rayon ilə etiketlənmiş yazılar:

Gedə bilməmək yanğısı (Cəbrayıl)

Bir dəfə qohumlarla söhbətləşirdik, yenə kənimizdən-Süleymanlıdan danışırdılar. Dəfələrlə eşitdiyim maraqlı, gülməli əhvalatları bu dəfə başqa qohumların dilindən fərqli formatda eşidirdim, maraqlı idi. Deyib gülürdük.

Bu insanlar illər boyu bir kənddə yaşayıb böyüyüb başa çatmışdılar. İllər boyu hər axşam bir-birinin evinə gedib gəlmişdilər, illər boyu hər gün bir-birilərini görmüşdülər. Xoş günlərdə bütün kənd biryerdə əylənmiş, qara günləri biryerdə kədərlə keçirmişdilər.

İndi hər ailə, hətta eyni ailənin üzvləri də bir tərəfə dağılışıb. Ayda-ildə bir dəfə bir-birilərini görüb hal-əhval tuturlar. Həyatları tamamilə dayişib, qara günlərinin sayı artıb. Çöküb bu insanlar.  Oxumağa davam et

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 1 Şərh

Astara-Bakı qatarı (fotolar, video)

2-3 gün boş vaxt tapan kimi dostlarla hər il gedirik müxtəlif bölgələrə səyahətə əylənməyə. Bu dəfə cənuba tərəf getdik. Lerikdə, Lənkəranda olduq. Səfərimiz əla oldu, doyunca kef etdik.

Hər şey normal gedirdi, geriyə qayıtmaq üçün qatara minənə qədər. Nəqliyyat vasitlərindən səyahət üçün ən çox bəyəndiyim qatardır. Bildiyiniz kimi, Azərbaycanda qatarların vəziyyəti bərbad gündədir. İstər metro qatarı olsun, istərsə də dəmiryol qatarı. Lakin, mən hələ içi üfunət iyi verən, divarlarında, döşəklərində, tavanında tarakanlar, böcəklər gəzişən qatara rast gəlməmişdim. Təbii ki, bu vəziyyətdə olan kupedə yatmağım mümkün deyildi. Deməli, səhərə qədər oyaq qalmalı idim. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: