mübarizə ilə etiketlənmiş yazılar:

Qısası

Mən, rüşvətxor, saxtakar, səviyyəsiz Azərbaycan hakimiyyəti ilə tarix boyu heç bir zaman məğlub olmamış, bundan sonra da heç vaxt məğlub olmayacaq bir tərəfdə yer aldığım mübarizədəyəm.

Bunu Azərbaycan xalqı nə qədər tez başa düşsə işıqlı, azad, rahat, demokratik günlərə bir o qədər tez çıxacaq, Azərbaycan hakimiyyətinin nümayəndələri isə nə qədər tez başa düşsələr qanunla müəyyən edilmiş cəzaları bir o qədər azalacaq.

Sonunun sizin qalibiyyətinizlə bitəcəyini, haqq-ədalətin bərpası ilə bitəcəyini bildiyiniz mübarizəyə qoşulun.

Əlbəttə ki, çətinliklər, maneələr, sıxışdırılmalar olacaq, zatən sadə vətəndaş da hər gün bunlarla qarşılaşır. Mübarizəyə nə qədər tez qoşulsanız, bunlar da bir o qədər tez bitəcək.

Məsələn, mən, N!DA Vətəndaş Hərəkatına qoşulmuşam.

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,, | Bir şərh yazın

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: