Gedə bilməmək yanğısı (Cəbrayıl)

Bir dəfə qohumlarla söhbətləşirdik, yenə kənimizdən-Süleymanlıdan danışırdılar. Dəfələrlə eşitdiyim maraqlı, gülməli əhvalatları bu dəfə başqa qohumların dilindən fərqli formatda eşidirdim, maraqlı idi. Deyib gülürdük.

Bu insanlar illər boyu bir kənddə yaşayıb böyüyüb başa çatmışdılar. İllər boyu hər axşam bir-birinin evinə gedib gəlmişdilər, illər boyu hər gün bir-birilərini görmüşdülər. Xoş günlərdə bütün kənd biryerdə əylənmiş, qara günləri biryerdə kədərlə keçirmişdilər.

İndi hər ailə, hətta eyni ailənin üzvləri də bir tərəfə dağılışıb. Ayda-ildə bir dəfə bir-birilərini görüb hal-əhval tuturlar. Həyatları tamamilə dayişib, qara günlərinin sayı artıb. Çöküb bu insanlar. 

Nəisə, deyib-gülürdük qohumlarla, tanış söhbətləri eşitməkdə idim. İndi dəqiq yadımda deyil, qohumlardan kimsə Cəbrayıla gedib gəlməkdən söz açırdı:

– … o vaxt qatarla Cəbrayıla gedəndə…

Bu cümlə birdən beynimə yapışdı, duruxdum bir anlıq. Belə çox qəribə hisslər bürüdü məni. “Cəbrayıla qatarla getmək…” Belə bir şey də mümkündürmü yəni?.. Belə bir cümlə də var idimi?… Bu cümlədə içimə yayılan qəribə bir şirinlik də var idi. Bir neçə dəfə səsli təkrarladım. “Cəbrayıla getmək, qatarla…”

Və o vaxtdan bu cümlə yaddaşıma yazıldı. Özümə söz verdim ki, Cəbrayıla gedə bilmək üçün, qatarla gedə bilmək üçün əlimdən gələni edəcəm.

***

Deyirlər 23 avqust Cəbrayılın işğalı günüdür. Cəbrayılda çox az bir müddət olmuşam, o da ki heç yadımda deyil. Amma, anlamadığım bir doğmalığı var mənim üçün. Bəlkə də qohumların ora haqqında söhbətlərindən, atamın vaxtilə orada uşaqlıq keçirdiyini fikirləşməyimdən formalaşıb bu doğmalıq.

Cəbrayıl Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra işğal olunub. Heydər Əliyev hakimiyyətə 15 iyun 1993-cü ildə gəlib. Cəbrayıl isə həmin ilin təxminən 23 avqustunda işğal olunub. İşğalda birbaşa məsuliyyəti o daşıyır. İndi hakimiyyətdə onun oğludur, Azərbaycanı şəxsi mülkünə çevirib, digər 80%-ni də işğal edib.

Cəbrayıla gedə bilmək üçün mən ilk olaraq ona qarşı vuruşmalıyam, ona qalib gəlməliyəm. Qatarla Cəbrayıla gedə bilmək üçün. 20 ildir Qarabağ söhbətləri ilə başımızı qatıb, Azərbaycanımızı viran qoyub. Cəbrayılı işğaldan azad etmək istəyirəm?! Deməli, ondan əvvəl Bakını Əliyevlərdən xilas etməliyəm.

Boş-boş ağlamaqdansa, atəşkəs şəraitində gündə 2-3 əsgəri ölən bərbad gündəki ordumuza ümüd bəsləməkdənsə,  facebook-da vətənşüvənlik etməkdənsə real iş görmək lazımdır. Cəbrayılın azadlığı üçün ən böyük maneə olan İlham Əliyevə qarşı birləşmək.

Mən inanıram ki, hər şey yaxşı olacaq, bunun üçün əlləşib vuruşuram da. Siz də inanın, siz də fəaliyyət göstərin. İçinizdəki ümidsizliyə qalib gəlib əziyyətə qatlanın. Heç bir yaxşı nəticə əziyyətsiz əldə oluna bilməz. Görülə bilməyəcək də iş yoxdur dünyada. Bu həqiqəti bir yerinizə soxun artıq!

***

Bu yaxınlarda Naxçıvana gedirdim, avtobusla. İrandan Araz çayının sahili ilə uzanır həmin yol. Cəbrayıl, dağılmış evlər, Xudafərin körpüsü də görsənirdi. Arazın digər sahilində qatar yolu var idi. O qatar yolu Bakıdan Cəbrayıl istiqamətində gedir. Yolun bəzi hissələri dağılsa da, əksər yerləri sağlam idi. Yolu bərpa etmək mümkündür…

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 1 Şərh

Yazı naviqasiyaları

Gedə bilməmək yanğısı (Cəbrayıl)” üçün bir cavab

  1. mən cəbrayıllı oldğm üçn fəxr edrm

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: