it ilə etiketlənmiş yazılar:

Polislərimiz Azərbaycan xalqı haqqında

Bu yaxınlarda polislərlə bir məsələ ilə bağlı münaqişəm oldu, mənə zor tətbiq edərək qanunsuz olaraq VAZ 2106 markalı maşına basıb bölməyə apardılar. Münaqişə zamanı, maşında olarkən və bölmədə olarkən onlara hüquqlarımı, polisin vətəndaşla davranış qaydalarını, polisin vəzifələrini xatırlatmağa çalışırdım və polis nəfərləri mənim dediklərimi veclərinə almayaraq lağa qoyurdular. Onların Azərbaycan xalqı, vətəndaş, insanlarımız haqqında dedikləri yadımda qalan ifadələri olduğu kimi sizə təqdim edirəm: Oxumağa davam et

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 5 Şərh

Bu etirafıma görə məni bağışlayın..

 Etiraflarda növbə mənə çatdı.. Kənan Grandiose öz yazısında məndən etiraf istədi… Bir etiraf edəcəm mən..Buyurun..

12.12.2011.. Möhtəşəm bir gün- Ümummilli Xaladelnik Günü!

Bu günün şərəfinə Şirzadda yeyib içməyi planlaşdırmışdıq.. Etibarla zəngləşdim, təxirə salınmamışdı..

Axşam işdən çıxıb gəlirdim Şirzada.. Qulaqcıqda mahnıya qulaq asırdım.. Beynimdə maraqlı fikirlərlə aləmi bir-birinə qata-qata sakitcə addımlayırdım.. Görüş məntəqəsinə az qalmış maraqlı bir mənzərə ilə üz-üzə qaldım… 2-3 polis var idi, 1 içkili day-day.. Day-day oturmuşdu skameykada, durub harasa getmək istəyirdi. 100% kiminləsə dalaşmışdı, gedib ürəyində qalanları dibinə kimi deməyə çalışırdı.. Amma, polis imkan vermirdi, hər dəfə otuzdururdu onu yerinə.. Day-dayın kurtkası polisdə idi…

Etirafıma az qalıb.. Çox tərəddüd edirəm, yazım ya yazmayım.. Ehh.. Çox qınayacaqsınız məni… Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,, | 8 Şərh

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: