problem ilə etiketlənmiş yazılar:

Problemli yol əhvalatı (fotolar)

İnsanlarımız mənasız şeylərə daha çox diqqət ayırırlar. İstər siyasi işlərdə olsun, istər şəxsi, istər məişət məsələlərində və s.

Bunun açdığı problemlərdən biri də yollarda qarşımıza çıxır. Tıxac yaranmasının səbəblərindən biri də sürücülərin heç kimi vecinə almadan maşını yolun ortasında saxlayıb hərəkət zamanı baş vermiş qəzaya baxmasıdır.

Yol ilə irəliləyirsən, bir də görürsən qarşıda böyük tıxac əmələ gəlib, pinqvin kimi hərəkət edir maşınlar. Bütün əsəblər korlanır, tələsənlər gecikir, maşın qızır:

Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Problem var?!

20 il.. O boyda 20 il… 20 ildir alınır… Bunlarda.. 20 ildir  alınır bizi susdurmaq ..

Bacarırlar. Qırırlar hər dəfə bizi, sındırırlar…

Hər dəfə qorxuruq, çəkinirik, sakit-sakit, pıçıldaya-pıçıldaya danışırıq… Elə olur ki, heç danışmırıq. Facebookda inboxda da qorxuruq. Birdən eşidərlər, birdən görərlər… Telefonla danışanda da başqa sözlərlə ifadə edirik fikirlərimizi..

Hər dəfə susmaqla onlara bizi susdurmağa davam etməyə bəhanə veririk. Elə bilirlər qalib gəlirlər, elə bilirlər alınır bunlarda, elə bilirlər bacarırlar. Özləri ilə fəxr edirlər, özlərini üstün bir şey sanırlar, özlərini sevirlər.. Özlərini- iyrənc məxluqları… Əslində düz də edirlər… Axı alınır. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: