revolution ilə etiketlənmiş yazılar:

Gedə bilməmək yanğısı (Cəbrayıl)

Bir dəfə qohumlarla söhbətləşirdik, yenə kənimizdən-Süleymanlıdan danışırdılar. Dəfələrlə eşitdiyim maraqlı, gülməli əhvalatları bu dəfə başqa qohumların dilindən fərqli formatda eşidirdim, maraqlı idi. Deyib gülürdük.

Bu insanlar illər boyu bir kənddə yaşayıb böyüyüb başa çatmışdılar. İllər boyu hər axşam bir-birinin evinə gedib gəlmişdilər, illər boyu hər gün bir-birilərini görmüşdülər. Xoş günlərdə bütün kənd biryerdə əylənmiş, qara günləri biryerdə kədərlə keçirmişdilər.

İndi hər ailə, hətta eyni ailənin üzvləri də bir tərəfə dağılışıb. Ayda-ildə bir dəfə bir-birilərini görüb hal-əhval tuturlar. Həyatları tamamilə dayişib, qara günlərinin sayı artıb. Çöküb bu insanlar.  Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 1 Şərh

Bir Qığılcım

İctimai aktiv gənclərimiz şikayətlənirlər ki, “niyə bu valideynlərimiz, əsasən də atamız azad ruhlu mübarizəmizdə bizim önümüzdə ən böyük maneədirlər?!”

Əslində çox normaldır, belə də olmalıdır.

Çünki, atalarımız bizdən öncəki nəsildirlər. Köhnə nəsil isə hər zaman yeni nəsilə paxıllıq hissi daşıyır.

Atalarımız mühafizəkardırlar. Yeni gəncləri, yeniliyi, yeni üsullarla mübarizəni  qəbul edə bilmirlər. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 3 Şərh

Halva həvəskarlarına

Son 1-2 ildə ölkədə hərəkat başlayıb. Dinamiklik var.

Mövcud vəziyyətlə barışmayıb dəyişiklik etmək istəyən insanlarımızın sayı artıb və artmaqda davam edir.

Ancaq, bu dəyişikliklərin asan əldə olunacağını sananlar var. Ümumiyyətlə asan yolla əldə olunan nəticənin keyfiyyəti ya az olur, ya da heç olmur.

İnsanlarımız elə bilirlər ki, əllərini-qollarını sallayıb gedib dəyişiklik edəcəklər. Olmur axı belə. Çətinliklər olur və olmalıdır da. Əgər hansısa məqsədə doğru gedilən yolda maneələr, çətinliklər yoxdursa, deməli, o heç məqsəd deyil və ona doğru addımlamağın mənası yoxdur.

Adamlar mübarizə aparırlar və mübarizənin ən qızğın yerində, ən lazımlı, həlledici məqamında çəkilirlər arxaya ki, bəs qorxuruq. Axı, bu mübarizədir. Girişmisənsə axıra qədər giriş. Digərlərini yarı yolda qoymaqla mübarizə aparmaq nə vaxtdan mübarizəyə girmək olub, anlamıram?! Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 3 Şərh

N!DA – biz ölkəni dəyişməyəcəyik, artıq dəyişdirməkdəyik! (with translation into english, на русском языке)

N!DA Vətəndaş Hərəkatının Manifesti:

Biz-Nidaçılar yeni, azad nəsilik! Nida azadlıq və ədalət istəyir və xalqımızın ona layiq olduğunu iddia edir!
Bizim indiyə qədər baş vermiş ictimai-siyasi olaylar haqqında fikirlərimiz müxtəlif ola bilər. Ancaq Nida keçmiş barədə mübahisələrə vaxt itirməməyi təklif edir! Bizi gələcək maraqlandırır!
Bizim vətəndaşları adətən mənafeçi və passiv hesab edirlər. Ancaq digərləri də var: düşünən, cəsarətli, öz ölkəsinin taleyinə biganə olmayan və onun gələcəyi üçün üzərinə məsuliyyət götürməyə hazır olanlar. Biz hələ çox azıq, ancaq biz artıq varıq və hər yeni gün daha da çoxalacağıq! Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 1 Şərh

Burunları başlarına ağırlıq edənlərə…

Bəyənirəm fərqliliyi. İstəmirəm hamı kimi olmaq. Fərqlənim, seçilim, bunları istəyirəm. Bu hər şeydə özünü biruzə verir. Həm düşüncələrimdə, fikirlərimdə, həm geyimimdə, həm saç, saqqal düzümlərimdə, həm davranışlarımda, həm də məşğuliyyətlərimdə zaman-zaman özünü göstərir. Həm də ki, ölkədə dəyişiklik istəyən şəxs ilk öncə özü dəyişməlidir, özü fərqli olmalıdır axı, belə də olmalıyam.

Küçədə, bayırda, ictimai nəqliyyatda olanda insanların bir-birinin geyiminə, görünüşünə qarışmağı, söz atmağı hamımızın tez-tez şahidi olduğumuz adi hadisələrdən birinə çevrilib. Mən özüm də çoxlarından fərqli olduğum üçün tez-tez iştirakçısı oluram belə halların. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,, | 2 Şərh

Gəncliyin gücü! Biz bacardıq – 17 Mart!

Yazıya şad xəbərlə başlayım, Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkil etdiyi 17 Mart- Gənclərin “Gələcək Naminə” mitinqinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rəsmən icazə verildi! Mitinq 17 mart saat 15:00-da Bayılda 20-ci sahədə (dvatçatıy, sürücülük məktəbinin həyətindəki stadion) keçiriləcək. Hamınızı təbrik edirəm, xüsusi ilə də bu mitinqin baş tutması, yayılması, uğurlu keçməsi üçün əziyyəti keçənləri.

Day bundan sonra mitinqə gəlməmək üçün mənə elə gəlir ki, heç bir bəhanə filan qalmadı. Qarşıdurma olmayacaq, polis dubinkası olmayacaq, bölməyə getməklər olmayacaq, pərakəndəlik olmayacaq. Həm də ki, mitinqdə iştiraka görə heçkimə hədə-qorxu, təhdid də olmayacaq. Universitet tələbələrini də mitinqdə iştiraka görə heç bir təhlükə gözləməyəcək. Çünki, mitinqə dövlət tərəfindən icazə verilib. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Çünki, gəncik – 17 mart!

Biz vətəndaşıq. Biz Azərbaycan respublikasının vətəndaşıyıq. Biz xalqıq. Bu respublikada hakimiyyətin mənbəyi xalqdır.

Biz gəncik. Biz xalqın əsas hissəsini təşkil edirik. Deməli, biz hakimiyyətin mənbəyinin əsas hissəsiyik.

Bu respublikada ən çox təqiblərə məruz qalınan, ən çox sıxılan, ən pis vəziyyətlərə salınan da bizik, gənclər. Niyə? Çünki, daha gözəl yaşamaq istəyirik, xalqı daha gözəl şəraitdə yaşatmaq istəyirik.

Gənclər istənilən dövrdə, tarixdə, istənilən dövlətdə hər zaman bir etirazçı qüvvə olmuşlar. Gənclər hər zaman istənilən haqqsızlığa, ədalətsizliyə qarşı reaksiya verən ilk, təkanverici  qüvvə kimi tanınmışlar. Ədaləti, demokratiyanı da gənclər bərpa edən əsas qüvvə olmuşlar hər zaman. Və biz gəncik. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,, | 2 Şərh

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: