Bu yaxınlarda polislərlə bir məsələ ilə bağlı münaqişəm oldu, mənə zor tətbiq edərək qanunsuz olaraq VAZ 2106 markalı maşına basıb bölməyə apardılar. Münaqişə zamanı, maşında olarkən və bölmədə olarkən onlara hüquqlarımı, polisin vətəndaşla davranış qaydalarını, polisin vəzifələrini xatırlatmağa çalışırdım və polis nəfərləri mənim dediklərimi veclərinə almayaraq lağa qoyurdular. Onların Azərbaycan xalqı, vətəndaş, insanlarımız haqqında dedikləri yadımda qalan ifadələri olduğu kimi sizə təqdim edirəm: Oxumağa davam et
xalq ilə etiketlənmiş yazılar:
Mənə “gİrəliçi” deyirlər :(
Salam. Bəli, mən irəliçiyəm. Hakimiyyətyönümlü İrəli İctimai Birliyinə üzv olmuşam. Sağolsun prezidentimiz.
İrəliyə bəzi dostların sözlərinə görə üzv olmuşam, dedilər pul var burda. Həqiqətən də üzv olandan sonra gördüm ki, cənnətməkandır burası.
Burada bütün qapılar üzümüzə açıqdır. Universitetdə imtahandan istədiyimiz kimi keçirik, bütün tədbirlərdə iştirak edib yeyib içib kef edirik, xarici ölkələrə təlim adı ilə gedib şellənirik.
Arada da qalstukumuzu taxıb guya təsadüfən şəhərdə kamera ilə rastlaşmışıq kimi Aztv-ə zada çıxıb başlayırıq yaltaqlanmağa Oxumağa davam et
22 Aprel “Sahib ol!” mitinqində səsləndirilən şüarlar
İctimai Palatanın təşkil etdiyi mitinqdə yenə də gənclər aktiv idilər və şüarlar əsasən onlar tərəfindən düşünülüb səsləndirilirdi:
“İlham, çıx get, dədən getdi sən də get!”
“Dünən işsiz, bugün evsiz bəs sabah?!”