İsa Qəmbər ilə etiketlənmiş yazılar:

Siyasi meyxana deyişməsi

Son günlərdəki Emin Milli – İsa Qəmbər söhbətinə Günel Mövlud facebook-da gözəl bir qafiyə açdı və xiridarlar deyişməyə başladılar. Sonda İsa Bəy özü nöqtəni qoydu:

 

Günel Mövlud:

Gedəndə də bu meydandan ər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə!

Hacı Hacıyev:

Siyasi iddiam filan yoxumdu,
Müxalifətlə iqtidar qohumdu.
Bir söz dedim indi soxum-soxumdu
Gedəndə də bu meydandan ər gedə,
Emin deyibsə, gərək İsa Qəmbər gedə! Oxumağa davam et

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,, | 6 Şərh

Tam Siyasi

Deməli, var da belə tiplər. Zəif adamdırlar. Geriyə çəkilirlər. Amma, səbəb kimi öz zəifliklərini yox, müxtəlif boş bəhanələr gətirilər. İndi mənim söz açacağım bu bəhalərdən birini həm də heç qoşulmayanlar tez-tez dillərinə gətirirlər.

Budur bəhanə:

Rejimə məğlub olduğunu etiraf etmək istəməyənlər rejimin ən böyük düşmənləri – İsa Qəmbərlə Əli Kərimlini bəhanə gətirirlər ki, qabağımızı kəsiblər. Bu nə boş söhbətdir belə?! Niyə qabağınızı kəssinlər axı? Məgər siz onlara qarşı vuruşursunuz ki, hələ bir qabağınızı da kəssinlər. Qeyri səmimi olub hakimiyyət hərisliyi üçün bunu etsəydilər, çoxdan hakimiyyətlə anlaşıb bir vəzifə zad sahibi olardılar da. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 4 Şərh

İnanıram ki, inanacaqsan.

Hərdən gecələr yatağa uzananda, yata bilməyəndə və yaxud yatmağa çalışanda başlayıram fikirləşməyə, özü də nətər fikirləşməyə. Taaaa uşaqlığımdan indiyə qədər olanları fikirləşirəm. Yada salıram olub keçənləri.

Yadıma düşür nənəmin məni Neftçilərdə gəzdirməyi, yazıq arvad mənə bir tikə çörək yedizdirmək üçün gərək Neftçilərin o biri başındakı karusellərə aparardı məni. Mənə Cəbrayıldan, kəndimizdən danışardı. Həmişə də çalışırdım ki, yadımdan çıxmasın onun danışdıqları, axı gedib görəcəm yenə oraları.

Yadıma düşür məktəbə- 214-ə birinci dəfə şagird kimi getməyim. Anam məktəbimizdə müəllimə işləyirdi, məni 2-3 gün əvvəl özü ilə elə-belə aparmışdı məktəbə. Elə orda yıxıldım, pilləkən alnıma qəşəng çapıq çəkdi. İlk dərs gününə gələndə çapıqla gəlmişdim və yaman utanırdım çapığa görə nəsə. Və fikirləşirdim ki, dərslərimi hamıdan yaxşı oxuyub alim olacam. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,, | 4 Şərh

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: