“Çeşmədən seçmələr”dən seçdiklərim – 1

“Çeşmə” qəzetinin ilk sayının dünyada “Gülüş günü” kimi qəbul edilən 1 apreldə çapdan çıxması mətbu orqanın satirik mahiyyəti ilə bağlı idi. Qəzet əvvəlcə qeyri-leqal şəkildə çap olunub. 1992-ci ildə qeydiyyatdan keçib və leqal şəkildə fəaliyyət göstərib. 1993-cü ildən sonra isə yenidən qeyri-leqal şəkildə nəşrini davam etdirib. 1995-cü ildə mətbu orqanın redaktoru, yayılmasında və satışında kömək edən şəxslər həbs olunublar. Bununla da qəzetin fəaliyyəti birdəfəlik dayandırıldı.
“Çeşmə”ni öz dəst-xətti və üslubuna görə “Molla Nəsrəddin” jurnalının davamçısı saymaq olar. Ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərin neqativ cəhətləri satirik və yumoristik yazıların, şerlərin, karikatura və şarjların əsas hədəfi olub. Qəzetdə daha çox siyasi xarakterli lətifələrə üstünlük verilib. Burada həm iqtidar, həm də müxalifət təmsilçiləri eyni dərəcədə tənqid hədəfinə çevrilib. Qarabağ məsələsi, müxtəlif hakimiyyətlərin bu problemi siyasi alver predmetinə çevirmək cəhdləri “Çeşmə”nin əsas satira hədəflərindən olub.
Qəzetin redaktoru Ayaz Əhmədov olub. Qəzetin şüarı: “Dama-dama göl olar, yağa-yağa sel”. (Wikipedia)

 

1993-cü ildə bu qəzetin müxtəlif saylarındankı maraqlı yazılardan, lətifələrdən ibarət “Çeşmədən seçmələr” kitabı çıxır. Mən sizə bu kitabdan seçdiyim daha gülməli hissələri silsilə yazılarımla təqdim edəcəm.

Yazarlar:
 
Ekstremist Nəsrəddin, o biri Molla, bu biri Dələduz, Cırt-qoz, Lui Danqaz, Bala Dərviş, Burunsoxan, Ağızbüzən.
 
Redaksiya heyəti:
 
Super redaktor – Əmi, Baş redaktor – Dələduz, Əsas redaktor – Ümid, Vacib redaktor – Molla, Başlıca redaktor – Ekstremist, Zəruri redaktor – Cırt-qoz, Məsul redaktor – Kkeycibi, Rəssam – Aykin.
 
Redkollegiya – C. Məmmədquluzadə, Ə. Haqverdiyev, M.Ə.Sabir, A.Avarçenko, C.Vaşinqton, Ş.De.Qoll.
 
Tirajı – 7 limon
 

1. Timsahlar uçurlarmı?

 – Bəy, timsahlar uçurlarmı?

– Ağlın çaşıb, nədir, timsahlar da uçarlarmı?..

– Bəs, axı Böyük Bəy deyir – uçurlar?

– Bilirsən… Uçurlar ey, amma, lap belə… alçaqdan.

2. Lətifə

Ayaz Mütəllibovun saçını düzəldən dəllək tez-tez burnunun ucunda öz-özünə “tətil, “mitinq” sözlərini təkrar edirdi. Mütəllibov ehtiyatla başını qaldırıb soruşur:

– Usta, olmaya sən də onlardansan?

Usta:

– Allah eləməsin, Ayaz müəllim, sadəcə olaraq bu sözləri eşidəndə sizin tükləriniz biz-biz durur, mənə də işləmək rahat olur.

Ardı var…

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 6 Şərh

Yazı naviqasiyaları

“Çeşmədən seçmələr”dən seçdiklərim – 1” üçün 6 cavab

  1. Geri bildiriş: “Çeşmədən seçmələr”dən seçdiklərim – 2 « bir Kənan Qasımlı bloqu…

  2. Geri bildiriş: “Çeşmədən seçmələr”dən seçdiklərim – 2 « bir Kənan Qasımlı bloqu…

  3. Xeyale

    Guldum 😦

  4. Geri bildiriş: “Çeşmədən seçmələr”dən seçdiklərim – 3 « bir Kənan Qasımlı bloqu…

  5. Geri bildiriş: “Çeşmədən seçmələr”dən seçdiklərim – 4 « bir Kənan Qasımlı bloqu…

  6. Geri bildiriş: “Çeşmədən seçmələr”dən seçdiklərim – 5 « bir Kənan Qasımlı bloqu…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: