razı ilə etiketlənmiş yazılar:

Problemli yol əhvalatı (fotolar)

İnsanlarımız mənasız şeylərə daha çox diqqət ayırırlar. İstər siyasi işlərdə olsun, istər şəxsi, istər məişət məsələlərində və s.

Bunun açdığı problemlərdən biri də yollarda qarşımıza çıxır. Tıxac yaranmasının səbəblərindən biri də sürücülərin heç kimi vecinə almadan maşını yolun ortasında saxlayıb hərəkət zamanı baş vermiş qəzaya baxmasıdır.

Yol ilə irəliləyirsən, bir də görürsən qarşıda böyük tıxac əmələ gəlib, pinqvin kimi hərəkət edir maşınlar. Bütün əsəblər korlanır, tələsənlər gecikir, maşın qızır:

Oxumağa davam et

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Özündənrazı millətimizə… Narazıyam!

Yəqin ki, dünyanın heç bir ölkəsində küçədə, ictimai nəqliyyatda, müxtəlif tədbirlərdə, şəhərin mərkəzində, ticarət mərkəzlərində və s. ərazilərdə gəzəndə Azərbaycandakı qədər özündənrazı insanlara rast gəlmək mümkün deyil və rast gəlinməyib də. Bu insanlar nədən razıdırlar, niyə razıdırlar, özlərini niyə bu qədər çox sevirlər hələ də mənə çatmır.

Əllərində ucuz telefon, əyinlərində ən ucuz qiymətə, metronun altından və yaxud 8-ci kilometr bazarından alınmış qap-qara paltarlar, ucu şiş rezin tuflilər, araq iyi verən ətirlər. Yox, elə başa düşməyin ki, lağa qoyuram. İmkanı ona çatır, onu da alır. Amma, day niyə özünü boğursan, niyə özünü dartırsan?! Hansı günüvə “risovkalanarısan”?

Küçədə hamıya söz atmaq, ona-buna ilişmək, bələkdə olan uşaqdan tutmuş çəliklə yeriyən qoca kişiyə qədər hamıya çiyin vurmaq, eşşək kimi anqıraraq hırıldamaq. Hamısı da eləbil ortaya söz qoyublar ki, kim daha çox qıza sataşacaq.  Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,, | 6 Şərh

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: