Facebook-dan 3 statusum

1. Bu yazı şəxsi fantaziyam olan ilk məhsulumdur:

Aboyları səliqəsiz, cırılmış boş otaq. Tək lampa var. Pəncərənin şüşələri çatlayıb, külək yelləyir, pərdə yoxdur. Küncdə dizlərimi sinəmə sıxıb oturmuşam, başımı tez-tez yelləyirəm. Saçım dağınıq, saqqal basıb üzümü, dəhşətli şəkildə arıqlamışam, bütün bədənimdə çapıqlar, yaralar var. Əynimdə uzun qollu, uzun boğazlı, uzun ətəkli ağ, yun, tiftiklənmiş vadalaska və çox yerdən sökülmüş qara şalvar var. Sağ əlimdəki siqareti tələsə-tələsə çəkərək tüstüsünü möhkəm buraxıram, digər əlimlə vadalaskamı tiftiklərdən təmizləyirəm. Külək növbəti dəfə pəncərəni yelləyir, divara çırpır, diksinirəm. Gözlərim bərəli halda o tərəfə baxıram və yenidən tiftikləri təmizləməyə davam edirəm. Siqaretim bitir, yerə sıxıb söndürürəm, üzümü qaşıyıram. Birdən yadıma nəsə düşür, əlimin içini divara dəfələrlə vura-vura əsəbi halda dişlərimi qıcıyaraq “get! get! get də! get dəəəə!” deyə pıçıldıyıram. Gözlərim yaşarır, daha çox büzüşürəm, yumruğumu sıxıram, “etiraz! etiraz da! etirazzzzz!” deyirəm. Hönkürməyə başlayıram, divarı əlim qanayana qədər yumruqlayıram, “cındıııııııııırrr!” çığırıb başımı qollarım arasına salıram. Daha tez-tez yellənməyə başlayıram. Sonra yavaş-yavaş sakitləşirəm, növbəti siqareti çıxarıb yandırıram. Əsəbdən dırnağımı yeyirəm, amma yenə yadıma nəsə düşür, həmin əlimi divara çırpıram möhkəm, ayağımın altına salıb dabanımla yerə sıxıram həmin barmaqları, sakitcə “dırnaq olmaaaaz!” pıçıldayıram. Birdən yaxınlaşan addım səsləri eşidirəm, ayağa durub özümü səliqəyə salıram. Gələn 13 illik yaxın dostumdur, həyəcanla deyir:
– Xəbər gəldi, hər şey hazırdır, bu gecə başlayırıq.

Mart, 2024, Bakı, Prezident dəyişməyib.

2. Həyatda ilklərimdən biri haqqında:

Qrupyoldaşlarımla Barca-Reala baxdıq, sonra isə getdik bulvara velosiped sürməyə. 181037_589082834452656_1574097144_nGecə saat 4-ə işləyirdi. Qəribə burasındadır ki, mən həyatım boyu velosipedi nəinki sürməmişəm, heç oturacağına da oturmamışdım. İlk dəfə oturdum, dirəşdim və 10 dəqiqəyə öyrəndim. Öyrəndim və babat da sürməyə başladım. Bircə dəfə də yıxılmadım. Həqiqətən fərqli hisslər yaşadım. Çünki, uşaqlığımdan velosiped arzulayırdım, lakin maddi imkanlar ona yiyələnməyimə imkan vermirdi. Atam hər il söz verirdi alacağını, amma illər bir-birini əvəz etməkdə davam edirdi. Sürənlərə baxıb həsəd aparırdım. Çox istəyirdim sürməyi, bacarmamağımdan da utanıb heçkimin velosipedini götürmürdüm ki, biyabır olaram. Velosiped görəndə qorxu hissi keçirirdim ki, birdən kimsə təklif edər ki, “götür sür”. Sonra böyüdüm və yaddan çıxdı. Ancaq, dünən sürəndə özümdən asılı olmayaraq üzüm gülürdü, qəribə sevinc hissi var idi içimdə, uşaq kimi sevinirdim, dostlarıma səslənirdim ki, “baxın, sürürəm e, uşaqlar, bacardım e, yıxılmıram e!”.
Həyat gözəldir, yaşamaq gözəldir, onu daha da gözəlləşdirək.

3. Yaxın N!DA-çı dostlarımın, mübarizə yoldaşlarımın şərlənərək həbs olunmasından sonra:

12.03.2013

Canından çox sevdiyin, inandığın mübariz dostlarını mtn oğurlayır, allah bilir hansı işgəncələrdən keçirib yalanlar dedirdir, sənə qarşı televiziyada danışdırır. Bundan böyük işgəncə ola bilərmi mənə? Mən bu bir neçə gündə yaşadığımı yaşadım artıq. İstəyirlər həbs etsinlər, istəyirlər ölənə kimi işgəncə versinlər, ən böyük işgəncəni gördüm mən. O dostları sizin əlinizdən alana qədər, sizi məğlub edənə qədər – dibinə kimi mübarizəyə davam!

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,, | 2 Şərh

Yazı naviqasiyaları

Facebook-dan 3 statusum” üçün 2 cavab

  1. Etibarli

    Son 10 gündə 10 il qocaldım statusu bu 3 ədəd söz yığınağından daha təsirli idi Kənan!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: