inqilab ilə etiketlənmiş yazılar:
Facebook-dan 3 statusum
Gedə bilməmək yanğısı (Cəbrayıl)
Bir dəfə qohumlarla söhbətləşirdik, yenə kənimizdən-Süleymanlıdan danışırdılar. Dəfələrlə eşitdiyim maraqlı, gülməli əhvalatları bu dəfə başqa qohumların dilindən fərqli formatda eşidirdim, maraqlı idi. Deyib gülürdük.
Bu insanlar illər boyu bir kənddə yaşayıb böyüyüb başa çatmışdılar. İllər boyu hər axşam bir-birinin evinə gedib gəlmişdilər, illər boyu hər gün bir-birilərini görmüşdülər. Xoş günlərdə bütün kənd biryerdə əylənmiş, qara günləri biryerdə kədərlə keçirmişdilər.
İndi hər ailə, hətta eyni ailənin üzvləri də bir tərəfə dağılışıb. Ayda-ildə bir dəfə bir-birilərini görüb hal-əhval tuturlar. Həyatları tamamilə dayişib, qara günlərinin sayı artıb. Çöküb bu insanlar. Oxumağa davam et
22 Aprel “Sahib ol!” mitinqində səsləndirilən şüarlar
İctimai Palatanın təşkil etdiyi mitinqdə yenə də gənclər aktiv idilər və şüarlar əsasən onlar tərəfindən düşünülüb səsləndirilirdi:
“İlham, çıx get, dədən getdi sən də get!”
“Dünən işsiz, bugün evsiz bəs sabah?!”
Şablonlaşmış dialoq.
Haladı əliyevlərə, boz kardinala, onların apardığı siyasətə. Ətağa! Həqiqətən əksər gəncləri qoyun etməyi bacarıblar.
Bir dostumun dostu ilə söhbətləşirdik bayaq. Bu insana 2 saatdır başa salıram ki, bəs, belə- belə də.
Deyir: düzdü, haqsızlıqlar çoxdu, amma mən tərəfdarıyam ilham qalsın.
Deyirəm: Xocalını anmaq istəyirdik, amma, bizi döyürdülər, imkan vermirdilər. Buna nə deyirsən? Oxumağa davam et