etiraz ilə etiketlənmiş yazılar:

Musiqi ilə etiraz

Musiqi gözəldir. Musiqiyə qulaq asmaq lap gözəldir. Musiqi bəstələmək, yazmaq, oxumaq ondan da gözəldir.

Etiraz da gözəldir. Etirazın ən gözəl formalarından biri də musiqidir. Çünki, musiqiyə hər kəs qulaq asır, xüsusilə də gözəl olduqda.

Rok, rep isə etiraz musiqiləridirlər. Bu musiqi janrları etiraz məqsədi ilə formalaşmış musiqidirlər.

Azərbaycanda da son zamanlar reperlər, rokerlər aktivdirlər. Hətta, etiraz xarakterli, azad ruhlu roklar, replər də yazılır, oxunur. Amma, çox azdır. Bu qədər haqsızlıqlara, cındırlıqlara baxmayaraq bu tipli musiqilərin bu qədər az olması çox qəribə gəlir mənə.  Oxumağa davam et

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Çünki, gəncik – 17 mart!

Biz vətəndaşıq. Biz Azərbaycan respublikasının vətəndaşıyıq. Biz xalqıq. Bu respublikada hakimiyyətin mənbəyi xalqdır.

Biz gəncik. Biz xalqın əsas hissəsini təşkil edirik. Deməli, biz hakimiyyətin mənbəyinin əsas hissəsiyik.

Bu respublikada ən çox təqiblərə məruz qalınan, ən çox sıxılan, ən pis vəziyyətlərə salınan da bizik, gənclər. Niyə? Çünki, daha gözəl yaşamaq istəyirik, xalqı daha gözəl şəraitdə yaşatmaq istəyirik.

Gənclər istənilən dövrdə, tarixdə, istənilən dövlətdə hər zaman bir etirazçı qüvvə olmuşlar. Gənclər hər zaman istənilən haqqsızlığa, ədalətsizliyə qarşı reaksiya verən ilk, təkanverici  qüvvə kimi tanınmışlar. Ədaləti, demokratiyanı da gənclər bərpa edən əsas qüvvə olmuşlar hər zaman. Və biz gəncik. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,, | 2 Şərh

Yazı vətənşüvənlərə.. Gey olmağım gəldi lap.

Yəqin ki, geylərin 22-26 mayda Bakıda keçirmək istədikləri gey-paraddan çoxlarınızın xəbəri var. Və yəqin ki, geyləri qanlarına qəltan etmək istəyən çoxsaylı “igidlərimiz”dən də çoxlarınızın xəbəri var. Bu yazımı həmin “qəhrəmanlar”ımıza, namus-qeyrət keşikçilərinə, milli-mənəvi dəyərlərimizi qoruyanlara, mədəniyyətimizi hasara alanlara, islam əsgərlərinə, vətənşüvənlərə  ünvanlayıram. Buyursunlar oxusunlar: Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,, | 44 Şərh

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: