opush ilə etiketlənmiş yazılar:

Cek Bəy Londonun “Martin Bəy İden”i

Son oxuduğum kitablar arasında Cek Londonun “Martin İden”i mənə yaman təsir etdi. Çox bəyəndiyimdən tez oxuyub bitirməyə də heyfislənirdim, ona görə də, az-az oxuyurdum ki, bu ləzzəti uzun müddət yaşayım.

Bu kitabda şəxsi azadlıq, sevgi, həyata dirəniş, məqsədə doğru addımlama və s. vacib mövzulara müəllif çox incəliklə toxunub.

Kitabı oxuya-oxuya fikirləşirdim ki, mümkün deyildir ki, yazılanlar müəllifin uydurmalarıdır. Səhnələr çox incəliklə, dəqiqliklə təsvir olunub və istər-istəməz oxucuda belə bir təsəvvür yaranır ki, Cek London öz yaşadıqlarını ustalıqla təsvir edib. Sonradan öyrəndim ki, həqiqətən də belədir. Oxumağa davam et

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 11 Şərh

Kim istəməz ki…

İstəmirəm çərçivələr. İstəmirəm sıxılmaq. İstəmirəm din. İstəmirəm qadağalar. İstəmirəm cəzalar, danlamalar. İstəmirəm zəhrimara qalmış mentalitet.

İstəyirəm doyunca içə bilim. İstəyirəm istədiyim qədər çəkə bilim. İstəyirəm istədiyim kimi yaşaya bilim. İstəyirəm  istədiyim qədər oynaya bilim. İstədiyim qədər qışqırmaq, bağırmaq istəyirəm. İstədiyimi deyə bilmək istəyirəm. İstədiyim yerdə uzana bilmək istəyirəm.

Sevgilimlə istədiyim yerdə öpüşə bilmək istəyirəm. İstədiyim yerdə istədiyim qədər qucaqlaşmaq istəyirəm. Yanaqlarından, dodaqlarından istədiyim yerdə istədiyim qədər öpə bilmək istəyirəm. Sevgilimi istəyirəm…

İstədiyim yerdə istədiyim qədər özümü uşaq kimi apara bilmək istəyirəm. İstədiyim qədər dəlilik eləmək istəyirəm. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,, | 5 Şərh

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: