kenan ilə etiketlənmiş yazılar:

Facebook-dan 3 statusum

1. Bu yazı şəxsi fantaziyam olan ilk məhsulumdur:

Aboyları səliqəsiz, cırılmış boş otaq. Tək lampa var. Pəncərənin şüşələri çatlayıb, külək yelləyir, pərdə yoxdur. Küncdə dizlərimi sinəmə sıxıb oturmuşam, başımı tez-tez yelləyirəm. Saçım dağınıq, saqqal basıb üzümü, dəhşətli şəkildə arıqlamışam, bütün bədənimdə çapıqlar, yaralar var. Əynimdə uzun qollu, uzun boğazlı, uzun ətəkli ağ, yun, tiftiklənmiş vadalaska və çox yerdən sökülmüş qara şalvar var. Sağ əlimdəki siqareti tələsə-tələsə çəkərək tüstüsünü möhkəm buraxıram, digər əlimlə vadalaskamı tiftiklərdən təmizləyirəm. Külək növbəti dəfə pəncərəni yelləyir, divara çırpır, diksinirəm. Oxumağa davam et
Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,, | 2 Şərh

Bir Qığılcım

İctimai aktiv gənclərimiz şikayətlənirlər ki, “niyə bu valideynlərimiz, əsasən də atamız azad ruhlu mübarizəmizdə bizim önümüzdə ən böyük maneədirlər?!”

Əslində çox normaldır, belə də olmalıdır.

Çünki, atalarımız bizdən öncəki nəsildirlər. Köhnə nəsil isə hər zaman yeni nəsilə paxıllıq hissi daşıyır.

Atalarımız mühafizəkardırlar. Yeni gəncləri, yeniliyi, yeni üsullarla mübarizəni  qəbul edə bilmirlər. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 3 Şərh

Çəkdiklərim “Yaddaş”a yazılacaq… (fotolar)

“Yaddaş”  İctimai Birliyinin təşkilatçılığı ilə 2 günlük “Məsuliyyətli Vətəndaş Jurnalisti Ol!” treyninqi layihəsində iştirak edirəm. Treyninqdə belə 1 tapşırıq da verdilər bizə: 1 saat ərzində yaxın ərazilərdə maraqlı 1 şəkil çəkib, onun təqdimatını etməliydik., hərəyə 1 foto. Ancaq, mənim qarşıma 1 neçə maraqlı çəkilməli kadrlar çıxdı və çəkdim. Treyninq “Xətai” metrosu yaxınlığında keçirilir və burada 1 neçə amil diqqətimi çəkdi:

1. Burada ya çox gözəl tikililər var, ya da çox pis. Burada çox varlılar və çox kasıblar yaşayır. Bütün Azərbaycanda olduğu kimi, əhalinin 95%-i olan kasıblar getdikcə kasıblanır, 5%-i olan varlılar isə getdikcə varlanır. Və bu dediklərimi aşağıda çəkdiyim şəkillərdə də müşahidə edə bilərsiniz (şəkilləri tıklayıb baxmağınız məsləhətdir) :

Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,, | 2 Şərh

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: