Siyasi meyxana deyişməsi

Son günlərdəki Emin Milli – İsa Qəmbər söhbətinə Günel Mövlud facebook-da gözəl bir qafiyə açdı və xiridarlar deyişməyə başladılar. Sonda İsa Bəy özü nöqtəni qoydu:

 

Günel Mövlud:

Gedəndə də bu meydandan ər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Hacı Hacıyev:

Siyasi iddiam filan yoxumdu,
Müxalifətlə iqtidar qohumdu.
Bir söz dedim indi soxum-soxumdu
Gedəndə də bu meydandan ər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Anar Ağayarov:

Siyasətdə pox qarışıbdır ödə,
Restoranda dava salma, şot ödə.
Burnun axır, tez onu sil, ay gədə.
Gedəndə də bu meydandan ər gedə,
Emin deyibse, gərək İsa Qəmbər gedə!

Yula Abd:

Mən hələ getməyini istəmirəm,
Heç Emini də bu gün pisləmirəm.
Bəylə pornosuz mən sağollaşmaram
İstəyirəm ki, alnından tər gedə,
Emin deyibse, gərək İsa Qəmbər gedə!

Günel Mövlud:

‎Hacı, sənin səsin yaman gur gəlir,
Fikirlərin iqtidarla cur gəlir.
Bir də gördün, razborkaya Seymur gəlir.
Onda gərək İsa beşbetər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Hacı Hacıyev:

Erkin dedi gəlib, söküb dağıdacam,
İlqar dedi Emini niprav çıxaracam.
Belə getsə Marsa Pənah aparacam.
Bu nə yaydı, nə payızdı, nə vədə?
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Mirmehdi Ağaoğlu:

Özü eşşəklə gəlib bu boyda yolu,
İndi bəyə utanmır tutur toyu.
Heç boyu da yoxdu bir qəlyan boyu.
İsa Qəmbər üfləyə peşkom gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Zamin Hacı:

Ala, mən də deyim burda şirin sözümü,
Başqanuvuzun yoxdu debata dözümü,
Vəzirov deyirdi yeyərsiz gö.ümü,
Heydər dedi gərək Kəlbəcər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Günel Mövlud:

Zamin, senin tfu arqumentinə!
Dara düşəndə əl atırsan “Kent”inə.
Hacılar yığışa parlamentinə,
Hamısının da adları “Madər” gedə,
Emin deyibse, gərək İsa Qəmbər gedə!

Hacı Hacıyev:

Emin məqalə yazdı, dedi fikir,
Erkin deyir fikir, şərait tikir.
Transmilli də bu yannan beyin si.ir
İndi qalmışıq biz də bədə-bədə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Zamin Hacı:

Hacı, nəzərə alıram yaşını,
Yoxsa vurub partladaram qaşını.
Günel, get bişirginən bozbaşını,
Meyxana deməyə gərək ər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Günel Mövlud:

Zamin, istəyirsən danla məni, söy məni,
Kim tanıdıb sənə belə səy məni?
Aparatdan biri basa düyməni,
Bütün sektor qolubağlı nökər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Zamin Hacı:

Adam var ki, ilişibdir cəhrəyə,
Sözü yoxdur, burda qalıb ləhləyər.
Cəbhə vaxtı çıxammurduq məhləyə,
Xaş yeməyə adam hər səhər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Anar Ağayarov:

Siyasətçi gərək dərbədər gedə,
Ağır yükə eşşek deyil, nər gedə,
Bığlarını qırxmağa bərbər gedə,
Asfalt deyil, yollara mərmər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Hacı Hacıyev:

Adaş, hələ xaş sezonu qabaqda,
İqtidara qələbə gəlir tabaqda.
Spor eliyir müəllim, balqabaq da.
Görən bu gediş indi hara gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Günel Mövlud:

Eminin də quru bəyanatı var,
Müsavatın yaman qaramatı var.
Başqanın da babat elektoratı var.
Amma yox e, gərək birtəhər gedə!
Emin deyibse, gərək İsa Qəmbər gedə!

Zamin Hacı:

Dəryada balıq var, adı Hafizdü,
Günel sənin dediyin guya sözdü,
Zamin Məna sizi sıraya düzdü,
Ağlu olan burdan tərpənər gedər,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Günel Mövlud:

Müsavatın mahiyyəti paxırlı,
Nə olsun ki, qezet axar-baxarlı?
Sən Mənasansa, mən də Qaraçuxurlu.
Gəl deyişək, nər üstünə nər gedər!
Emin deyibse, gerek İsa Qembər gedə!

Zamin Hacı:

Hacı, qoydun “hara” sözün qafiyə,
Bunda qiymət aldın qeyri-kafiyə.
Ala, müxalifət olub mafiyə.
Marlon qəbr evündə səksənər gedər,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Zamin Hacı:

Günel, sənə əl dəymirəm, bacımsan,
Lap istəsən başımdakı tacımsan,
İtaliya futbolundakı qıçımsan.
İspaniya da çempion olar gedər,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Hacı Hacıyev:

İkiminüçdə İsa Qəmbər gəlmədi,
İnqilabın meyvəsini dərmədi.
Emin Milli ondan dərdi sərdədi.
Zamin həsən soxdu dəyirman gedər,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Anar Ağayarov:

Balıq gəlib akulaya daş atır,
Ağlı yoxdur, qandığı ora çatır.
Həmədandan gəlib- natural qatır!
Çoban gərək eşşək minə, düz gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Günel Mövlud:

Zamin, gicləmə, bizə camaat baxır!
QHT-lər, Akif Nağı, QAT baxır!
Futbol işinə, Rauf, Müsavat baxır.
Qol vuranda qəlbinə neştər gedə!
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Hacı Hacıyev:

Qoydu bizi getdi prezdentimiz,
Müxalifətdə var rezidentimiz.
İlham getsə, qayçısızdı lentimiz.
Emin deyir, pivəynən İlham gedər,
Day deyib də, gərək İsa Qəmbər gedə!

Anar Ağayarov:

Zamin artıq qabar edibdir gözümüzü,
Köhnəlibdir, güldürməyir üzümüzü,
Mail atırıq, söyləməyir sözümüzü,
Köşə işindən labüddür, Zamin gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Zamin Hacı:

Tamam çıxartdınız şeirin zayını,
Anar Məmmədov da yedi ayını,
Ağayarov, çağır gəlsin dayını,
Mənim yerimə qəzetə şer gedə,
Emin deyibsə gərək, İsa Qəmbər gedə!

Zamin Hacı:

Nahaq baş qoşuram uşaq-muşağa,
Sizə kömək olsun hezret Ətağa.
Günel, sənə həsrət qalıb Maştağa.
Mənə söz atır neçə peyser gədə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Hacı Hacıyev:

Deyişməmiz şərab dolu piyalə,
Azxəbərə sabah hazır məqalə.
Publika da qalmayacaq biganə.
Eynulladan utka vermişdi yenə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə.

Elbəyi Həsənli:

Çörəyinə yağ çəkərəm, zay yetim,
Ürəyinə dağ çəkərəm, ay yetim,
Üstünə də ağ çəkərəm, vay yetim,
Kim istəyir ortadan Qəmbər gedə.
O gedincə böhtan gedə,şər gedə.
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Elnur Məcidli:

Çıxıb indi sözün deyir hər gədə,
Gələn qaz səsidir, boşdusa mədə.
Ən yaxşısı sən qarışma ay adə.
Əgər gəlib çatıbsa artıq vədə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Elnur Məcidli:

2003-də bağladılar qolunu,
Görə bilmirdi sağını solunu.
Aparat gözləyir onun yolunu
Əgər gedirsə prezident gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

İsa Qəmbər:

Hansı mətbuya baxırsan döşəyirlər İsaya,
Döşəməkdəndi yəqin ki, İsa qəmbər kimidir.

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,, | 6 Şərh

Yazı naviqasiyaları

Siyasi meyxana deyişməsi” üçün 6 cavab

  1. MUSHVIG

    ELA

  2. sag olsunlar.en coxda Elnur Mecidlinin sondaki qafiyesi daha iddiali ve mentiqli oldu. her kes sag olsun uzumuzu guldurduz.

  3. Ombudsmanın qulunca nə dəxli var
    Toyuqlu həftəbecərin yaman ləzzəti var
    İqtidar yeni ilə qurban deyib
    Emin deyibsə gərək, İsa Qəmbər gedə!

  4. Shafag

    Zamin Hacinin biraz bashi catmayir

    Kiprikleri vardir qashi catmayir

    Meyxana demeye hetta yashi catmayir

    Hazirliga gerek elinde defter gede

  5. Shafag

    Sen ne bilirsen ay dinsiz imansiz

    Isa Qember hec vaxt olmuyub plansiz

    Doyusde olmazlar onde qalxansiz

    Sert deyil elde olanda xencer gede.

  6. İsa Qəmbər xiridar deyil, getməlidir! Nöqtə 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: