Bu yaxınlarda polislərlə bir məsələ ilə bağlı münaqişəm oldu, mənə zor tətbiq edərək qanunsuz olaraq VAZ 2106 markalı maşına basıb bölməyə apardılar. Münaqişə zamanı, maşında olarkən və bölmədə olarkən onlara hüquqlarımı, polisin vətəndaşla davranış qaydalarını, polisin vəzifələrini xatırlatmağa çalışırdım və polis nəfərləri mənim dediklərimi veclərinə almayaraq lağa qoyurdular. Onların Azərbaycan xalqı, vətəndaş, insanlarımız haqqında dedikləri yadımda qalan ifadələri olduğu kimi sizə təqdim edirəm: Oxumağa davam et
hüquq ilə etiketlənmiş yazılar:
Çünki, gəncik – 17 mart!
Biz vətəndaşıq. Biz Azərbaycan respublikasının vətəndaşıyıq. Biz xalqıq. Bu respublikada hakimiyyətin mənbəyi xalqdır.
Biz gəncik. Biz xalqın əsas hissəsini təşkil edirik. Deməli, biz hakimiyyətin mənbəyinin əsas hissəsiyik.
Bu respublikada ən çox təqiblərə məruz qalınan, ən çox sıxılan, ən pis vəziyyətlərə salınan da bizik, gənclər. Niyə? Çünki, daha gözəl yaşamaq istəyirik, xalqı daha gözəl şəraitdə yaşatmaq istəyirik.
Gənclər istənilən dövrdə, tarixdə, istənilən dövlətdə hər zaman bir etirazçı qüvvə olmuşlar. Gənclər hər zaman istənilən haqqsızlığa, ədalətsizliyə qarşı reaksiya verən ilk, təkanverici qüvvə kimi tanınmışlar. Ədaləti, demokratiyanı da gənclər bərpa edən əsas qüvvə olmuşlar hər zaman. Və biz gəncik. Oxumağa davam et