“Çeşmədən seçmələr”dən seçdiklərim – 5

Sizlərə “Çeşmə” qəzetinin seçmələrindən hazırlanmış “Çeşmədən seçmələr” kitabından növbəti seçdiklərimi təqdim cheshmeden-sechmeler-kitabi_tkedirəm. “Çeşmə” qəzeti haqqında daha ətraflı və bundan əvvəlki seçmələri BURADAN, BURADAN, BURADANBURADAN oxuya bilərsiniz.

 

13. Tank

366-cı alay top-tüfəngini, tanklarını ermənilərə bağışlayıb Qarabağdan çıxmağa məcbur olur. Ermənilər ilk dəfə olaraq ruslarsız hərbi əməliyyat keçirmək qərarına gəlirlər. Tank alayının komandiri gecənin yarısı başlayır ratsiya vasitəsilə tanklara əmr verməyə:

– Birinci tank, irəli! İkinci – irəli! Üçüncü – irəli! Üçüncü! İrəli, hücuma! Üçüncü, üçüncü, irəli!

Üçüncü tankdan gözübərələ bir tuğ ermənisi boylanır, başındakı şlemofonu çıxarıb hürkmüş səslə qışqırır:

– Ara, komandir! Mənim başımdakı papaq danışır ey…

14. Birinci kreslo günü

Lənkəran rayon icra hakimiyyətinin yeni başçısı Hüyenqulu Məmmədov özünün birinci iş gününə başlayıb. Gəlib kabinetdə oturaraq güman edir ki, indi adam axını başlayacaq, şikayətçilərin arası kəsilməyəcək. Lakin belə olmur. Bir neçə saat keçir, yeni rayon başçısının hüzuruna bir nəfər də olsun bəni-insan daxil olmur. Hüseynqulu bəy tez-tez qəbul otağına boylanıb oranın boş olduğunu görüb intizarla qapıya baxır. Köməkçisi çiyinlərini çəkib təəssüflə ona baxmaqdan savayı bir şey fikirləşə bilmir. Beləcə nahara kimi köməkçisi qəbul otağında, icra hakimi isə kabinetdə adam gözləyirlər. Vəziyyət nahardan sonra da dəyişmir. İş gününün axırına yaxın köməkçisi özünü kabinetə salıb sevincək:

– Hüseynqulu bəy, bir nəfər cavan oğlan gəlib, deyir Bakıdan göndəriblər. Sizinlə işi var.

Hüseynqulu Məmmədov özünü yığışdırıb ərklə deyir:

– Bir yarım saat saxla onu, de ki, işi var, sonra burax gəlsin. Amma çıxıb getməyə qoyma ha!

Düz 30 dəqiqə keçəndən sonra icra hakimiyyəti başçısının köməkçisi oğlanı buraxıb kabinetə. Hüseynqulu bəy onun kabinetə daxil olduğunu görüb bir-bir stolun üstündə olan telefon aparatlarını götürüb özünü elə göstərir ki, guya müxtəlif obyektlərə göstəriş verir. Bir dəstəyi qoyub o birini götürərək bərkdən, hərdən isə qışqıraraq danışır. Nəhayət telefonları sakit buraxıb təkəbbürlü baxışlarını kabinetdən oğlanın üzünə zilləyir.

– Buyurun, eşidirəm, nə lazımdır?

Cavan oğlan sakitcə cavab verir:

– Heç, Hüseynqulu müəllim, məni rabitə nazirliyindən göndəriblər. İki gün idi ki, telefon xəttlərini söndürmüşük. İndi gəlmişəm sizin telefon aparatlarını xəttə qoşum.

P. S. Əldə edilmiş məlumatlara əsasən eyni hadisə Xaçmaz rayon icra hakimiyyətinin başçısı ilə də baş verib.

15. Araz axar, milis baxar.

Naxçıvanda bir nəfər Araz çayına düşür. Üzə bilmədiyindən az qalır batsın. Sahildə iki nəfər milis işçisinin dayandığını görməyə macal tapan biçarə qışqırır:

– Kömək edin! Boğuluram!

Milis işçiləri onu xilas etmək əvəzinə baxıb gülürlər. Zavallı son gücünü toplayıb başını sudan çıxarır və:

– Rədd olsun bütün kommunizm törəmələri! – deyə bağırır.

Bu zaman hər iki milis çaya tullanır, onu sudan çıxarıb həbsxanaya aparırlar.

16. Vəzifə

Bakı şəhər icra hakimiyyətinin başçısı Ağasəlim Bağırov prezident aparatından qayıdıb iclas keçirir:

– Əgər dövlət katibi Pənah Hüseynov öz sözlərini geri götürməsə mən daha burada işləyəsi deyiləm!

Müavinlərdən biri soruşur:

– Axı o nə deyib ki?

– Deyib ki, “get özünə iş axtar”.

17. Şirkət “Süpürgə toxumur”!

Prezident aparatı mətbuat xidmətinin rəhbəri Niyazi İbrahimov istefa verib kommersiya ilə məşğul olmağa başlayır. Kiçik müəssisə açıb yavaş-yavaş özü üçün alver edir. Alıcıları cəlb etmək üçün mağazasının qapısına yekə bir saat şəkli yapışdırır.

Dövlət katibi P. Hüseynov növbəti iş gününü başa vurarkən qol saatının dayandığını müəyyən edir. Maşınla gedərkən gözü N. İbrahimovun şirkətinin qapısından asılmış saat şəklinə sataşır. Maşını əyləndirib içəri girir. Niyazi bəyi piştaxta arxasında görəndə canlanır.

– Ə, Niyazi, bir bu saata bax, deyəsən xarab olub.

– Pənah, mənim şirkətim saat təmir etmir, – deyə N. İbrahimov kinayə ilə cavab verir.

Dövlət katibi təəccüblənir:

– Bəs nə edir?

– Sünnət…

– Yaxşı, sünnət edirsinizsə, qapıdan niyə o yekəlikdə saat asmısınız?..

– Pənah, əvvəl fikirlər, sonra danış. Səncə biz o qapıdan nə asmalıyıq ki?..

Ardı olacaq…

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Yazı naviqasiyaları

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: