hərəkat ilə etiketlənmiş yazılar:

Rahat gələcək rahatlıqla gələcək!)

Çox rahatam. Dəhşətli dərəcədə xoşbəxtəm. Özümü əla hiss edirəm!

Çünki gələcəkdə keçmişimə görə, əməllərimə, etdiklərimə, etmədiklərimə görə peşmançılıq çəkməyəcəm, utanmayacam, içim sızlamayacaq.

Niyə? Ona görə ki, heç vaxt haqsızlığa susmamışam, heçvaxt qanunsuzluq qarşısında sakit durmamışam. Yaltaqlıq etməmişəm, şəxsi mənafe üçün kiməsə “girməmişəm”, uzaqlara çıxıb getməmişəm. Ədalətsizliyə hər zaman etiraz etmişəm, cındırlığın üstünə getmişəm, şərəfsizlərlə qarşı-qarşıya gəlmişəm. Mübarizə aparmışam həmişə. Hər şeyin daha yaxşı olması üçün əlləşib-vuruşub əlimdən gələni, hələ artığını da etməyə çalışmışam. Ən əsası, N!DA-çı olmuşam.

Vicdanım qarşısında çox rahat olmuşam, olacam da. Uşağım məni divara dirəyə bilməyəcək ki, “ata, axı niyə o vaxt sakit durdun, etiraz etmədin?!” Ona danışacağım gözəl, təmiz, şərəfli gəncliyim olacaq. Onun yaşayacağı azad, demokratik cəmiyyətin qurulmasında mənim də kiçicik bir payımın olmasından qürurla söhbət açacam, mübarizə yoldaşlarımla xatirələrimizdən danışacam ona. Oxumağa davam et

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Belə-belə qaqaşlar..

Bu qaqaşlara bizim dərin ehtiram, rəğbət, hörmət və hətta deyərdim paxıllıq hisslərimiz də var:

  • məhlənin şefi olan qaqaşlar..
  • hamını döyən qaqaşlar..
  • məhlədə çujoyu döyüb gedib o biri məhlədə qıza sataşan qaqaşlar..
  • tarqovıda bir-birinə təpik atan qaqaşlar..
  • qız görəndə nömrəsini ucadan deyən qaqaşlar..
  • dar şalvar, dar kurtka, dar ayaqqabı geyinən qaqaşlar..təbii ki yalnız qara və tünd göy rəngdə…
  • dini söhbətlər edib haqsızlığa göz yuman qaqaşlar..
  • internetə girən qızı almayan qaqaşlar..
  • “guya aksiyaya zada çıxmaqla nəyi dəyişəcəksiniz ee” deyən qaqaşlar.. Oxumağa davam et
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,, | 8 Şərh

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: