yazı ilə etiketlənmiş yazılar:

Facebook-dan 3 statusum

1. Bu yazı şəxsi fantaziyam olan ilk məhsulumdur:

Aboyları səliqəsiz, cırılmış boş otaq. Tək lampa var. Pəncərənin şüşələri çatlayıb, külək yelləyir, pərdə yoxdur. Küncdə dizlərimi sinəmə sıxıb oturmuşam, başımı tez-tez yelləyirəm. Saçım dağınıq, saqqal basıb üzümü, dəhşətli şəkildə arıqlamışam, bütün bədənimdə çapıqlar, yaralar var. Əynimdə uzun qollu, uzun boğazlı, uzun ətəkli ağ, yun, tiftiklənmiş vadalaska və çox yerdən sökülmüş qara şalvar var. Sağ əlimdəki siqareti tələsə-tələsə çəkərək tüstüsünü möhkəm buraxıram, digər əlimlə vadalaskamı tiftiklərdən təmizləyirəm. Külək növbəti dəfə pəncərəni yelləyir, divara çırpır, diksinirəm. Oxumağa davam et
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,, | 2 Şərh

“Çeşmədən seçmələr”dən seçdiklərim – 4

Sizlərə “Çeşmə” qəzetinin seçmələrindən hazırlanmış “Çeşmədən seçmələr” kitabından növbəti seçdiklərimi təqdim cheshmeden-sechmeler-kitabi_tkedirəm. “Çeşmə” qəzeti haqqında daha ətraflı və bundan əvvəlki seçmələri BURADAN, BURADANBURADAN oxuya bilərsiniz.

9. Telefon

Yaponiyadan qonaq gəlmiş yüksək səviyyəli nümayəndə heyəti prezident aparatına qəbul olunur. Yapon qonaqlar iqamətgahın prezidentinin köməkçisi Gürşad Zərbəliyevə aid olan otağından keçərkən qeyri-iradi olaraq onun Kəlbəcər ilə telefon danışığını müşahidə edirlər. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

“Çeşmədən seçmələr”dən seçdiklərim – 3

Sizlərə “Çeşmə” qəzetinin seçmələrindən hazırlanmış “Çeşmədən seçmələr” kitabından növbəti seçdiklərimi təqdim edirəm. “Çeşmə” qəzeti haqqında daha ətraflı və bundan əvvəlki seçmələri BURADAN və BURADAN oxuya bilərsiniz.

6. Milli Şurada casus

Milli Şuranın iclaslarından birində T. Qarayev məsələ qaldırır ki, iclasda gedən mətləblər dərhal Yerevana çatdırılır. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 2 Şərh

Problemli yol əhvalatı (fotolar)

İnsanlarımız mənasız şeylərə daha çox diqqət ayırırlar. İstər siyasi işlərdə olsun, istər şəxsi, istər məişət məsələlərində və s.

Bunun açdığı problemlərdən biri də yollarda qarşımıza çıxır. Tıxac yaranmasının səbəblərindən biri də sürücülərin heç kimi vecinə almadan maşını yolun ortasında saxlayıb hərəkət zamanı baş vermiş qəzaya baxmasıdır.

Yol ilə irəliləyirsən, bir də görürsən qarşıda böyük tıxac əmələ gəlib, pinqvin kimi hərəkət edir maşınlar. Bütün əsəblər korlanır, tələsənlər gecikir, maşın qızır:

Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Gedə bilməmək yanğısı (Cəbrayıl)

Bir dəfə qohumlarla söhbətləşirdik, yenə kənimizdən-Süleymanlıdan danışırdılar. Dəfələrlə eşitdiyim maraqlı, gülməli əhvalatları bu dəfə başqa qohumların dilindən fərqli formatda eşidirdim, maraqlı idi. Deyib gülürdük.

Bu insanlar illər boyu bir kənddə yaşayıb böyüyüb başa çatmışdılar. İllər boyu hər axşam bir-birinin evinə gedib gəlmişdilər, illər boyu hər gün bir-birilərini görmüşdülər. Xoş günlərdə bütün kənd biryerdə əylənmiş, qara günləri biryerdə kədərlə keçirmişdilər.

İndi hər ailə, hətta eyni ailənin üzvləri də bir tərəfə dağılışıb. Ayda-ildə bir dəfə bir-birilərini görüb hal-əhval tuturlar. Həyatları tamamilə dayişib, qara günlərinin sayı artıb. Çöküb bu insanlar.  Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 1 Şərh

Bir Qığılcım

İctimai aktiv gənclərimiz şikayətlənirlər ki, “niyə bu valideynlərimiz, əsasən də atamız azad ruhlu mübarizəmizdə bizim önümüzdə ən böyük maneədirlər?!”

Əslində çox normaldır, belə də olmalıdır.

Çünki, atalarımız bizdən öncəki nəsildirlər. Köhnə nəsil isə hər zaman yeni nəsilə paxıllıq hissi daşıyır.

Atalarımız mühafizəkardırlar. Yeni gəncləri, yeniliyi, yeni üsullarla mübarizəni  qəbul edə bilmirlər. Oxumağa davam et

Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 3 Şərh

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.