıma çıxır radikal müxalifətçilərin, müxalif təşkilat üzvlərinin mitinqlərdə zadda döyülən yerdə şəkilləri. Ağılları yoxdur da, gedib özlərini döydürürlər. Sökülmüş evləri, ölən əsgərlərimizi, rüşvəti, təhsil və başqa 644119_514954945198779_1899449491_nproblemləri qabardırlar, ağılsızlar. Gəlsinlər qoşulsunlar bizə, bizim etdiklərimizi etsinlər, bu problemlərlə də üzləşməsinlər. Nəyinizə lazımdır axı insanların evləri sökülür, əsgərlər ölür, təhsil verilmir, rüşvət var? Yaşayın daözünüz üçün. Xalqdan sizə nə axı. Onlara elə helə də lazımdır.

Bizə çoxları girənlik edirik deyə girəliçi deyir. Bəs nə edək axı?

Guya biz bilmirik ki, Azərbaycanda İnsan hüquqları bərbad vəziyyətdədir, sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı, söz azadlığı tapdalanır? Bilirik, biz də bilirik, amma, nəyimizə lazım özümüzü əziyyətə salaq. Yaşayırıq da abrımıza qısılıb. Vicdanımızı da birtəhər boğmuşuq, olanları gözümüz görmür, qulaqlarımız eşitmir. Söyülürük də cəhənnəmə söyülək, cəhənnəmə qınanaq. Əsas odur, bu problemlərə səsəb olan prezidentimizin ətrafında sıx birləşib ona namusla, qeyrətlə yaltaqlanaraq kefimizi çəkək!

Bu da bu yazının SOUNDTRACKı 😀

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 48 Şərh

Yazı naviqasiyaları

Mənə “gİrəliçi” deyirlər :(” üçün 48 cavab

  1. arzushka

    Əvvala müsəlmana yaxşılıq yoxdu, burda deyiblər. Belə yerdə deyirlər burnunnan gəlsin yeyib-içdiyin. Əgər seni adam hesab edib tədbirlərə şağırıblarsa, ay adsız, ömründə görməyəcəyin yeməyi basdırlayıb, ağzının yağını silib, başlamısansa həsəd aparmağa, heç olmasa sükür elə ki, ağzın dada gəlib.
    2. Hec bir institutda imtahana gərnəşə-gərnəşə girib, elə-belə qiymət almaq yoxdur, bəlkə sizin institutda imtahanı bu cürə verirlər, yenə sükür elə ki, boş başinla diploma yiyələnəcəksən. 3. Elə sənin yerin zaddır, sənin kimi səviyyəsizə şərait yaratmağın nə mənası, onsuz sən öz yerini tapmısan.
    4. Ay hökumətdən narazı olan , ay çörəyi yeyib tapdalayan, sen ki, hər şeyi “bilənsən”, lap böyük bir plakatla gedib durursan nə çoxdur yerlər və gorsədirsən bütün dünyaya, arada da bir də çığırırsan. Sonra, prezidentin və bütün ölkə böyüklərinin maillərinə ürəyin istədini yaza bilərsən, mütləq sənin şikayətlərinə baxacaqlar.
    Səni adam eləmək istəyənlərə təpik atıb, vaxtını itirməkdənsə, sən “çox iş görə bilərsən”, ay girəliçi.

  2. Hec bir insitutda yoxdu ele shey? ozuvu guldurmeyin

  3. Elcin

    Yaxşı demisən Kənan,amma yumuşaq demisən, gördün necə cavab yazdı sənə…burnundan gəlsin yeyib içdiyin, ay çörəyi yeyib tapdalayan! Mən ölüm bunlar həyqi gijdillaqdı. Fikir vermə

  4. çürük yazıdı. hər sözünü səhv çıxardaram rahatlıqla. sənin gördüyün sizin boşboğaz nidaçılardan eşitdiklərindi

  5. Kamran

    men ne nidadan ne de ki basqa bir gencler teskilatindanam. Ama bu yazida yazilan her kelime dogrudur. Ama irelicilerin cox xetrine deymisen axi onlar muasir Azerbaycan gencliyini temsil edirler 😉

  6. arif

    ireeli corey zavodudu?zaraft bir yana gor nece de primitiv hem de heyasizcasina dusunurler bezi yoldaslar. dovlet budcesini dede mali hesab edirler ve ozleri qerar verir kime hala eleyirler kime yox.

  7. Geri bildiriş: Mənə “gİrəliçi” deyirlər :( - AzPolitika

  8. Turkel

    ay Kenan bu gic gic sherh yazan qaqashlre vare bir iki dene nem hele bir olke heqiqetlerin xarice catdiran civimizde nese yazi, aleeee kor yignagi siz ya korsuz ya da ki, nem bir gun evinizi sokerler deyersiz ki, prezdentimiz saolsun zad….

  9. Aftandil

    dob

  10. Orxan

    salam hamiya evvela, oxudum yazini duzdu bezi seyler olkede soz insan huqularindan o qederde eser elamet yoxdur.senini cixardanada ya deyiller olkeni xarab etmek isteyen muxalifetcisen ya da qarisliqliq yaratmaq isteyen xarice istiyen nankorlar .cunki olara ele serf eliyir . Iqtidara ele serf eliyir ki bax Yap yonumlu cavanlar yestisdirsinki sabah ki gun bir qrup azadliq seven insan mitinge cixanda olarin sesini ^coxsayli Yap yonumlu gencler kessin^ sorada BBC den Euronewsdan cekende gostersinler-baxin aaa biz hec bir polis gucune susdurmuruq mitingi bunlar zad muxalifetin isidi ,bir yerde qalan Hokumet yonumlu genclere baxin gorun nece mudafie edirler bizi..bunlarin sayina bir baxin ..hamiisi bizim terefden pulnan satin lainan sexsler deyilki!)))…ele mehz diktaturalarda bele qurulur)) guya hakimiyyet yonumlu koment yazannin o qeder dusuncesi yoxduki bunlari fikirlesin)) duzdu ele leri var ele beynine yeridilen idelogiya kimi hazirlaniblar amma coxlari menim zennimce oz movqelerini ve gelecek karieralarii dusunen sexslerdi

  11. pogrebnyak

    Bu yazi coxlarina cumle-cumle, yavaw-yavaw girdi

  12. O.Javadov

    asaif den de biraz yaz gorek orda nevar neyox? :d

  13. Kamran

    Ozunu kishi cinsinde hesab eden,birinci uzv olmadiq yer haqqinda yalandan danishmaz,ikincisi sozu olan gelib kishi kimi cixar qabaq deyer size qarshi bu faktlarim var,filan yerde sizin hesabiniza shenlenmishem,buda subutum.Sherefsizlik edib kiminse adinda istifade edib blogun reytiniqin qaldirlanlarda gorduk.Budur mu senin sherefin ? Sozun olsa,faktin olsa, ozunu kishi cinsinde hiss etsen,yazarsan gorusherik,gorum burda yazdiqlarini shaxsan menim uzume deye bilersen.

  14. Kamran

    Müxalifətin ölkənin ən böyük QHT-nə qarşı gözlənilən “yay hücumu”nun pərdəarxası
    Birmənalı qaydada demək olar ki, avqust ayı müxalif mətbuatın “İrəli” İctimai Birliyinə qarşı davamlı “qara piar” kampaniyası ilə yadda qalacaq. Ay ərzində müxalifətin ayrı-ayrı cinahlarını təmsil edən qəzetlər, saytlar Azərbaycanın ən böyük QHT-nin ünvanına müxtəlif səpkili ittihamlar səsləndirdilər, siyasi romantizmin və insan fantaziyasının imkan verdiyi ən son hədd qədərində uydurmalarda bulundular və bu kampaniya hələ də davam edir. Şərti olaraq, radikal müxalifətin “İrəli”yə qarşı “yay hücumu” adı verdiyimiz bu proses səslənən ittihamların arqumentsizliyi, böhtan xarakterli olması baxımından hər nə qədər gülüş və təəccüb doğursa da, bir o qədər də gözlənilən idi. Yayılan informasiyaların təhlili onu deməyə əsas verir ki, başlanan bu kampaniya qətiyyən təsadüfi deyil və konkret məqsədlərə hesablanıb.
    Elə isə müxalifətin belə narahatçılığına səbəb nədir?
    Heç şübhəsiz ki, proseslərin bu şəkildə sürətli inkişafı və müxalifətin nəzarətində olan mətbu orqanların “İrəli” İctimai Birliyinə qarşı “yay hücumu” təxminən bir neçə həftə sonra ölkədəki ictimai-siyasi proseslərin kifayət qədər aktiv və mürəkkəb fazaya keçməsi ilə bağlıdır. Xüsusən də, 2013-cü ildə keçiriləcək Prezident seçkilərinə hazırlıqlara artıq daxili çəkişmələrlə start verən radikallar, hər nə qədər zahiri arxayınçılıq nümayiş etdirsələr də, iqtidarın sabit və dayanıqlı siyasəti fonunda bu seçkilərdəki labüd məğlubiyyətlərinin onları siyasi səhnədən siləcəyinə və tarixin tozlu arxivinə göndərəcəyinə əmindirlər. Bu mənada radikal müxalifətin iqtidarın əsas güc mərkəzlərinə total hücumları tam gözləniləndi.
    Hədəf kimi niyə məhz “İRƏLİ” seçilib?
    Bu prosesdə hədəf kimi niyə məhz “İrəli”nin seçildiyini bilmək üçün xüsusi araşdırmaya filan gərək duymadan, bir nəçə məqamı gözdən keçirmək kifayət edir:
    1. “İrəli” üzvlərinin sayına görə ölkənin ən böyük və nüfuzlu QHT-sidir(25 mindən artıq üzv)
    2. “İrəli” icra etdiyi layihələrin həcminə və keyfiyyətinə görə liderdir(Şərqi Avropada ISO9001 keyfiyyət idarəetmə sertifikatı)
    3. “İrəli” ölkənin ən strukturlaşmış ictimai birliyidir(13 mərkəz, 8 klub)
    4. “İrəli” kifayət çox geniş və dayanıqlı beynəlxalq əlaqələri olan QHT-dir
    5. “İrəli” qədər intellektual və monolit komandaya malikdir və son illər cəmiyyət və dövlət üçün kadr platforması rolunu oynamaqdadır
    Və ən əsası “İRƏLİ” prezident İlham Əliyevin siyasi xəttini ən ardıcıl, prinspial və layiqli şəkildə müdafiə və təbliğ edən bir strukturdur.
    Elə isə, sadə məntiq ancaq bunu deyir: Qarşıdakı yaxın bir neçə ildə cərəyan edəcək hadisələrə özünün mövcudluğunu saxlamaq üçün fürsət kimi baxan radikal müxalifət bütün bu proseslərdə lokomotiv rolunu oynayacağı şübhə doğurmayan əsas strukturlardan olan “İrəli”yə hücum etməsin də, kimə etsin?
    Menbe: http://news.qaynar.info/yazi/144560

  15. suraya

    Usaqlar heqiqeten siz bura dusunduklerinizi yazirsiniz..,tessuf edirem ki azerbaycan genci indi oz problemlerini hell etmek ucun birlesmek evezine agzini qoyub allah yoluna ne geldi danisirlar…bu dovlet yalniz Irelicilerin,prezidentin deyil hem de sizindi..dolayisiyla burda olan problemlerin hellini yalniz bir qrup insandan teleb etmek olmaz.siz de problemlerin helline calismalisiniz hansisa xarici olkeye gedib bir defe Azerbaycan sozunu deye bilen ne qedeer xosbextdi…cunki biz Irelici.Nidaci ve s.olmazdan cox evvel Azerbaycanli olmusuq.bu dovletin problemleri de,xos gunleri de,bedbextlikleri de bizimdi..Yaxsi dusunun deyek ki Ireli nin movqeyi size kifayet etmir bes siz ne etmisiz bu problemlerin helli ucun..Qarabag deyirsi ey azerbaycanli oglu,rusvet deyirsiz,-sorusmaq ayib olmasin esgerlik vaxti Irelimi sene deyir herbi xidmete yararsiz arayisi al,imtahanda Irelimi deyirdi ki oxuma…Ozunuze bir kenardan baxin eminem ki bu sadaladiginiz problemleri yaratmaqda sizin de eliniz var..Cox teessuf edirem.Azerbaycanli ola ola bu qeder oz icinizde parcalanmaga meyilli oldugunuza gore..Biz Irelide birlesmeli idik…BIZ AZERBAYCAN Gencliyi…amma bunu da basa dusmedik lazimi formada deyerlendirmedik,,,teessuf…indi gedin oz dusunduyunuz saglam cemiyyeti basqa yerde axtarin orda da tapa bilmesez.DUSUNUN problemin menbeyi en sert formada qarsinizda duracaq..Men buna inaniram.Ugurlar!

  16. Post çox gözəl və səliqəli yazılıb, amma altında girəliçilərin yalançı hisslər dolu commentləri lap ürəyimi ağrıtdı. Yazıqdılar ee onların hissləri ilə oynamaq olmaz belə. Axı onlarda özlərini bir adamfason hesab etməyə çalışırlar.

  17. Hikmet

    Gencler neynirsiz gedib ictimai birliklere qoshulub,neynirsiz tehsil alib,neynirsiz intellektual boyuyub? Gedin oturun cayxanalarda vaxt oldurun, kocurub universitete girin,pulla qiymet yazdirin,mitinglere cagiranda gedin. Neynirsiz e karyera qurub geleceyiniz ugrunda calishmaq.

  18. Jale

    Sen kimsen bilmirem ama biliremki 100 % irelici deyilsen cunki bele yazilari ireliciler yox IRELInin ugurlarini gorub paxilliq ceken teskilatlarin uzvleri yaza biler ancaq…sende onlardan birisen esas oduki biz ireliciler IRELININ YAXSISI ILEDE PISI ILEDE IRELIYLEYIK !!!!

  19. İrəlinin gördüyü işlər minlərlə insanda paz kimi imzasını qoyub)) Danışıne, siz ömür boyu danışmaqla, biz isə haqqımızda danışdırmaqla məşğuluq. Di qırılun.

  20. ilham

    ceyhunavar,bu sozler deyesen sene paz kimi imzasini qoyub ki,bele reyler yazirsan.

  21. Haqq üzülər, amma sarsılmaz!
    Bu yazı bir Azərbaycan reallığıdır… Düz söz pis təsir edir… Bu yazının altında yazılan komentlərə baxdıqda “girəliçilərin” necə təşviş içində olduğunu açıq müşahidə etmək olar! Qaldı Kənan Qasımlının “İrəlinin çörəyini yeməsi” məsələsinə bu bədbəxt irəli rəhbərliyi hələdə dərk etməyib ki, bu pullar hansı hesabdan necə gəlir…. Bu quruma (əgər qurum demək olarsa) ayrılan maddi vəsaitlər xalqdan oğurlanan pullardı! Yaşasın düz sözü deyib və sona qədər əqidəsindən dönməyərək düz sözü deyənlər!

  22. Jale

    Sizin kimi axmaq muxalifetcilere hecne basa salmaq olmur.neise ozunuz bilersiz paxilliqdan partlayin daha IRELI sizi cox partladacaq

    • ilham

      jale xanim,birincisi heç kimi siyasi baxışına görə təhqir edib,axmaq deyə bilməzsiniz tənqidə isə icazə verilir.Birdəki irəlinin hansı işləri bizi partladır?bele hansi super layihelere imza atmisiniz ki… bu cur danisirsiniz?

  23. Ahaha, İlham məni anımadan mənim haqda fikir yürütmək elə sənin kimilərin işidi. Deyine, danışın kef eliyin. siz danışın, biz iş görək. Sonra da deyirsiz maliyyə belə elə. ala danışmıyıb işdəsəz sizə də qrant ayrılar) qırılun

  24. Elxan

    Ayda. Neter lezzet eledi e.
    Heqiqeten de beledir, girelici olsaydim burda sherh yazmazdim – gedib bir yere girerdim… Hele dilleri de var.

    1-2 dene yay mektebinde ishtirak etmeyin derdinnen, 3-4 gun hansisa rayonda otelde qalib shellenmeyin xetrine adam leyaqetini satmaz!

  25. ilham

    Biz işlesek de senin kimi yaltaq olmadiğimiza gore heç kim bize qrant ayırmaz.Heç bizə elə qrant da lazim deyil.40 il qul kimi yaşamaqdansa,bir gun azad yasiyaram.Ceyhunavar bey

  26. Grandiosek

    Arzuşka Hələ də elə bilir ki, Kənan doğurdan İrəliçidi, radikal müxalifət adlandırdığınız insanların savadına çatacaq qədər, demokratik fikirlərinə çatacaq qədər deyilsiz, Yazıqsız vallah. Gedin sikdirin o tərəfdə oynayın.

  27. fihfih

    irelicilerin dolanmagna zolluyum

  28. Fidan

    men hec bir teshkilatin uzvu deyilem ve maraglanmamisham da. amma achig deyim ki, irelichiler meni meyus etdiler. allegoriyaya ele hemin usulla da cavab vermek lazimdir. daha tehgirle yox. ikincisi ise insan menliyini pula satmamalidir

  29. MmcuA

    Turklerin yaxsi bir el meseli var

    Kendini Bi Bok zannedenlerle ayni kanalizasyonda yasamak zor

    -(bkz)Gireliciler

  30. Etibarli

    şərhlərə baxdım gördüm ki, irəli həqiqətən qoyun yığıncağıdır. bir iki dənə ağıllı çoban bu 25500 qoyunu idarə edir…

  31. Terlan Alekberoff

    Biri yazıb, siz danışın biz iş gərək. Mənə maraqlıdı nə iş görürsüz ki, orda? Yağçılıq, dove-lıq, hansı iş görürsüz?:) Əşi gedin oppanın burdan, insan yay məktəbində 2-3 gün oranı buranı sülənməkçün şərəfini təslim etməz. Təbii, sizdə olmayan anlayış:) Nəyəsə gedin işinizin dalıycan, danışmağa üzünüz də var hələ…

  32. Bilib bilmədən nə gəldi yazırsız, il yarımdı ordayam bir dəfə olsun rayona və ya yay qış universitetinə getməmişəm. İrəli ancaq bu deyil. Danışun, danışun. Kef eliyin

  33. İrəlini bəyənməyən Etibar Salmanlı belə bloq işllətməyi orda öyrənib. siz busuz, çörəyə təpiy atanlar

    • özün də öz yazdıqlarına hərdən gülürsən, bilirəm)

    • Etibarli

      sen bu dediyine ozun inanirsan? 🙂 sene hansi xiyar deyib bunu? ceyhun begemot osmanli yoxsa rauf gay? 😀 belke Sahil ? ya Imam deyib bunu ? 😀
      Ireli weblog1i kecirende men 1 ilden cox idi bloq yazirdim 😀 get soruw adlarini cekdiklerimden deyecekler 😀

      • Aaha, ehtiyac yoxdu, sənin etibarlı blogun WeBlog1 də açılıb. Dansan da inanmaram.

      • Etibarli

        delisen ala sen)))weblog birin zamaninda menim blogumun 1 yawi vardi belke de 😀

  34. Bahram

    Azerbaycan xalqinin milli servetlerinden gelen gelirlerinin Heyder Eliyev Fondu adi altinda anasini agladan, Ermeni soyqirimini taniyan yegane Avropa olkesi olan Fransada kilselerin, muzeylerinin te’mirlerine milyardlar serf eden Mehriban Eliyevanin bu gun ad gunudur.
    Bu munasibetle, men, Azerbaycanda 35 manatliq tegaude duchar olunan 1-ci qurup elillerimizin adindan, 30-40 il durmadan dovletine, xalqina emek serf etmish ve hal-hazirda dermanlarina bele yetmeyen teqaudle (120 manat) surunen Emek veteranlarimizin adindan, nefti, qazi olmayan Avropanin ishsize verdiyi yardimindan 3 defe az mevacib alan Azerbaycan muellimlerinin adindan Mehriban Eliyevaya deyirem: Sonuncu ad gunun olsun!

  35. Cavid

    Ironiya ilə yazılıb ay sürü

  36. BU BLOQU YAZAN QAQAWIDI SOZUM.. MEN IRELICIYEM… IRELIYE DE QURBAN OLUM, PRIZDENTIMIZE DE!!!… KIWI KIMI SOZUN VARSA BLOQ MULOQ YAZMA YEY, GEL UZBEUZ SOBET ELIYEK!!!… SENE HEYATI TESBEHLE BAWA SALARIG!!!!!… BLOQA QALSA BIZDE ELLI MIN BLOQQER VAR EY… KOROGLU DEMIWDIKI TUFENG CIXDI KIWILIY GETDI….. MEN DEYREM BLOQ CIXDI, KIWI KIMI SOZ DIMEY GETDI!!!

  37. Ali

    Ceyhunavar, nə deyirsən? İrəliçiləri gördüm ASAİF-də, hamısı özündən razı, elə bil dünyanı veriblər sizə. Sentyabrda da Gəncəyə gedəndə ehtiyatlı olun, yekəxana-yekəxana gəzsəz şəhərdə basıb döyərlər rahatca.

  38. salam

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: