Ovod: “Ən öldürücü silah varsa, o da gülüşdür”.

Bu yaxınlarda Etel Lilian Voyniçin “Ovod” romanını oxudum. Çox təsirli kitabdır. Hər bir inqilabçının oxumalı olduğu əsərdir. Mütləq oxumaq lazımdır. Məzmunu haqqında heç nə yazmaq istəmirəm. İstəmirəm ki, indidən bu ləzzəti azca da olsa dadasınız. Çox maraqlı kitab olduğundan, bu həzzi özünüzün tam olaraq hiss etmənizi istərdim. Ancaq, hesab edirəm ki, kitabdan cümlələri yaza bilərəm bura.
Kitabı oxuyarkən altını qaraladığım cümlələri sizlərə təqdim edirəm:

  • Əzizim Cim, hiddət və ehtiras İtaliyanı xilas edə bilsəydi, o çoxdan azad olardı. Ona nifrət deyil, məhəbbət lazımdır.
  • Lazımi əsas olmadan gənclərə heç bir işdə mane olmamalı; mənim əldə bayraq etdiyim qayda budur! Elə düşünürəm ki, dünyada öz təbiətləri etibarilə intizamsızlığa meyl edən gənclər çox deyil və mənə elə gəlir ki, böyüklər gənclərin şəxsiyyətinə hörmət etsələr, bu gənclər çox da başağrısı verməzlər. Məlum şeydir ki, cilovu həmişə dartsan, dinc at belə şaxə qalxar.
  • Əgər siz özünüzü qurban etməyə və əmin-amanlığa yol tapmısınızsa, əgər siz, düşdükləri qara günlər üçün gizlin-gizlin göz yaşı tökən, kədərlənən adamlara azadlıq gətirmək üçün öz sevimli yoldaşlarınızla birləşmisinizsə, onda çalışın ki, ruhunuz paxıllıqdan və ehtirasdan azad olsun. Unutmayın ki, bu müqəddəs və böyük işdir, bunların nüfuz etdiyi qəlbə öz mənfəətini güdmək niyyətləri yabançı olmalıdır.
  • Cənablar, siz doğru yolda deyilsiniz! Hökumətlə sazişə gəlmək sizə heç bir şey verməz. Xalqı ayağa qaldırmaq lazımdır.
  • Burada söhbət qorxub-qorxmamaqdan getmir. Lazım olsa, biz də sənin kimi həbsxanada yatmağa hazırıq. Amma, boş şey üstündə özünü təhlükəyə atmaq uşaqlıqdır.
  • Mənim bildiyim ən öldürücü silah varsa, o da gülüşdür.
  • Məni vəhşi ölkələrin təbii gözəlliyindən daha çox oradakı tam azad həyat cəlb edir.
  • Məcə, hökumətin öhdəsindən gəlmək hələ öz-özlüyündə bir məqsəd deyil,ancaq məqsədə doğru aparan bir vasitədir, bizim başlıca məqsədimiz – insanın insana olan münasibətini dəyişməkdir.
  • Əlbəttə, bir gün məni öldürəcəklər. İnqilabçıların axırı budur!
  • Karameli cibimə qoyaram, bu, həyatda itirdiyim bütün sevinclərin mükafatı olar. Əminəm ki, onlar məni edam etməyə aparanda, balaca bir karameli sormağa imkan verəcəklər.
  • Nə həyat, nə də ölüm ciddi olmağa dəyməz.
  • Biz ateistlər bilirik ki, bir adamın qismətinə ağır bir yük düşmüşsə, o gərək bu yükü mümkün qədər mərdliklə daşısın.
  • Əzizim, mən bilirəm ki, onlar xalqın ən zəruri mənafeyini tapdalamaqla, yenidən gizli işgəncələrə, edamlara əl atmaqla ancaq bizim xeyrimizə hərəkət edirlər, özləri üçün pis günlər hazırlayırlar.
Qeyd edim ki, “Ovod” romanını şəhərin kitab mağazalarının çoxunda görmüşəm.
Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 2 Şərh

Yazı naviqasiyaları

Ovod: “Ən öldürücü silah varsa, o da gülüşdür”.” üçün 2 cavab

  1. Nadir

    o vaxt oxuyanda 3 ay təsirindən cixa bilməmisdim

  2. Dəhşət kitabdır 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: