qız ilə etiketlənmiş yazılar:

Özündənrazı millətimizə… Narazıyam!

Yəqin ki, dünyanın heç bir ölkəsində küçədə, ictimai nəqliyyatda, müxtəlif tədbirlərdə, şəhərin mərkəzində, ticarət mərkəzlərində və s. ərazilərdə gəzəndə Azərbaycandakı qədər özündənrazı insanlara rast gəlmək mümkün deyil və rast gəlinməyib də. Bu insanlar nədən razıdırlar, niyə razıdırlar, özlərini niyə bu qədər çox sevirlər hələ də mənə çatmır.

Əllərində ucuz telefon, əyinlərində ən ucuz qiymətə, metronun altından və yaxud 8-ci kilometr bazarından alınmış qap-qara paltarlar, ucu şiş rezin tuflilər, araq iyi verən ətirlər. Yox, elə başa düşməyin ki, lağa qoyuram. İmkanı ona çatır, onu da alır. Amma, day niyə özünü boğursan, niyə özünü dartırsan?! Hansı günüvə “risovkalanarısan”?

Küçədə hamıya söz atmaq, ona-buna ilişmək, bələkdə olan uşaqdan tutmuş çəliklə yeriyən qoca kişiyə qədər hamıya çiyin vurmaq, eşşək kimi anqıraraq hırıldamaq. Hamısı da eləbil ortaya söz qoyublar ki, kim daha çox qıza sataşacaq.  Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,, | 6 Şərh

Belə-belə qaqaşlar..

Bu qaqaşlara bizim dərin ehtiram, rəğbət, hörmət və hətta deyərdim paxıllıq hisslərimiz də var:

  • məhlənin şefi olan qaqaşlar..
  • hamını döyən qaqaşlar..
  • məhlədə çujoyu döyüb gedib o biri məhlədə qıza sataşan qaqaşlar..
  • tarqovıda bir-birinə təpik atan qaqaşlar..
  • qız görəndə nömrəsini ucadan deyən qaqaşlar..
  • dar şalvar, dar kurtka, dar ayaqqabı geyinən qaqaşlar..təbii ki yalnız qara və tünd göy rəngdə…
  • dini söhbətlər edib haqsızlığa göz yuman qaqaşlar..
  • internetə girən qızı almayan qaqaşlar..
  • “guya aksiyaya zada çıxmaqla nəyi dəyişəcəksiniz ee” deyən qaqaşlar.. Oxumağa davam et
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,, | 8 Şərh

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: