“Yaddaş” İctimai Birliyinin təşkilatçılığı ilə 2 günlük “Məsuliyyətli Vətəndaş Jurnalisti Ol!” treyninqi layihəsində iştirak edirəm. Treyninqdə belə 1 tapşırıq da verdilər bizə: 1 saat ərzində yaxın ərazilərdə maraqlı 1 şəkil çəkib, onun təqdimatını etməliydik., hərəyə 1 foto. Ancaq, mənim qarşıma 1 neçə maraqlı çəkilməli kadrlar çıxdı və çəkdim. Treyninq “Xətai” metrosu yaxınlığında keçirilir və burada 1 neçə amil diqqətimi çəkdi:
1. Burada ya çox gözəl tikililər var, ya da çox pis. Burada çox varlılar və çox kasıblar yaşayır. Bütün Azərbaycanda olduğu kimi, əhalinin 95%-i olan kasıblar getdikcə kasıblanır, 5%-i olan varlılar isə getdikcə varlanır. Və bu dediklərimi aşağıda çəkdiyim şəkillərdə də müşahidə edə bilərsiniz (şəkilləri tıklayıb baxmağınız məsləhətdir) :