Rahat gələcək rahatlıqla gələcək!)

Çox rahatam. Dəhşətli dərəcədə xoşbəxtəm. Özümü əla hiss edirəm!

Çünki gələcəkdə keçmişimə görə, əməllərimə, etdiklərimə, etmədiklərimə görə peşmançılıq çəkməyəcəm, utanmayacam, içim sızlamayacaq.

Niyə? Ona görə ki, heç vaxt haqsızlığa susmamışam, heçvaxt qanunsuzluq qarşısında sakit durmamışam. Yaltaqlıq etməmişəm, şəxsi mənafe üçün kiməsə “girməmişəm”, uzaqlara çıxıb getməmişəm. Ədalətsizliyə hər zaman etiraz etmişəm, cındırlığın üstünə getmişəm, şərəfsizlərlə qarşı-qarşıya gəlmişəm. Mübarizə aparmışam həmişə. Hər şeyin daha yaxşı olması üçün əlləşib-vuruşub əlimdən gələni, hələ artığını da etməyə çalışmışam. Ən əsası, N!DA-çı olmuşam.

Vicdanım qarşısında çox rahat olmuşam, olacam da. Uşağım məni divara dirəyə bilməyəcək ki, “ata, axı niyə o vaxt sakit durdun, etiraz etmədin?!” Ona danışacağım gözəl, təmiz, şərəfli gəncliyim olacaq. Onun yaşayacağı azad, demokratik cəmiyyətin qurulmasında mənim də kiçicik bir payımın olmasından qürurla söhbət açacam, mübarizə yoldaşlarımla xatirələrimizdən danışacam ona.

Küçədə, orda-burda gəzəndə bu xoşbəxtlik üzümü güldürür. Ayağım yerdən ayrılır eləbil, rahatlıq çəkisiz edir məni, havada süzürəm sanki.

Bu yolda bu qədər çətinliklər, maneələr var, yenə də dəxli yoxdur. Amma, 100% əminəm ki, bu çətinlikləri yaşamayan, milyonları olan acgöz məmurlar, nazirlər, deputatlar, sakit duraraq, olanlara laqeyd qalaraq normal pulunu qazanan işçilər, “girənlik”lə bir yerlərə çatan kadrlar mənim rahatlığımdan 1-cə saat dadmaq üçün çox şeylərindən keçərlər.

Özümü çox xoşbəxt hiss edirəm, bəylər və xanımlar! Rahatam e, rahat, içim rahatdır!)

Mübarizəyə davam!

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Yazı naviqasiyaları

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: