20ci sahe ilə etiketlənmiş yazılar:

Spirtli mübarizə

İşlərimiz çox olur. Ora-bura qaçırıq, onla-bunla görüşürük və bu kimi çoxlu-çoxlu işlər. Və indiki şəraitdə bunlara görə heç bir maliyə dəstəyimiz də olmur. Könüllülərik. Mübarizədəyik və bunu anlayırıq.

Çox yoruluruq. Amma, bu yorğunluq şirin yorğunluq olur. Bu yorğunluq bizi bezdirmir. Çünki, sonda əziyyətimizin nəticəsini görürük.

Bu işlərdə ən çox sevilən məşğuliyyətlərdən biri də hərdən mübarizə dostları ilə oturub yeyib içməkdir. Yeyib içmək gözəldir 🙂

Amma, çoxları buna pis baxır. Həyatlarında bircə dəfə də olsun piyan olmayanlar piyan olanları qınayır. Biraz da haqlıdırlar.. Ancaq… Oxumağa davam et

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Gəncliyin gücü! Biz bacardıq – 17 Mart!

Yazıya şad xəbərlə başlayım, Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkil etdiyi 17 Mart- Gənclərin “Gələcək Naminə” mitinqinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rəsmən icazə verildi! Mitinq 17 mart saat 15:00-da Bayılda 20-ci sahədə (dvatçatıy, sürücülük məktəbinin həyətindəki stadion) keçiriləcək. Hamınızı təbrik edirəm, xüsusi ilə də bu mitinqin baş tutması, yayılması, uğurlu keçməsi üçün əziyyəti keçənləri.

Day bundan sonra mitinqə gəlməmək üçün mənə elə gəlir ki, heç bir bəhanə filan qalmadı. Qarşıdurma olmayacaq, polis dubinkası olmayacaq, bölməyə getməklər olmayacaq, pərakəndəlik olmayacaq. Həm də ki, mitinqdə iştiraka görə heçkimə hədə-qorxu, təhdid də olmayacaq. Universitet tələbələrini də mitinqdə iştiraka görə heç bir təhlükə gözləməyəcək. Çünki, mitinqə dövlət tərəfindən icazə verilib. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: