2012 ilə etiketlənmiş yazılar:
Siyasi meyxana deyişməsi
Son günlərdəki Emin Milli – İsa Qəmbər söhbətinə Günel Mövlud facebook-da gözəl bir qafiyə açdı və xiridarlar deyişməyə başladılar. Sonda İsa Bəy özü nöqtəni qoydu:
Günel Mövlud:
Gedəndə də bu meydandan ər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!
Hacı Hacıyev:
Siyasi iddiam filan yoxumdu,
Müxalifətlə iqtidar qohumdu.
Bir söz dedim indi soxum-soxumdu
Gedəndə də bu meydandan ər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə! Oxumağa davam et
Gedə bilməmək yanğısı (Cəbrayıl)
Bir dəfə qohumlarla söhbətləşirdik, yenə kənimizdən-Süleymanlıdan danışırdılar. Dəfələrlə eşitdiyim maraqlı, gülməli əhvalatları bu dəfə başqa qohumların dilindən fərqli formatda eşidirdim, maraqlı idi. Deyib gülürdük.
Bu insanlar illər boyu bir kənddə yaşayıb böyüyüb başa çatmışdılar. İllər boyu hər axşam bir-birinin evinə gedib gəlmişdilər, illər boyu hər gün bir-birilərini görmüşdülər. Xoş günlərdə bütün kənd biryerdə əylənmiş, qara günləri biryerdə kədərlə keçirmişdilər.
İndi hər ailə, hətta eyni ailənin üzvləri də bir tərəfə dağılışıb. Ayda-ildə bir dəfə bir-birilərini görüb hal-əhval tuturlar. Həyatları tamamilə dayişib, qara günlərinin sayı artıb. Çöküb bu insanlar. Oxumağa davam et
Astara-Bakı qatarı (fotolar, video)
2-3 gün boş vaxt tapan kimi dostlarla hər il gedirik müxtəlif bölgələrə səyahətə əylənməyə. Bu dəfə cənuba tərəf getdik. Lerikdə, Lənkəranda olduq. Səfərimiz əla oldu, doyunca kef etdik.
Hər şey normal gedirdi, geriyə qayıtmaq üçün qatara minənə qədər. Nəqliyyat vasitlərindən səyahət üçün ən çox bəyəndiyim qatardır. Bildiyiniz kimi, Azərbaycanda qatarların vəziyyəti bərbad gündədir. İstər metro qatarı olsun, istərsə də dəmiryol qatarı. Lakin, mən hələ içi üfunət iyi verən, divarlarında, döşəklərində, tavanında tarakanlar, böcəklər gəzişən qatara rast gəlməmişdim. Təbii ki, bu vəziyyətdə olan kupedə yatmağım mümkün deyildi. Deməli, səhərə qədər oyaq qalmalı idim. Oxumağa davam et
22 Aprel “Sahib ol!” mitinqində səsləndirilən şüarlar
İctimai Palatanın təşkil etdiyi mitinqdə yenə də gənclər aktiv idilər və şüarlar əsasən onlar tərəfindən düşünülüb səsləndirilirdi:
“İlham, çıx get, dədən getdi sən də get!”
“Dünən işsiz, bugün evsiz bəs sabah?!”
N!DA – biz ölkəni dəyişməyəcəyik, artıq dəyişdirməkdəyik! (with translation into english, на русском языке)
N!DA Vətəndaş Hərəkatının Manifesti:
Biz-Nidaçılar yeni, azad nəsilik! Nida azadlıq və ədalət istəyir və xalqımızın ona layiq olduğunu iddia edir!
Bizim indiyə qədər baş vermiş ictimai-siyasi olaylar haqqında fikirlərimiz müxtəlif ola bilər. Ancaq Nida keçmiş barədə mübahisələrə vaxt itirməməyi təklif edir! Bizi gələcək maraqlandırır!
Bizim vətəndaşları adətən mənafeçi və passiv hesab edirlər. Ancaq digərləri də var: düşünən, cəsarətli, öz ölkəsinin taleyinə biganə olmayan və onun gələcəyi üçün üzərinə məsuliyyət götürməyə hazır olanlar. Biz hələ çox azıq, ancaq biz artıq varıq və hər yeni gün daha da çoxalacağıq! Oxumağa davam et
Gəncliyin gücü! Biz bacardıq – 17 Mart!
Yazıya şad xəbərlə başlayım, Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkil etdiyi 17 Mart- Gənclərin “Gələcək Naminə” mitinqinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rəsmən icazə verildi! Mitinq 17 mart saat 15:00-da Bayılda 20-ci sahədə (dvatçatıy, sürücülük məktəbinin həyətindəki stadion) keçiriləcək. Hamınızı təbrik edirəm, xüsusi ilə də bu mitinqin baş tutması, yayılması, uğurlu keçməsi üçün əziyyəti keçənləri.
Day bundan sonra mitinqə gəlməmək üçün mənə elə gəlir ki, heç bir bəhanə filan qalmadı. Qarşıdurma olmayacaq, polis dubinkası olmayacaq, bölməyə getməklər olmayacaq, pərakəndəlik olmayacaq. Həm də ki, mitinqdə iştiraka görə heçkimə hədə-qorxu, təhdid də olmayacaq. Universitet tələbələrini də mitinqdə iştiraka görə heç bir təhlükə gözləməyəcək. Çünki, mitinqə dövlət tərəfindən icazə verilib. Oxumağa davam et